Prezident: Azərbaycan vətəndaşı Naxçıvana gedərkən erməni sərhədçinin üzünü görməli deyil
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
“Əbu-Dabidə Ermənistan liderinə dedim ki, bizim maneəsiz və təhlükəsiz Azərbaycandan-Azərbaycana keçidimiz olmalıdır”.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, bu, Azərbaycanın bir bölgəsindən digər bölgəsinə keçiddir: "Bizim yüklər və vətəndaşlar hər dəfə orada erməni sərhədçinin simasını görməli deyil. Bizim tələbimiz budur. Bu legitim tələbdir, ədalətli tələbdir. Əks təqdirdə bizim vətəndaşlarımız təhlükə altında olacaq. Mən yaxşı xatırlayıram sovet dövründə Bakıdan Naxçıvana hərəkət edərkən, məhz Zəngəzurdan keçən bir hissədə qatara daş atılırdı, qatarların pəncərələri qırılırdı. Tarix budur. Biz bunu çox yaxşı xatırlayırıq. Bu, sovet dövrü idi, nizam-intizam və cəza mexanizmlərinin hökm sürdüyü dövr idi. Bu gün biz vətəndaşlarımızı riskə ata bilmərik. Ona görə burada heç bir fiziki təmas olmalı deyil. Və onların təminatı təhlükəsizlikdir ki, insanlar və yüklər təhlükəsiz şəkildə hərəkət etsin. Bu, legitim tələbdir”.
Baxış sayı:39
Bu xəbər 19 İyul 2025 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















