Türk hərbi sənayesi Amerikaya ayaq açdı Təsdiq
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Braziliya Konqresi Türkiyə ilə hərbi sənaye sahəsində 5 illik əməkdaşlıq müqaviləsini rəsmən təsdiqləyib.
Axar.az xəbər verir ki, sənədə birgə istehsal, tədqiqat, modernləşdirmə, həmçinin üçüncü ölkələrə birgə satış daxildir.
Razılaşmaya əsasən, Türkiyə hərbi sənaye şirkətlərinə Braziliya bazarında yeni imkanlar veriləcək, Braziliya texnoloji imkanlardan və istehsal potensialının inkişaf proqramlarından yararlana biləcək.
Türkiyə şirkətləri son illərdə Braziliyanın hərbi sənayesində fəal iştirak edir. Məsələn, “Otokar”ın “TULPAR” zirehli maşını Braziliya Müdafiə Nazirliyinin elan etdiyi tenderlər siyahısına daxil edilib, “Kale”nin KTJ-3200 mühərriki yeni raket proqramı üçün nəzərdən keçirilir, “Canik” isə ağır pulemyotların tədarükü tenderini qazanıb.
Braziliya türk pilotsuz təyyarələrinin, xüsusilə “Bayraqdar TB2”-nin istifadə imkanlarını da öyrənir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 16 Sentyabr 2025 22:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















