Icma.az
close
up
RU
Ömrümü ona verməsəydim, indi bir yox, əlli otağım olardı Əməkdar artist həyatındakı adamdan GİLEYLƏNDİ

Ömrümü ona verməsəydim, indi bir yox, əlli otağım olardı Əməkdar artist həyatındakı adamdan GİLEYLƏNDİ

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Mən böyüdüb, boya-başa çatdırdığım qızımdan daha doğrusu bacım qızından rəsmi şəkildə imtina etmişəm. O artıq mənim qızım deyil. Bitdi... 35 il saxladım, böyütdüm, maddi və mənəvi yanında oldum. Halal xoşu olsun. Bundan sonra onun adında insan yoxdur mənim üçün. Ola da bilməz! Bundan sonra mən öz həyatımı və anam üçün yaşamaq istəyirəm. Artıq mən məsuliyyət daşımıram. Özüm üçün heç nə etmədən, bir qarnım ac bir qarnım tox, dostlardan kömək istəyib illərlə bir insanı saxlayasan sonra da o böyüyüb bir gün desin ki, sən nənə yox, "nənəliksən" (ağlayır). Bu sözləri kim qəbul edər? Bitdi! Bu da son".

 Redaktor.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova eskpert qismində iştirak etdiyi ATV-nin  "Bizimləsən" verilişində deyib. 

Aktrisa uşaqlıqdan yanında saxladığı bacısı qızı ilə aralarında yaşanan qalmaqaldan söz açıb. 

Xanlarova mübahisənin səbəbini üstüörtülü şəkildə belə nəql edib: 

"Mən bu sözləri elə belə demir. Nələrsə bilirəm ki, deyirəm. Sabah bir söz olanda alnım açıq olsun ki, biri var idi orada, məndə ondam imtina etmişdim. İstəmirəm də... Allah xoşbəxt eləsin. 19 yaşından gedib artıq məsuliyyəti o ailə daşıyır. Bundan sonra mənim məsuliyyətimdə elə bir insan yoxdur. Jurnalistlərdən də xahiş edirəm Mehriban Xanlarovanın qızı yox, bacısı qızı yazsınlar. İmkanım olsa anamı götürüb, çıxıb gedərəm, çünki artıq heç kimi görmək istəmirəm. Mən ömürümü və həyatımı ona vermişəm. Bir otağım yox 50 dənə otağım olardı. Onları da kirayə verib ayağımı ayağımın üstünə qoyub keyf edərdim. Və yaxud da özümdən böyüklərin yanına gedib onlardan mənə kömək və dəstək olun deməzdim. Mən ölsəm ölümün üstünə gəlmə! Bu mənim son sözüm oldu. Görürsünüz onun adını belə məm almıram ağzıma. O insan artıq yoxdur mənim üçün. Mən sadəcə bacımın vəsiyyətini yerinə yetirərək 35 il ona baxdım. Onun yaşı 40-a çatmamış artıq hər şey bitdi. Mən bilirəm və Allah bilir nələrin baş verdiyini. O istəsə bu gün də gəlib uşaqları apara bilər. Mən uşaqları zəncirləməmişəm. Amma bilirəm ki, uşaqlar onların yanında getsə təhsilsiz, savadsız bir küncdə qalacaqlar. Qızları evdə işlədəcəklər oğlandakı... Bilmirəm, bəlkə də onlar getməzlər. Bəlkə uşaqlar mənim yanımda qalmaq istəyəcəklər. Bunu da bilmirəm. İstəsə getsin götürsün uşaqlarını. O dörd uşağı mən dişimlə böyütmüşəm. Yenə də təkrarlayıram mən bacım qızından imtina edirəm və məsuliyyət daşımıram. O nə etdiyini özü yaxşı bilir. Mən "nənəliksən" sözünə ayıldım. Məni sanki elə bil ki, sillələdilər. Mən sillə ilə ayıldım ki, sən demə mən "nənəlik" imişəm. Bu sözü həyatımda birinci dəfə idi ki eşidirdim" (modern.az). 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Dekabr 2024 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri