Onu həbs edin! İlon Maskdan çağırış
Lent az saytına istinadən Icma.az xəbər verir.
"SpaceX" şirkətinin qurucusu İlon Mask Somalinin BMT-dəki daimi nümayəndəsi Abukar Dahir Osmanın həbs edilməsinə çağırıb.
Lent.az xəbər verir ki, Mask bununla bağlı açıqlamanı X sosial şəbəkəsində yazıb.
O, somalili diplomatın ABŞ-da maliyyə maxinasiyalarında mümkün iştirakı ilə bağlı iddiaları şərh edərkən “onu həbs edin” ifadəsini yazıb.
Paylaşımda bildirilib ki, Abukar Dahir Osman əvvəllər ABŞ vergiödəyicilərinin vəsaiti hesabına maliyyələşdirilən və sonradan Medicaid proqramı çərçivəsində dələduzluqda təqsirli bilinən tibbi şirkətin sahibi olub. Həmçinin qeyd olunub ki, diplomat guya dövlət qurumunda Medicaid məsələləri üzrə nəzarətçi vəzifəsində çalışıb.
Abukar Dahir Osman 1 yanvar 2026-cı ildən etibarən aylıq rotasiya prinsipi əsasında BMT Təhlükəsizlik Şurasının sədri vəzifəsini icra etməyə başlayıb. Somali isə 2025–2026-cı illər dövrü üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 02 Yanvar 2026 22:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















