Qalmaqallı serialın ikinci sezonu ləğv edildi
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin adı qalmaqalllarda hallanan serialı “Şakir Paşa ailesi: Mucizeler ve skandallar”ın ikinci sezonu ləğv edilib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.
Buna səbəb serialın artan xərcləri olduğu bildirilir.
Qeyd edək ki, serial son illərin ən mübahisəli istehsallarından biri kimi tarixə düşüb.
Ekran işi Türkiyə Milli Teleradio və Yayım Şurası tərəfindən 2 dəfə cərimələnib.
İki dəfə çəkiliş meydançasında yanğın baş verib.
Sonuncu yanğında istehsalat üzrə menecer, “Taki” ləqəbli Serkan Sükyan vəfat edib.
Bildirilib ki, tüstüdən təsirlənən Sükyan infarktdan ölüb.
Ekran işinin finalı ilə bağlı iddialar səslənsə də, daha sonra ikinci sezonun çəkiləcəyi açıqlanmışdı.
Serialın prodüseri Fatih Aksoy isə bildirib ki, “Bu xərclərlə bir dövr dramı çəkmək mümkün deyil. İkinci sezonu ləğv etmək qərarı aldıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 21 İyul 2025 20:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















