Trampdan Putinə təcili zəng Ukraynanın hücumları ABŞ nin Kiyevə dəstəyini sual altına salır
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna ordusunun Rusiya strateji aviasiyasının yerləşdiyi aerodromlara endirdiyi son hücumlar Vaşinqtonda siyasi gərginliyi artırıb.
ABŞ-nin nüfuzlu “The Atlantic” jurnalının məlumatına görə, bu hücumlar Ağ Evdə Kiyevə verilən dəstəyin davam etdirilib-etdirilməməsi ilə bağlı yeni müzakirələrə səbəb olub. Mənbə kimi göstərilən və Prezident Donald Trampın administrasiyası ilə əlaqəli anonim şəxslər bildiriblər ki, Tramp bu hücumlardan sonra ciddi narahatlıq keçirib.
Jurnalın yazdığına görə, Tramp Ukraynanın bu cəsarətli hərbi addımlarını “göstəriş xarakterli” adlandırıb. Onun fikrincə, bu cür hücumlar Rusiyanı daha da aqressivləşdirə və müharibəni nəzarətsiz eskalasiyaya sürükləyə bilər. Tramp hesab edir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Kremllə sülh danışıqlarına fokuslanmalıdır.
Məqalədə ən diqqətçəkən məqam isə Trampın hücumdan dərhal sonra Rusiya Prezidenti Vladimir Putinə zəng etməsidir. Görüşün detalları açıqlanmasa da, Tramp söhbət nəticəsində Putinin hücuma cavab verməyi özünə borc bildiyini dediyini qeyd edib.Trampın Putinə cavabdan çəkinməsi barədə xəbərdarlıq edib-etmədiyi məlum deyil.
Ağ Evdən iki vəzifəli şəxsə istinadən yayılan məlumatda deyilir ki, Tramp hələ də sonrakı addımlar barədə qəti qərar verməyib. Onun müşavirləri hazırda bir neçə variantı müzakirəyə çıxarıblar. Bunlara Rusiyaya qarşı sanksiyaların yenidən gündəmə gətirilməsi və Ukraynaya verilən yardımın azaldılması da daxildir.
“AzPolitik.info”
Baxış sayı:112
Bu xəbər 06 İyun 2025 23:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















