Icma.az
close
up
RU
Uşağım gecə altını isladır

Uşağım gecə altını isladır

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Yəqinki bir çox valideyni bu problem narahat edir. Enurez- uşağın fizioloji və ya psixoloji səbəblərdən yuxu əsnasında ya da oyanıq halda sidiyini saxlaya bilməməsidir.

Gecələri altını islatma bir çox uşağın yaşadığı problemdir. Oğlanlarda qızlara nisbətən çox təsadüf olunur.

Sidik ifrazı zamanı sidik kanalı əzələləri boşalmalı, qarın və sidik kisəsi əzələləri isə eyni vaxtda yığılmalıdır. Bütün bu proses sinir sistemi tərəfindən avtomatik tənzimlənsə də uşağın özü tərəfindən buna nəzarət edilir. 3 yaşına kimi uşaqlarda sinir sistemi prosesə nəzarət edə biləcək səviyyədə inkişaf etmədiyi üçün bu avtomatik şəkildə qeyri-iradi baş verir. Yəni sidik kisəsi dolan kimi sidik kanalı əzələləri boşalır və uşaq sidik ifraz edir. 3 yaşından sonra (ən gec 5 yaşa kimi ) uşaqlarda sinir sistemi inkişaf edərək şüurlu şəkildə nəzarəti formalaşdırır. Artıq uşaqda sidiyə getmək istəyi yaransada, o avtomatik həmin an sidiyə getmir, sfinktor (bükücü əzələ) sayəsində sidiyi saxlaya bilir. Normada uşaqlar 2 yaşdan etibarən böyük tualet vərdişini, 2-3 yaş arası kiçik tualet vərdişini nəzarətdə saxlamalıdır. 5 yaşa kimi formalaşmayıbsa artıq narahat olmaq lazımdır.

Əgər hər hansı fizioloji (böyrək, sidik kisəsi, ifrazat yollarında pozğunluq, bağısaq qurdları və s.) səbəb və genetik faktor (yəni ana və ya ata xəttində enurez ) müşahidə olunmursa enurezin səbəbi psixolojidir. Bunlar aşağıdakılardır:

- Valideynlərin təzyiqə çevrilmiş nəzarəti nəticəsində yaranan psixoloji tvavmalardır. Karşokda uşaqlar uzun müddət oturanda  (“anal” mərhələ, psixoseksual inkişaf mərhələsi zamanı həzz mərkəzi cinsi orqanlar olur) öz nəcislərini bükücü əzələdə saxlayaraq ondan həzz alırlar. Valideynlər bunu nəzərə almayıb tələsdirirlər ki, buda uşaqların psixikasına mənfi təsir göstərir. Gecə altını isladanda isə danlayır, cəzalandırır, gecələr vaxtsız oyadıb tualetə aparır və ya narahat yataq düzəldirlərki narahat yatsın yerini islatmasın. Bütün bunlar isə yataq islatmanı daha da gücləndirir.

- Valideynlər arası konfliktlər uşaqlarda gərginlik yaradır. Gecə narahat yatır və onlarda qaranlıq fobiyaları yaranır. Bununla əlaqədar sidik ifrazı idarəsinə nəzarət edə bilmirlər.

- Qardaş-bacı qısqanclığı, ailəyə ikinci övlad gəldikdən sonra ilk uşaq valideynlərinin artıq onu sevmədiyini düşünür və çıxış yolunu özünü körpəyə bənzətməkdə görür. Bu zaman barmaq əmmə,  yersiz şikayətlər və gecələri yataq islatmalar müşahidə olunur.

- Yeni evə köçülən zaman dəyişilmiş məkan çətin adaptasiya olan uşaqlarda gecə alt islatmalar yarada bilir.

- Valideynlərin boşanması zamanı xüsusən azyaşlı uşaqlarda həyacan və gərginlik fonunda sidiyini saxlaya bilməmə halı yaranır.

- Məktəb daxili yaşanan narahatlıqlat da enurəzə səbəb ola bilir. Belə hal olduqda valideynlər uşaqların məktəbdə həmyaşıdları və müəllimləri ilə hansı münasibətdə olduğunu aydınlaşdırmalı, imkan daxilində nevrotik amillərin aradan qalxmasına çalışmalıdır.

Enurezə səbəb olan hallardan biri də nevzorlardır. Nevrozla əlaqədar olan enurez daimi deyil yalnız gərginlik zamanı müşahidə olunaraq sakitlik halında keçib getmə ilə özünü göstərir. Nevrozlu uşaqların yuxusu səthi olur. Onlar müxtəlif yuxular görür, yatmış uşaq yuxudan duranda altının islandığını görüb böyük təşfiş keçirirlər.

Nevrozabənzər hallarda baş verən enurez , adətən, dövrü xarakter daşıyır və gecə ərzində bir neçə dəfə təkrar oluna bilir. Belə enurez yorğunluq zamanı intensivləşsə də həyəcandan asılı olmur. Sidik qaçırma olduqda uşaqlar həyəcanlanmır, yuxu görmür, yuxusu dərin olur hətta altın isladanda yuxudan oyanmır. Belə uşaqlarda çox zaman baş ağrısı, baş gicəllənmə ,yorğunluq qeyd olunur. Onlar fikirlərini tez toplaya bilmir, diqqətləri dağınıq olur. Belə uşaqlar məktəbdə dərsləri yaxşı qavraya bilmirlər.

Nevrozabənzər hallar mərkəzi sinir siseminin zədələnmələrinin (fəsadlaşmış doğuş, uzunmüddətli hipoksiya) baş beyin, onurğa beyin travmaları (yıxıldıqdan sonra ) sinir sistemi infeksiyaları (meningit, ensefalit) keçirmiş olan uşaqlarda daha çox rast gəlinir. Qeyd edilən bütün bu faktorlar sidik ifrazı orqanlarının sinir sistemi tərəfindən tənzimlənməsini pozur. Müayinə məqsədilə enurezli uşağı mütləq nervpatoloq və uroloqa göstərmək lazımdır. Müalicə isə enurezə səbəb olan haldan asılı olaraq seçilir. Lakin səbəbdən asılı olmayaraq aşağıdakıları etmək şərtdir.

-  Gərginlik və stressiz keçən sakit şəraitin yaradılmalıdır. (televizora baxış müddəti azaldılmalı)

-  Pəhriz: 18:00dan (yaxud heç olmasa yatmazdan 3 saat əvvəldən) qida qəbulu və sidikqovucu təsirə malik məhsullardan uzaq gəzilməlidir. (xiyar ,alma ,süd və s)

- Yatmağa 1saat qalmış hər 20dəq dən bir uşağ 3dəfə sidik ifraz etməyə göndərməlidir.

- Uşağın yatağı isti və rahat olmalıdır.

-  Qarın, bel əzələlərinin möhkəmləndirilməsi uçün üzgüçülük, velosiped sürməklə məşğul olmaq və müalicəvi bədən tərbiyəsi hərəkətlərinin yerinə yetirmək lazımdır.

9-11 yaşa kimi əksərən sidik ifrazına nəzarət tam formalaşmış olur. Enurez özündən sonra iz qoymadan keçib gedir. Buna baxmayaraq xəstəlik aşkar edildiyi vaxtdan mütləq müalicə edilməlidir. Əks halda sidik sistemi infeksiyaları (pielonefrit və s) və ya nevroz, gələcəkdə cinsi zəiflik və sonsuzluq yarana bilər.
Eyni zamanda gecə altını islatmaları olduğuna görə başqa yerdə gecələməyən , tətilə gedə bilməyən , ətrafı tərəfdən reaksiya gorən, bu vəziyyətindən utanc duyan bir uşaq psixoloji baxımdan nə qədər travma alır?! Təsəvvür edirsinizmi? Bu səbəblə yataq islatma problemini ailənizin problemi olmaqdan çıxarın və mütəxəssisə müraciət edərək üzərində çalışın.

NARINC UŞAQ PSİXOLOGİYA MƏRKƏZ-inin psixoloqu Nuridə Əliyeva

Narinc.az

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see256

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see217

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see215

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see214

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see198

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see198

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see197

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see186

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see179

Dördüncü şirkətini də eyni prinsiplə qurdu: Raj Toletinin dəyişməyən biznes qaydası

22 Avqust 2026 13:10see177

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see166

Alimlər çəki artımını dayandıran maddə tapdılar

22 Avqust 2026 19:21see165

Paşinyan Kərki kəndinin qaytarılması barədə əmr verib

22 Avqust 2026 13:25see162

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see162

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see157

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see155

La Liqa klubunda yeni bombardir

23 Avqust 2026 00:51see155

“Real”da ciddi itki

22 Avqust 2026 10:13see154

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see152

Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

23 Avqust 2026 01:59see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri