Tanınmış kinorejissor Fikrət Əliyevin xatirəsi gecəsi keçirilib AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 27 dekabr, AZƏRTAC
Dekabrın 27-də Azərbaycan Dövlət Film Fondu və Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə tanınmış kinorejissor Fikrət Əliyevin 85 illik yubileyi münasibətilə xatirə gecəsi keçirilib.
Film Fondundan AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı olub.
Xatirə gecəsində çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev Fikrət Əliyevin yaradıcılığı haqqında məlumat verib, onun Azərbaycan kinosunda Abşeron mövzusuna xüsusi münasibətinin olduğunu vurğulayıb. Sonra Xalq artistləri Əbdül Mahmudov, Şamil Süleymanlı, Əməkdar artist Ruhəngiz Musəvi tanınmış rejissor haqqında xatirələrini bölüşüblər.
Tədbirin sonunda “Aranfilm” studiyasının kinorejissor Fikrət Əliyevə həsr etdiyi “Məni izləyən müəmma” filmi (rejissoru Babək Abbaszadə) nümayiş olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 27 Dekabr 2024 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















