"Həyatım üçün hələ də ciddi təhlükə var" Türkiyədə bıçaqlanan federasiya prezidenti
Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Muay Tay Federasiyasının prezidenti Araz Musayev Türkiyənin Antalya şəhərində müalicə aldığı xəstəxanadan yaxın günlərdə evə buraxılacaq.
Bakupost.az xəbər verir ki, Araz Musayev bu barədə şəxsi sosial media hesabından paylaşım edib.
O bildirib ki, Antalyada keçirilmiş dünya çempionatı vaxtı Rusiyadan sifarişlə gətirilmiş şəxslər ona arxadan hücum ediblər, başına bir, qarın nahiyəsinə üç bıçaq zərbəsi vurublar.
A.Musayevin sözlərinə görə, həyatına hələ də ciddi təhlükə var və belə bir vəziyyətdə Azərbaycana qayıdacaq:
"Azərbaycanda qanunlar sərt olduğundan edə bilmədilər, gəlib bunu qardaş ölkədə törətdilər. Hazırda Türkiyədə müalicə aldığım xəstəxananın palatasının qapısında 15-20 polis əməkdaşı dayanıb. Mənə sui-qəsddə şübhəli bilinən 7 nəfər tutulub. Mənim heç kimlə düşmənçiliyim, nifaqım yoxdur. İnanıram ki, bu hadisənin sifarişçisi də öz cəzasını alacaq".
Qeyd edək ki, Araz Musayev mayın 28-də Türkiyənin Antalya şəhərindəki U-23 dünya çempionatında bıçaqlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 05 İyun 2025 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















