Icma.az
close
up
RU
Rəşid Behbudovun anım günündə xatirə otağı yeni eksponatlarla zənginləşdirilib

Rəşid Behbudovun anım günündə xatirə otağı yeni eksponatlarla zənginləşdirilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 9 iyun, AZƏRTAC

İyunun 9-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli sənətkar, Xalq artisti Rəşid Behbudovun anım gününə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, anım günü çərçivəsində Dövlət Mahnı Teatrında fəaliyyət göstərən Rəşid Behbudovun xatirə otağına yeni eksponatlar təqdim olunub.

Bu münasibətlə keçirilən tədbirdə Milli Məclisin deputatları, mədəniyyət xadimləri, tanınmış ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Təqdim olunan eksponatlar sırasında Azərbaycan Beynəlxalq Bankı tərəfindən sənətkarın 110 illik yubileyinə həsr olunaraq hazırlanmış xüsusi qramofon (patefon) və vinil val, həmçinin ailəsi tərəfindən təqdim edilən şəxsi kolleksiya nümunələri və digər dəyərli xatirə əşyaları yer alıb. Eyni zamanda, Milli Məclisin deputatı, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva və digər rəssamlar tərəfindən təqdim olunan rəsm əsərləri və hədiyyələr də xatirə otağında nümayiş olunan eksponatlar sırasına daxil edilib.

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının direktoru Ülviyyə Bəbirli bildirib ki, bu cür tədbirlər milli musiqimizin təbliği və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Direktor vurğulayıb ki, burada bir araya gələn hər kəsin bu sahəyə göstərdiyi maraq və dəstək təqdirəlayiqdir. "Bu gün tədbirin keçirildiyi məkan ötən il Mədəniyyət Nazirliyinin dəstəyi ilə açılmış Rəşid Behbudovun xatirə otağıdır. Burada sənətkarın şəxsi əşyaları və ona hədiyyə olunmuş qiymətli eksponatlar nümayiş etdirilir. Tanınmış simalarla yanaşı, gənclərin də bu prosesdə aktiv iştirakı sevindirici haldır", - deyə o qeyd edib.

Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev çıxış edərək sənətkarın zəngin irsinin qorunması və gələcək nəsillərə çatdırılmasında xatirə otağının rolunu yüksək qiymətləndirib. Təqdim olunan ailə arxivinə aid əşyaların böyük tarixi əhəmiyyət daşıdığını vurğulayan fond direktoru xatirə muzeyinə yeni eksponatlar təqdim edib.

Milli Məclisin deputatı, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Azərbaycan Beynəlxalq Bankının mətbuat katibi Yadigar Cəfərli və digər çıxış edənlər Rəşid Behbudovun təkcə musiqidə deyil, bütövlükdə Azərbaycan mədəniyyətində silinməz iz qoyduğunu və vizual sənətlərdə də onun obrazına mütəmadi müraciət olunduğunu diqqətə çatdırıblar. Bildirilib ki, görkəmli sənətkarın bənzərsiz ifası və zəngin yaradıcılığı bu gün də rəssamlar, heykəltaraşlar və digər sənət adamları üçün tükənməz bir ilham mənbəyidir. Natiqlər Rəşid Behbudov irsinin gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayaraq, xatirə otağına nümayiş olunmaq üçün dəyərli hədiyyələr və eksponatlar təqdim ediblər.

Sonda tədbir iştirakçıları xatirə otağına nümayişə verilən yeni eksponatlarla yaxından tanış olublar.

Müxbirlər - Gülay Nəzərova, Fərid Səlimov

Fotomüxbir - İlkin Cavanşirov

Videooperator - Rza Fəttaxov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyun 2026 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri