"Sülh razılaşması dünya ölkələri üçün güclü siqnaldır" Şarl Mişel
Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hesab edirəm ki, Sizin Ermənistanla birgə icra etdiyiniz sülh razılaşması dünya ölkələri üçün çox güclü bir siqnaldır.
Bakupost.az xəbər verir ki, bunu Prezident İlham Əliyevlə görüşdə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvü - Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel deyib.
“Yəni çətinliklərə, keçmiş və indiki iztirablara baxmayaraq, gələcəyə kiçik də olsa, nikbinliklə və ümidlə baxmaq üçün ortaq iradə var. Bu da bizim təşviq və müdafiə etmək istədiyimiz dəyərlərə bağlıdır. Çünki biz hesab edirik ki, bu dəyərlər gələcəkdə daha çox təşviq olunmalıdır. Bir daha qeyd etmək istəyirəm, biz Sizin liderliyinizi, bu sülh razılaşmasını təqdir edirik. Mükafatla bağlı verdiyimiz qərarla biz bu sülh razılaşmasının reallığa çevrilməsi üçün Sizin göstərdiyiniz bütün səylərə dəstək olduğumuzu nümayiş etdirmək, region və Cənubi Qafqaz, həmçinin daha geniş bölgə üçün müsbət ümidlər və perspektivlər arzulamaq istəyirik”, - Şarl Mişel vurğulayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 21 Yanvar 2026 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















