Icma.az
close
up
RU
Qalmaqal yeni mərhələdə: “Bu, ən böyük xəyanətdir” Tahir Əmiraslanovdan sərt ittiham

Qalmaqal yeni mərhələdə: “Bu, ən böyük xəyanətdir” Tahir Əmiraslanovdan sərt ittiham

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Tanınmış tədqiqatçı, Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru Tahir Əmiraslanov “Dövlət Turizm Agentliyini və onun dəstəyi ilə fəaliyyət göstərən ASCA-nı sərt tənqid edib.

O, dolmanın Baltikyanı ölkələrin maddi-mədəni irsi kimi tanınmasına kəskin reaksiya verib və bu addımı “millətə, dövlətə, xalqa, Türk dünyasına xəyanət” adlandırıb. T.Əmiraslanov iddia edib ki, 1988-ci ildən bəri aparılan mətbəx davası cəmi 3 ayda zərbə alıb və bu prosesdə dövlət qurumlarının da rolu olub:“Bu, WORLDCHEFS-lə birlikdə bir ildə 2, 9 milyon pul silməkdən betər oldu ki!” 

Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Tahir Əmiraslanov bildirib ki, milli mətbəximiz yavaş-yavaş başqa ölkələrə verilir. O qeyd edib ki, dolmaya görə ölkəmiz 37 illik bir yol keçib və bu yolda qələbə qazanıbm: 

“Artıq harsasa 3 aydır ki, Dünya Kulinariya Birliyinin Milli İrs Komitəsinə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının rəhbərini daxil ediblər. Bununla məşğul olan Dövlət Turizm Agentliyidir. Onlar bu təşkilata üzvlüyü təmin ediblər. Həmin təşkilatın isə dünyada 12 milyon üzvü var və 115 ölkə iştirak edir. Amma bu komitəyə salınan şəxs nə milli irsi sevir, nə də bu sahəyə bağlılığı var. Mətbəx davamızda 1988-ci ildən başlayaraq dolma lakomotiv, əsas mövzumuz idi. Uzun illər bu istiqamətdə çalışdıq. 2012-ci ildən Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə dolmanı dünyada tanıtmağa başladıq və onu UNESCO-da milli irs kimi qeyd etdirməyə çalışdıq. 

Ancaq bu şəxslər cəmi 3 ay ərzində komitəyə daxil oldular və artıq dolmanı “sarma” adı altında başqa ölkələrin milli irsi kimi təqdim etdilər. Bu, ən böyük xəyanətdir. Əgər sən oranın üzvüsənsə, komitədə çıxış etməliydin. İzah etməliydin ki, niyə sarma Baltikyanı ölkələrdə bişirilir və niyə onların milli mədəni irsi deyil. Bunları başa gətirməklə və digər işlərdə bizə qarşı durmaqla Dövlət Turizm Agentliyi 2023-cü ilin martında məni işdən çıxardı. Artıq həmin ilin dekabrında isə bizim milli mətbəximizə aid 250-dən çox yemək nümunəsi Ermənistanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinin milli irs portalında yerləşdirildi. Beləcə, milli mətbəximiz yavaş-yavaş başqa ölkələrə verirlər”. 

Tahir Əmiraslanov vurğulayıb ki, bu, açıq şəkildə xəyanətdir: 

“İndi, məsələn, ermənilər də, gürcülər də dolma bişirir. Onda bu, Ermənilərin milli yeməyidir? Əlbəttə ki, deyil. Bəli, Serbiya da, Xorvatiya da hazırlayır. İndi isə Baltikyanı ölkələrdə də “sarma” adı ilə tanınır. Sarmaq, yəni bükmək, dolamaq mənasındadır. Bizdə isə dolma “doldurmaq” sözündən gəlir. Dövlət Turizm Agentliyinin bizə göstərdiyi təzyiqlər, bizi beynəlxalq proseslərdən uzaqlaşdırması, maliyyə vəsaitlərinin mənimsənilməsi və böyük miqdarda pul silinməsi bu vəziyyəti yaradıb. Mən bunu açıq şəkildə milli irsə xəyanət hesab edirəm”. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: Qalmaqal Tahir Əmiraslanov ittiham

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Aprel 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see284

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see233

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see169

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see144

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see141

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri