Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Tramp Ərdoğan tandemi Qəzza üçün yeni tarix yazır: ABŞ və Türkiyə Yaxın Şərq zəfəri ilə dünyaya sərt mesaj verdi

Tramp Ərdoğan tandemi Qəzza üçün yeni tarix yazır: ABŞ və Türkiyə Yaxın Şərq zəfəri ilə dünyaya sərt mesaj verdi

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Türkiyənin Qəzzaya humanitar girişin təşkilində və yenidənqurma prosesində rol alması, ona regionda yalnız hərbi güc sahibi deyil, həm də praktiki “tənzimləyici” statusu qazandırır... Qəzza sazişi təhlükəsizlik zəmanətləri olmadan "sürüşkən" qalsa da, bu sənədin imzalanması ilə prezident Donald Trampın “sülh yaradan lider” imici indi daha inandırıcı təsir bağışlayır...

Yaxın Şərqdə sülhün və sabitliyin bərpasına yönəlik və Şarm əl-Şeyxdə keçirilən Qəzza sammiti pozitiv nəticələr ilə yekunlaşıb. Belə ki, qlobal məkanın və ərəb dünyasının nüfuzlu dövlətlərinin - ABŞ, Türkiyə, Misir və Qətərin liderləri Qəzza üçün sülh və atəşkəs sənədini rəsmi şəkildə imzalayıblar. Və bu önəmli sülh sammiti Yaxın Şərq üzrə regional diplomatiyada, eləcə də, Türkiyə və ABŞ-ın yeni əməkdaşlıq xəttində taleyüklü məqam olaraq, qiymətləndirilir.

Onu da qeyd etmək lazımdır ki, rəsmən açıqlanmış məlumatlara görə, imzalanmış sənəd müharibənin dayandırılması, humanitar yardımın genişləndirilməsi və Qəzzanın yenidənqurulması üçün bir sıra ilkin mexanizmləri nəzərdə tutur. Ancaq sülh planının uzunmüddətli siyasi konturlarına, o cümlədən də, Qəzza və İordan çayının qərb sahilinin gələcək statusuna dair konkret, bağlayıcı mexanizmlər hələlik tam aydın deyil. Və bu, həm beynəlxalq ekspertlər, həm də yerli siyasi aktorlar arasında narahatlıq yaradıb.

 

Maraqlıdır ki, ABŞ prezidenti Donald Trampın Qəzza sammitindəki çıxışında Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana ünvanladığı təriflər hazırda beynəlxalq məkanda intensiv müzakirələrə səbəb olub. Çünki Ağ Ev sahibinin “O, mənə kömək lazım olanda həmişə yanımdadır”, “O, həqiqətən sərt bir adamdır, amma mənim dostumdur” məzmunlu açıqlamaları yalnız şəxsi münasibətlərin vurğulanması deyildi. Bu, eyni zamanda, prezident Donald Trampın şəxsi münasibətlər üzərindən nəhəng dövlətlərin strateji davranışlarını formalaşdırmaq siyasətinin açıq nümunəsi idi.

Təbii ki, prezident Donald Trampın bu ritorikası ABŞ və Türkiyə arasında yaranmış taktiki-strateji yaxınlaşmanı da növbəti dəfə bütün dünyanın diqqətinə çatdırmış oldu. Ağ Ev sahibinin açıqlaması əslində, qlobal məkanda Türkiyənin ədalətli vasitəçi, beynəlxalq nüfuz mərkəzi və qətiyyətli regional balanslaşdırıcı kimi imicini daha da möhkəmləndirdi. Və bu, yaxın gələcəkdə Türkiyənin daha böyük strateji hədəflərini reallaşdırması qarşısında önəmli geopolitik "pəncərə"nin açılması deməkdir.

Digər tərəfdən, rəsmi Ankara üçün Qəzza sülh sənədinə atdığı imza bir neçə cəhətdən olduqca qazanclıdır. Birincisi, Türkiyənin Qəzzaya humanitar girişin təşkilində və yenidənqurma prosesində rol alması, ona regionda yalnız hərbi güc sahibi deyil, həm də praktiki “tənzimləyici” statusu qazandırır. İkincisi, Ağ Ev sahibi Donald Trampın prezident Rəcəb Tayyib Ərdoğana göstərdiyi diqqət Türkiyənin beynəlxalq arenada nüfuzunu daha da artırır və rəsmi Ankara üçün həm Qərblə, həm də ərəb dünyası ilə əlaqələrdə yeni imkanlar açır. Və bu, Türkiyənin “sərt güc” ilə “yumşaq güc” arasında balans yaratma strategiyasına müvafiqdir.

 

Onu da qeyd etmək lazımdır ki, prezident Donald Trampın bəyanatlarında iki paralel mesaj görünür. Bir tərəfdən, ABŞ prezidenti “Yaxın Şərqdə üçüncü dünya müharibəsi baş verməyəcək” kimi qlobal cəhətdən sakitləşdirici ifadələrlə çıxış edir. Digər tərəfdən isə ABŞ-ın əsas prioritetlərinin — girovların azad olunması, humanitar yardımın çatdırılması və İsrailin təhlükəsizliyinin təminatı ilə bağlı məqamların sənəddə ön plana çəkildiyi görünür.

Böyük ehtimalla bu, ABŞ-ın regionda birbaşa hərbi müdaxilədən daha çox diplomatik və koalision mexanizmlər vasitəsilə öz təsirini saxlamağa çalışmasından qaynaqlandığını göstərir. Ancaq bu planın gələcəkdə İran, regional silahlı qruplar və İsrailin daxili siyasəti tərəfindən necə qarşılanacağı da ciddi sual altındadır. Və bu, istər-istəməz Yaxın Şərq böhranının artıq birmənalı, həm də tam şəkildə həll edilməyə çox yaxın olduğu barədə iddialara daha ehtiyatlı yanaşmaq ehtiyacı yaradır.

Ancaq bütün bunlara baxmayaraq, Qəzza sammitdəki dövlət liderlərinin dialoqları müsbət mesajlar da verdi. Belə ki, humanitar yardım karvanlarının Qəzzaya daxil olması, eləcə də, bəzi girovların azad edilməsi barədə razılaşmalar əhəmiyyətli addımlardır. Ancaq münaqişə məkanındakı gərginliklər hələ tamamilə aradan qalxmayıb. Və bu o deməkdir ki, formal imzalar praktik və dayanıqlı sülhə avtomatik çevrilməyə də bilər.

 

Bununla belə, mövcud situasiyada Yaxın Şərqdə əsas geopolitik iradə sahiblərindən olan Türkiyə öz diplomatik manevr imkanlarını genişləndirərək, Avropa və ərəb ölkələri arasında "körpü" funksiyasını gücləndirə bilər. Bu, rəsmi Ankaranın qlobal məkanda həm iqtisadi, həm də siyasi təsirini artırmaq potensialına malikdir. Və bu baxımdan, Türkiyənin artıq "beşdən böyük olan dünya"nın idarə edilməsində xüsusi statuslu dövlətlərin sırasına yerləşdiyini iddia etmək tamamilə mümkündür.

ABŞ üçün isə bu razılaşma xarici siyasət xəttində önəmli nümunə göstəricisi rolunu oynaya bilər. Xüsusilə də, prezident Donald Trampın “sülhü təmin edən lider” imici indi daha inandırıcı təsir bağışlayır. Ancaq Ağ Ev üçün əsas risk hələlik sənədin konkret təhlükəsizlik zəmanətləri olmadan "sürüşkən" qalmasıdır. Çünki sənədin icrası zəif olarsa və ya tərəflər arasında etimad möhkəmlənməzsə, lokal eskalasiyalar yeni döyüş dalğalarına gətirib çıxara, regional sabitliyi yenidən sarsıda bilər.

Beləliklə, Şarm əl-Şeyx sammiti və orada imzalanan “Gəzza sülh deklarasiyası” regional diplomatiyada əhəmiyyətli ritualdır. Bu, həm beynəlxalq məkanda ciddi güc nümayişi, həm də real sülh üçün xarici fiqurların birgə məsuliyyətidir. Tramp-Ərdoğan tandemi isə bu prosesə olduqca önəmli impuls verdi. Ancaq davamlı regional sülh və sabitlik üçün institusional mexanizmlərin, şəffaf nəzarətin, eləcə yerli aktorların razılaşdırılmış iştirakı zəruridir.(musavat.com)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 Oktyabr 2025 20:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see238

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see212

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see209

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see192

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see172

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see166

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see161

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see154

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see153

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see152

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see150

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see148

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see148

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see147

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see146

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see141

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see136

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see135

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see135

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri