Sahibə Qafarova: Sülh sazişinin paraflanması Ermənistan Azərbaycan münaqişəsinə son qoyulması istiqamətində tarixi addımdır
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 20 oktyabr, AZƏRTAC
Bu ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistanın Birgə Bəyannamə imzalaması və sülh sazişini paraflaması onilliklərlə davam edən Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması istiqamətində tarixi addımdır.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 20-də İsveçrənin Cenevrə şəhərində Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında çıxışı zamanı söyləyib.
Sahibə Qafarova bu əlamətdar hadisənin Cənubi Qafqazda daimi sülh, sabitlik və davamlı inkişafın yeni səhifəsini açacağına ümidvar olduğunu bildirərək deyib: “Bu isə hətta uzun müddətdir davam edən münaqişələrin də dialoq və siyasi iradə yolu ilə həll oluna biləcəyinə dair əminlik yaradır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 20 Oktyabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















