Icma.az
close
up
RU
Süni dadlandırıcılar beyində aclıq hissini artıra bilər

Süni dadlandırıcılar beyində aclıq hissini artıra bilər

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Yeni tədqiqat nəticələri göstərir ki, süni dadlandırıcı sukraloza (ticarət adı ilə Splenda) beynin iştaha və qida istəyi ilə bağlı hissəsinə təsir edərək aclıq hissini artıra bilər.

Lent.az “sciencealert.com” saytına istinadla xəbər verir ki, Cənubi Kaliforniya Universitetindən endokrinoloq Kathleen Alanna Peyc və onun komandası tərəfindən aparılan bu araşdırmada 18 yaşdan 35 yaşa qədər olan 75 nəfər iştirak edib. İştirakçılar üç fərqli gün müxtəlif içkilər qəbul ediblər: biri sukraloza, digəri təbii şəkər (saxaroza), üçüncüsü isə sadə su tərkibli olub. Hər içkidən sonra iştirakçıların qan testləri aparılıb və beyin aktivliyi MRT vasitəsilə izlənilib.

Tədqiqatın nəticələrinə əsasən, saxaroza (təbii şəkər) qəbul edildikdə hipotalamusda qan axını azalıb və bu, iştirakçılarda aclıq hissinin azalması ilə müşayiət olunub. Sukraloza qəbul edildikdə isə əks təsir müşahidə olunub, yəni hipotalamusda qan axını artmış və iştirakçılar daha çox aclıq hiss etdiklərini bildiriblər. Sukraloza istehlakı, qanda şəkərin səviyyəsini tənzimləyən hormonların (məsələn, insulin və GLP-1) aktivliyində də dəyişikliklərə səbəb olub. Tədqiqatçılar hesab edirlər ki, sukraloza bədənin qida qəbuluna verdiyi siqnalları poza bilər. Təbii şəkər (saxaroza) qəbul edildikdə orqanizm kalori qəbul etdiyini anlayır və buna uyğun hormon reaksiyası verir. Lakin süni dadlandırıcılar kalori təmin etmədiyi üçün beynin metabolik siqnalları ilə real enerji balansı arasında uyğunsuzluq yaranır. Bu isə uzunmüddətli dövrdə bədənin daha çox qida istəməsinə səbəb ola bilər.

Bu araşdırma süni dadlandırıcıların piylənmə və metabolik xəstəliklərə potensial təsiri ilə bağlı narahatlıqları artırır. Əvvəlki tədqiqatlar sukralozanın bağırsaq mikroflorasına mənfi təsir göstərə biləcəyini, qlükoza balansını poza biləcəyini, hətta DNT zədələnməsi ilə əlaqəli ola biləcəyini göstərib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü ildə süni dadlandırıcıların uzunmüddətli sağlamlıq təsirləri barədə xəbərdarlıq etmişdi. Alimlər isə indi xüsusilə uşaqlar və yeniyetmələr üçün potensial riskləri araşdırırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 Aprel 2025 07:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see291

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see289

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see288

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see284

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see279

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see278

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see260

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see257

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see254

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see254

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see244

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see240

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see234

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see222

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see221

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see220

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see207

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see200

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see199

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri