Icma.az
close
up
RU
"Bakı Metropoliteni”ndə daha bir qadın maşinist işə başlayacaq

"Bakı Metropoliteni”ndə daha bir qadın maşinist işə başlayacaq

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Bakı metropolitenində qatar maşinistlərinin sayının artırılması və peşəkar kadrların yetişdirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

Bu barədə Bakupost.az -a “Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, "Bakı Metropoliteni" QSC-nin Təlim-tədris mərkəzində 8 gənc xüsusi təlim proqramını uğurla başa vuraraq maşinist peşəsinə yiyələnib.

"Bununla əlaqədar Təlim-tədris mərkəzində tədbir keçirilib. “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov gənc maşinistlərə öz tövsiyələrini verib. Bu çətin, lakin şərəfli peşədə hər birinə uğurlar arzulayıb. Tədbirin sonunda müdavimlərə qatarı idarəetmə vəsiqələri təqdim olunub.

Yeni maşinistlər sırasında daha bir xanımın yer alması bu kursun mühüm məqamlarından biridir. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Aydan Kərimova təlimləri uğurla tamamlayaraq, Bakı metropolitenində qatar idarəetmə hüququna yiyələnən növbəti qadın maşinist olub. Onun bu uğuru, qadınların nəqliyyat sektoruna artan marağının bariz nümunəsidir", - qurumdan bildirilib.

Qeyd edilib ki, qatar maşinisti kursuna qəbul prosesi bir neçə mərhələdən ibarətdir:

"Namizədlər texniki biliklər üzrə ilkin test imtahanından, psixoloji sınaq və müsahibə mərhələsindən keçdikdən sonra nəzəri hazırlıq prosesinə başlayırlar. Üç aylıq təlim müddətində onlara metropoliten sisteminin əsasları, vaqonların quruluşu, texniki xidmət, təmir prosesləri və təhlükəsizlik qaydaları üzrə ətraflı məlumatlar verilir, qazandıqları biliklər hər mərhələnin sonunda imtahan vasitəsilə yoxlanılır.

Təlim kursu müasir texnoloji yeniliklərin tətbiqi ilə həyata keçirilir. Namizədlər Təlim-tədris mərkəzində quraşdırılmış innovativ qatar trenajoru vasitəsilə real şəraitə maksimum yaxın mühitdə qatar idarəetmə təcrübəsi qazanırlar. Son mərhələdə isə onlar qeyri-gur saatlarda təlimçilərin nəzarəti altında metro xətlərində sınaqlara cəlb edilirlər.

Qatarın 10 min km sərbəst idarəetmə normativini uğurla tamamlayan namizədlər yekun imtahandan sonra tamhüquqlu maşinist adı qazanır.

Hazırda 14-cü kursun nəzəri hissəsi başa çatıb və 11 müdavim praktik təlimlərə başlayıb.

Yanvarda elan edilmiş müsabiqəyə isə 735 müraciət daxil olub. Onların arasından tələbələrə uyğun gələn 235 namizəd mərhələli şəkildə imtahanlara cəlb ediləcək.

Bakı metropolitenində kadr hazırlığı və işçi qüvvəsinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar nəticəsində yeni seçim qaydalarına əsasən, bugünədək maşinist peşəsinə yiyələnən 87 nəfər metropolitendə işlə təmin edilib. Ümumilikdə isə Bakı metropolitenində 2-si qadın olmaqla, hazırda 243 qatar maşinisti çalışır.

Bakı metropolitenində yeni texnologiyaların tətbiqi, sərnişin təhlükəsizliyinin təmin olunması, xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlar, o cümlədən qadın maşinistlərin sayının artması ilə nəqliyyat sektorunda gender bərabərliyin təşviqi əlda olunan uğurlu nailiyyətlərdəndir".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:293
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 20 Fevral 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri