UEFA nın ənənəvi püşkatma stilini dəyişməsi tənqidlərə səbəb oldu: Futbol ölür
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
UEFA Avropa Liqasının bu gün keçirilən püşkatma mərasimində gözlənilməz addım atıb. Ənənəvi toplu püşkatma sistemi ləğv olunaraq, tədbirə ingiltərəli sehrbaz Mario Daniel dəvət edilib.
Oxu.Az xəbər verir ki, o, əvvəlcə püşkatma toplarını göstərib, daha sonra isə "sehr" vasitəsilə onları yoxa çıxarıb. Bundan sonra isə qruplar kompüterdə - sadəcə bir düymə ilə müəyyənləşdirilib.
Bu qərar azarkeşlər arasında mübahisələrə səbəb olub. Sosial şəbəkələrdə bir çoxları püşkatmanın şəffaflığına şübhə ilə yanaşıb: "Bu, daha çox şou idi, nəinki real püşkatma. Futbol ölür", - deyə azarkeşlərdən biri yazıb.
UEFA isə açıqlama verərək bildirib ki, yeni sistem beynəlxalq şirkət "AE Live" tərəfindən hazırlanıb və "Ernst & Young" şirkəti tərəfindən yoxlanılıb. Qurum əlavə edib ki, rəqəmsal üsul saxtakarlıq ehtimalını minimuma endirir və prosesi daha sürətli edir.
Baxış sayı:95
Bu xəbər 29 Avqust 2025 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















