Icma.az
close
up
RU
Qaydasız döyüş meydanı... Rusiya Ukrayna müharibəsi çox təhlükəli bir mərhələyə qədəm qoyub

Qaydasız döyüş meydanı... Rusiya Ukrayna müharibəsi çox təhlükəli bir mərhələyə qədəm qoyub

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya Ukraynanın ikinci ən böyük şəhəri Xarkova hücum edərək uşaq bağçasına zərbə endirdi. Vladimir Zelenski uşaqların təxliyə edildiyini və onların çoxunun "kəskin stress reaksiyalarından" əziyyət çəkdiyini bildirdi. Mer İqor Terexov və Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov ən azı üç partlayışın baş verdiyini bildirdilər.

Rusiya artıq müharibə qaydalarının əleyhinə addımlar atmaqdadır…

Bizimyol.info xəbər portalına danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov bildirib ki, Rusiya-Ukrayna müharibəsi çox təhlükəli bir mərhələyə qədəm qoyub.

Xəyal Bəşirov

“Bir neçə aydan sonra dörd ili tamam olub, beşinci ilə keçəcək ki, Rusiya-Ukrayna müharibəsi davam edir və son zamanlar aktiv müharibə fazası olaraq ən uzunmüddətli müharibələrdən hesab oluna bilər. Bir tərəfdən sülh danışıqları ilə bağlı cəhdlər olur, atəşkəsin əldə edilməsi və Rusiya ilə Ukrayna arasında danışıqlar prosesinin reallaşdırılması istiqamətində Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp başda olmaqla təşəbbüslər var, cəhdlər var. Amma hələ ki, hamısı uğursuzdur və bu uğursuzluq təbii ki, müharibə meydanında iştirak edən tərəflərə də təsir göstərir.

İlk öncə onu nəzərə almaq lazımdır ki, döyüş meydanında heç bir tərəf uğur əldə edə bilmir. Ukrayna tərəfi canlı qüvvə çətinlikləri, məhdudiyyəti yaşayır. Canlı qüvvə çatışmazlığı Ukraynanın döyüş meydanında onun mövqeyinə çox ciddi təsir göstərir və bu amillər Ukraynaya döyüş meydanında nəinki irəli getməyə mane olur, əksinə geri getməyə və addım- addım öz ərazilərini itirməsinə gətirib çıxarır. Amma Rusiya tərəfi də elə bir ciddi uğur əldə edə bilmir. Rusiya döyüş meydanında əldə edə bilmədiyi uğurları fərqli formada kompensasiya etməyə cəhd göstərir. Hər iki tərəf artıq müharibə müharibənin aparılması qaydalarının əleyhinə olan konvensiyaların tələblərini pozur. Ümumiyyətlə, müharibənin aparılması qaydalarına zidd addımlar atır. Döyüş meydanında uğur əldə edə bilməyəndə, təbii ki, bu yollara əl atılır”-deyən Xəyal Bəşirov qeyd edib ki, Rusiya tərəfi Ukraynanın sivil şəhərlərini Xarkovu, Kiyevi və yaxud digər şəhərləri hədəfə alır.

Politoloqun fikrincə, döyüş meydanında uğur əldə edə bilməyəndə, istəyinə nail ola bilməyəndə, tərəflər ölkə daxilində xaos yaratmaq, insanları panika vəziyyətində saxlamaq və bu yolla istəyinə nail olmaq niyyətini həyata keçirir: “Ukrayna da eyni şəkildə dronlarla və yaxud da digər vasitələrlə Rusiyanın şəhərlərinə hücumlar təşkil edir. Bu gün Ukraynanın dəstəyinin olmaması, Rusiyanın Ukrayna ərazilərinə qanunsuz olaraq daxil olması amilini nəzərə alsaq, Ukraynanın atdığı bu addımlar indiki mərhələdə onların prizmasından yanaşanda anlaşılandır. Amma bu da müharibə qaydaları əleyhinə olan addımdır. 1899-cu il Haaqa Konvensiyası, 1907-ci ildə İkinci Haaqa Konvensiyasının tələbləri quruda döyüş əməliyyatlarını aparmaq və digər addım atmaq, eyni zamanda Cenevrə konvensiyalarının tələblərini pozur. 1977-ci il Cenevrə Konvensiyalarına əlavə protokolların tələblərini ciddi şəkildə pozur. Bu, beynəlxalq humanitar hüququn tələblərinin çox sərt şəkildə pozulması deməkdir.

Eyni zamanda, BMT qətnamələrinin pozulmasına gətirib çıxarır. Bunu beynəlxalq hüquq görür. Volodimir Zelinskinin qeyd etdiyi kimi, bu, beynəlxalq hüquqla danışıqlar prosesini reallaşdırmağa cəhd göstərən və sülh prosesini reallaşdırmaq istəyən tərəflərə olan bir cavabdır”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 Oktyabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri