Icma.az
close
up
RU
Menu

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

Əldə olan pulu artırmaq üçün bunu edin!

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

La Liqa: Valensiyada triller

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Vətənpərvərlik vətənə olan ülvi məhəbbətdir ŞƏRH

Vətənpərvərlik vətənə olan ülvi məhəbbətdir ŞƏRH

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vətənpərvərlik anlayışının mahiyyəti haqqında Ulu Öndər Heydər Əliyev demişdir: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.

Konseptual səciyyə daşıyan bu müdrik fikir biz təlimatcı məşqicilərin pedaqoji prosesdə vətənpərvərlik tərbiyəsinin aşılanmasının metodologiyasıdır.. Demək, vətənpərvərlik tərbiyəsinin formalaşmasında hamının birgə fəaliyyəti olmalıdır. Məktəbdə, ailədə, ictimaiyyətdə cəmiyyətin hər bir üzvü bu nəcib işdə şəxsi nümunə göstərməlidir. 1990-ci ildən etibarən “Gənc Vətənpərvərlər” İctimai Birliyin (GVİB) sədr olaraq (o vaxt “Koroğlu” Cəmiyyəti adlanırdı) yeniyetmə və gəncləri çağırışa qədərki fiziki,psixoloji,ideoloji hazırlığı ilə məşğul oluram. Hərbi xidmətimi ittifaq dövründə hərbi hissələrin birində keçmişəm.

Hazırda ehtiyatda olan kapitan rütbəli zabitəm. Bütün bunlarla yanaşı, QHT sədri olaraq peşəmi sevirəm. GVİB-ni, GİN-n, QHT-a Dövlət Dəstəyi Agentliyin və Gənclər Fondun maliyyə dəstəyi ilə həyata keçirdiyi layihələr çərçivəsində ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində oxuyan yuxarı sinif şagirdlərin və tələbələrin vətənpərvərlik tərbiyəs işninin inkişafında bilik və bacarıqlarımı, təcrübəmi aşılamaqdan zövq alıram.

Təsadüfi deyilki, çalışdığım GVİB–nin üzvlərin bir çoxları yüksək rütbəli zabitlərdir. Mən onların xoş soraqlarından fərəh duyuram. Birlik tərəfindən keçirilən təlim və tədbirlərdə onların qazanmış olduqları nailiyyətlərdən örnək kimi söhbətlər açıram.

GVİB-nin keçirdiyi tədbirlərdə vətənpərvərlik tərbiyəsinin aşılanmasına xüsusi olaraq çağırışa hazırlıq sahəsində gəncləri məktəbdən kənar fiziki, psixoloji və ideoloji hazırlıq işlərin aparılmasında və bu sahədə daha xarakterik olduğunu desək yanılmarıq.Vətənpərvərlik tərbiyəsi bəşər tarixi yarandığı vaxtdan aktual olmuşdur. Qloballaşmanın genişləndiyi, texnika və texnologiyanın inkişafının sürətləndiyi şəraitdə vətənin təhlükəsizliyini təmin etmək, onu qorumaq son dərəcə vacib amildir.

Məktəbəqədər yaşlı uşaqlardan başlayaraq vətənpərvərlik tərbiyəsi ruhunda müəllim və tərbiyəçi həmişə işini qurmağa müvəffəq olmalıdır. Vətənpərvərlik təkcə vətən üçün canından keçmək deyil. Bu barədə əsərlərin birində deyilmişdir: “Komandir əsgərdən soruşur ki, sən vətən üçün nə edə bilərsən? Əsgər cavabında: – mən vətən üçün canımdan keçməyə hazıram deyir.

Komandir isə deyir: “Əsgər, vətənə sənin ölümün yox, düşmənin ölümü lazımdır, əgər sən ölsən vətəni kim qoruyar!” Vətənpərvərlik geniş anlayış olduğundan onu konkret ifadə etmək çətindir. Sokrat vətənpərvərliyi hər bir insanın üzərinə düşən vəzifəni ədalətlə, vicdanla yerinə yetirməkdə görürdü. Vətənpərvərlik vətənə olan ülvi məhəbbətdir.

“Gənc Vətənpərvərlər” İctimai Birliyin sədri və Şərq Əlbəyaxa döyüş növləri üzrə Azərbaycan fəxri bədən tərbiyəsi və İdman işçisi olaraq, fəaliyyətimdə uşaq, yeniyetmə və gənclərə vətənpərvərlik, milli-mənəvi dəyərlərin hissini aşilayir və inanıram ki, bu ali diygular onların pis vərdişlərdən uzaq olmalarına təsir göstərəcəkdir.

“Qartal balası”, “Üfüqdə parıltı”, “Şahin” hərbi oyunları təlim vasitəsi olaraq şagirdlərdə mənəvi keyfiyyətlərin aşılanmasında mühüm əhəmiyyət kəsb edir.

Tarixi şəxsiyyət Heydər Əliyevin mili-hərbi vətənpərvərlik konsepsiyasında gənc nəslin milli şüurunun formalaşdırılması mühüm tələb kimi qoyulur. O, çıxışlarının birində qeyd edirdi:

“O vaxt Azərbaycan gəncləri, vətənpərvərlik şüuru ilə yaşayan insanlar Azərbaycana qarşı ədalətsizliyə etiraz əlaməti olaraq meydanlara çıxdılar, böyük mitinqlər keçirildi. 20 yanvar hadisələri Azərbaycan xalqının milli şüurunun daha da yüksəldiyini göstərdi.Eyni zamanda, bu hadisələr milli hərəkatın, milli şüurun imperiya qüvvələri tərəfindən boğulduğunu göstərdi.Ancaq eyni zamanda, Azərbaycan xalqı sübut etdi ki, onun mənliyi var, milli qüruru var”.

Gənclərin çağırışa qədərki hazırlığı ümumtəhsil fənləri ilə əlaqəli tədbirinin nəzəri və praktik tədrisi yeniyetmə və gənclərin zəruri biliklərin mənimsənilməsində mühüm əhəmiyyət kəsb edir. Şagirdlərin “Faktiki və atəş hazırlığı”, “Sıra təlimi”, “Hərbi topoqrafiya” ilə bağlı bilik və bacarıqlar qazanmaları onların vətənpərvərlik tərbiyəsininin aşılanmasının tərkib hissəsidir.

Azərbaycan Demokratik Hökümətinin hərb tarixinə parlaq səhifələr yazmış S.Mehmandarovun, Ə.Şıxlinskinin, İ.Vəkilovun, İ.Usubovun misilsiz xidmətlərindən ümumtəhsil məktəblərində kecirilən tədbirlərdə nümunələr gətirməklə şagirdlərin vətənpərvərlik tərbiyəsinin keyfiyyətcə dəyişməsinə nail oluram.

Azərbaycan ədibi A.Bakıxanovun fikrincə, tərbiyənin məqsədi həqiqi insan yetişdirməkdir. Tərbiyənin məqsədi cəmiyyətin obyektiv inkişaf qanunları əsasında müəyyən edilir, məhsuldar qüvvələrin inkişafı ilə şərtlənir, onunla bərabər dəyişir.Vətənpərvərlik tərbiyəsi əxlaq tərbiyəsinin tərkib hissəsi olub digər komponentlərlə (dostluq və yoldaşlıq, qarşılıqlı yardım, beynəlmiləlçilik, fəaliyyətə şüurlu münasibət, intizam, məsuliyyət, düzlük, doğruçuluq, sadəlik, təvazökarlıq, insanlara humanist münasibət, təbiətə qayğılı münasibət və s.) qarşılıqlı əlaqə də insan şəxsiyyətinin formalaşmasına təsir edir.

QHT sədri olaraq fəaliyyətimdə dərsdənkənar yeniyetmə və gənclərə dərs dediyim idman zalında təmənnasız (oğlan və qızlar) vətənpərvərlik, mənəvi, fiziki, psixoloji və ideoloji ruhunda tərbiyə olunmasında inteqrasiyanın imkanlarından səmərəli istifadə edirəm. Belə olduqda, gənclərin milli və bəşəri dəyərlər əsasında vətənpərvərlik tərbiyəsinin mahiyyətini daha aydın dərk etmiş olurlar.

Muğan Əliyev (Muğamət),

GVİB sədri, Azərbaycan Fəxri Bədən Tərbiyəsi və İdman işcisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 İyul 2026 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see960

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see421

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see375

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see358

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see284

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see268

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see257

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see221

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see219

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see215

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see212

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see210

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see208

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see204

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see191

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see186

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see186

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see181

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see173

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri