Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Xəzərdə suyun səviyyəsi enir: niyə, nə etməli?

Xəzərdə suyun səviyyəsi enir: niyə, nə etməli?

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Yer kürəsinin ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi sürətlə quruyur. Son onilliklər ərzində dənizin səviyyəsi təxminən iki metr aşağı düşüb, su səthi isə 34 min kvadrat kilometrdən çox azalıb. Hazırda dəniz səviyyəsi Baltik ölçü sisteminə görə mənfi 29 metr həddinin altına düşüb - bu, bütün müşahidə tarixində qeydə alınmış ən aşağı göstəricidir. Əvvəldə bu, sadəcə bir rəqəm kimi görünə bilər, amma bu rəqəmlərin arxasında bütün Avrasiya üçün ekoloji və geosiyasi nəticələr doğuracaq böyük bir fəlakət dayanır.

Xəzərin səviyyəsinin enməsi yeni proses deyil. Bu, 1990-cı illərdən başlayıb, lakin son illərdə vəziyyət kəskin şəkildə pisləşib. 2020-ci ildən bəri su səviyyəsi təxminən 80 santimetr azalıb. Ən çox zərbə alan ərazi isə Rusiyanın və Qazaxıstanın sahillərini yuyan dayaz şimal hissədir. Burada Xəzərin biomüxtəlifliyi cəmləşib və unikal fauna mövcuddur.

Bəhs etdiyimiz təhlükəli prosesin əsas səbəbi - çayların, xüsusilə də Xəzərə tökülən Volqanın su səviyyəsinin azalmasıdır. Xəzərə daxil olan şirin suyun 80 faizini təmin edən Volqanın illik axını 2020-ci ildən etibarən 250 kub kilometrdən 210-232 kub kilometrə qədər düşüb. Bu azalma davam edir. Üstəlik, havanın temperaturunun artması ilə dənizdən buxarlanma da güclənir. Meteoroloji müşahidələrə görə, 1979-2015-ci illər arasında temperatur orta hesabla bir dərəcə artıb və bu tendensiya hələ də davam edir.

İkinci və ən təhlükəli amil isə insandır. Xəzəri qidalandıran çaylardan kənd təsərrüfatı, sənaye və kommunal ehtiyaclar üçün həddindən artıq su götürülməsi su çatışmazlığını daha da artırır. Neft və qaz hasilatının artması fonunda ekologiya arxa plana keçib. Qazaxıstan Xəzərin sahil xəttinin 29 faizinə sahibdir və məhz bu ölkə problemə ən çox məruz qalır: son 20 ildə Xəzərin şimal-şərq hissəsi sahəsinin təxminən 40 faizini itirib, sahil xətti isə 37 kilometr geri çəkilib.

Xüsusilə narahatlıq doğuran məqamlar - "Kaşaqan" və "Tengiz" neft yataqlarıdır. Burada genişmiqyaslı neft hasilatı aparılır, fəqət ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericilik ya zəif işləyir, ya da bilərəkdən pozulur. Ekoloji normaların pozulması istixana qazlarının atılmasına, su balansının pozulmasına və Xəzərin çirklənməsinə gətirib çıxarır.

Gəmiçilik də öz təsirini göstərir. Ekoloqların məlumatına görə, hər il Aktau və Kurık limanları vasitəsilə azı 15 milyon ton neft daşınır. Son on ildə bu limanlara yaxın ərazilərdə azı 15 neft sızması qeydə alınıb. Müstəqil araşdırmalar bu sayın əslində dəfələrlə çox olduğunu iddia edir. Əsas çirklənmə mənbəyi isə gəmi ballast sularının və tullantıların dənizə buraxılmasıdır.

Xəzərin səviyyəsinin enməsi uzunmüddətli tendensiyadır: 1990-cı illərin ortalarından başlayaraq su səviyyəsi durmadan azalır. Lakin bu proses 2020-ci ildən sonra daha da sürətlənib - son dörd ildə səviyyə təxminən 0,8 metr düşüb. Əsas səbəb - Volqanın axınının azalmasıdır. Xəzərə tökülən suyun 80 faizi və ümumi su balansının 64 faizi məhz bu çayın payına düşür. Son illərdə Volqanın illik axını 232 kub kilometrdən yuxarı qalxmayıb, halbuki norma 250 kub kilometr olmalıdır.

İqlim dəyişiklikləri vəziyyəti daha da ağırlaşdırır. Belə ki, temperaturun artması dəniz və çay səthindən buxarlanmanı gücləndirir, Volqa hövzəsində yağıntıların azalması çayın su ehtiyatını azaldır və ən nəhayət, təsərrüfat fəaliyyəti - suvarma, sənaye və kommunal məqsədlərlə su götürülməsi Xəzərə axını azaldır. Ekspertlər hesab edir ki, əsrin sonuna qədər dəniz səviyyəsi əlavə 9-18 metr enə bilər və ümumi su səthi dörddəbir azala bilər.

2022-ci ildən sonra, Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar Avrasiyadakı logistika xəritəsini kökündən dəyişdi. Bu kontekstdə Orta (Transxəzər) dəhliz təkcə alternativ marşrut deyil, həm də geosiyasi və iqtisadi zərurətə çevrildi. Amma son vaxtlar bu marşrutun guya Xəzərə fəlakətli təsir göstərdiyini iddia edən səslər çoxalıb. Xüsusilə karbon qazı emissiyalarının artdığı və dəniz səviyyəsinin buxarlanmasının sürətləndiyi iddia olunur. Bu bəyanatlar səslərinin gur olmasına baxmayaraq, faktlarla dəstəklənmir və təkrarlandıqca "doğru" təsiri bağışlayır. Amma əslində bu iddialar tənqidə belə dözmür.

Dünya Bankının 2023-cü ilin oktyabrında yayımladığı son analitik hesabatına görə, 2030-cu ilə qədər Orta dəhliz üzrə daşınan yüklərin həcmi 11 milyon tona çata bilər və bunun təxminən 4 milyon tonunun Xəzər dənizi ilə daşınacağı proqnozlaşdırılır. Bu rəqəm ilk baxışdan təsirli görünür, lakin Xəzər dənizindəki ümumi yükdaşıma həcmini nəzərə aldıqda, mənzərə dəyişir.

2022-ci ildə Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutunun (KASPİİ) məlumatına əsasən, dənizdə ümumi yük dövriyyəsi 45 milyon ton təşkil edib. Bunun 30 milyon tondan çoxu mövcud marşrutlarla daşınan neft və neft məhsullarının payına düşüb.

Bu kontekstdə, hətta proqnozlaşdırılan ən yüksək göstəricilərə əsaslansaq belə, Orta dəhlizin Xəzər üzrə yük dövriyyəsindəki payı 9 faizdən çox olmayacaq. Bu isə ekoloji baxımdan nə istixana qazlarının emissiyasına, nə də buxarlanmanın miqyasına ciddi təsir göstərə biləcək səviyyə deyil.

Xəzərdə gəmilərin sayının artmasının karbon emissiyalarını kəskin şəkildə artıracağı barədə iddialar konkret elmi sübutlara deyil, ümumi fərziyyələrə əsaslanır.

Beynəlxalq Təmiz Nəqliyyat Şurasının (ICCT) hesablamalarına görə, 5000-7000 DWT tutumlu standart quru yük gəmisinin hər ton*km üçün atmosferə buraxdığı karbon qazı 1,2-1,8 qram arasındadır. Bu göstərici hava və avtomobil nəqliyyatına nisbətən 2-3 dəfə aşağıdır.

Bundan başqa, Orta dəhliz sadəcə yük daşımalarının artması deyil, eyni zamanda onların optimallaşdırılması deməkdir. Azərbaycanın 2035-ci ilə qədər olan Nəqliyyat Strategiyasında köhnə dizel mühərrikli gəmilərin hibrid və metanol yanacağı ilə işləyən müasir modellərlə əvəzlənməsi nəzərdə tutulur.

2030-cu ilə qədər daxili Xəzər donanmasının 40 faizinin alternativ yanacağa keçidi planlaşdırılır.

Üstəlik, nəzərə almaq lazımdır ki, Xəzər üzərindən yük tranziti mövsümi və qeyri-daimi xarakter daşıyır. Bu isə yük axınlarının daha balanslı və idarəolunan şəkildə təşkilinə imkan verir.

Bəzi iddialarda gəmilərin çoxalmasının dəniz səthindən buxarlanmanı artırdığı irəli sürülür. Lakin bu, nə elmi, nə də məntiqi cəhətdən əsaslandırıla bilən fikirdir.

Buxarlanma - temperatur, küləyin sürəti, havadakı rütubət və günəş radiasiyası kimi iqlim faktorlarından asılı prosesdir. Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) 2023-cü il hesabatında qeyd olunur ki, Xəzərin səviyyəsinin azalmasında həlledici amil məhz iqlim dəyişiklikləridir, yoxsa antopogen təsirlər deyil.

Hətta sovet dövründə - yəni 1980-ci illərdə - gəmiçilik ən yüksək səviyyəyə çatdığı dövrlərdə belə buxarlanma göstəriciləri bu günlə müqayisədə kəskin fərqlənmirdi. Halbuki o vaxt Xəzər üzərindən daşınan yüklərin həcmi Orta dəhliz üzrə proqnozlaşdırılan göstəricidən iki dəfə artıq idi.

Azərbaycan regionda Xəzərin qorunması sahəsində real və davamlı addımlar atan azsaylı ölkələrdən biridir. Ölkəmiz Xəzərin mühafizəsi üzrə Tehran Prosesi Konvensiyasını imzalayıb və öhdəliklərini icra edir; Bakı Beynəlxalq Dəniz Ticarət Limanında "yaşıl liman" prinsipləri tətbiq olunub və 2024-cü ildən etibarən gəmilərin izlənməsi və tullantı hesabatlarının rəqəmsallaşdırılması üçün sistemlərə investisiya qoyulub.

Bakı limanı artıq EcoPorts tərəfindən sertifikatlaşdırılıb və Xəzər regionunda beynəlxalq su çirklənməsi idarəetmə standartlarını tətbiq edən ilk limana çevrilib.

Orta dəhlizin guya Xəzər üçün ekoloji təhdid yaratdığı barədə iddialar əksər hallarda regionun Rusiyadan asılılığının saxlanmasında maraqlı olan mərkəzlərdən gəlir. Bu tip diskurslar süni "ekoloji təhlükə" gündəmi formalaşdırır, regionun nəqliyyat müstəqilliyi prosesini ləngitməyə çalışır və dayanıqlı inkişaf anlayışını siyasi manipulyasiya vasitəsinə çevirir.

Orta dəhlizin Xəzər üçün təhlükə təşkil etdiyinə dair iddialar nə elmi sübutlara, nə də hesablara söykənir.

Bu marşrut üzrə yükdaşımaların artımı nəzarət altında olan, beynəlxalq texniki və hüquqi çərçivələrlə tənzimlənən bir prosesdir.

Azərbaycanın dayanıqlı logistika, donanmanın modernizasiyası və beynəlxalq ekoloji tərəfdaşlığa yönəlmiş kursu - real addımlardır, şüar deyil.

Normal müzakirə yalnız faktlara əsaslanmalıdır. Orta dəhliz - təhdid yox, balans və suveren inkişaf alətidir. Bunu sübut edən isə ritorika yox, rəqəmlərdir.

... Son 30 ildə Xəzərin səviyyəsi 2,6 metrdən çox enib. Xüsusilə 2024-2025-ci illərdə bu proses daha da sürətlənib. Əgər bu temp qorunsa, 2100-cü ilə qədər Xəzər səthinin 23-25 faizini itirə bilər. Bu, təkcə sahil xətlərinin quruması yox - bütöv bir təbii, iqtisadi və sosial sistemin çöküşü deməkdir.

Əsas səbəblər orta illik temperaturun artması və buxarlanmanın çoxalması; Volqa, Kür, Ural və digər çayların axınının azalması; enerji və kənd təsərrüfatı sahəsində suya artan tələbat, habelə Qafqaz və Zəğros dağlarının ətəklərindəki buzlaqların əriməsi.

1980-ci illərdə Xəzər hövzəsində orta illik temperatur +12,5°C olduğu halda, 2024-cü ildə bu göstərici +14,1°C-ə yüksəlib. Bununla yanaşı, Xəzərin cənub hissəsinin əsas su mənbəyi olan Kür çayının axını da azalıb. Bu isə Bakı üçün ciddi siqnaldır - xüsusilə də aqrar sektorun və şəhər təsərrüfatının artan su tələbatını nəzərə alsaq.

Xəzər sadəcə bir dəniz deyil. Bu, qitələrarası infrastrukturun, enerji təhlükəsizliyinin və beynəlxalq razılaşmaların kəsişmə nöqtəsidir. ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) 2025-ci il hesabatına görə, Xəzərin dərinliklərində təxminən 48 milyard barel neft və 292 trilyon kubmetr təbii qaz ehtiyatı var. Bu resursların böyük hissəsi Azərbaycanın sektorunda - o cümlədən "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarında cəmlənib.

Fəqət dəniz səviyyəsinin enməsi artıq dəniz infrastrukturunun istismarına mənfi təsir göstərir. Qazaxıstan və Rusiyanın şimal limanlarında iri tonnajlı gəmilər doklara daxil ola bilmədiyi hallar qeydə alınıb. İranın Gilan və Mazandaran əyalətlərində sahilyanı lagunlar quruyub, bu da sahə bataqlıqlarının ekosistemlərini və köçəri quşların marşrutlarını təhlükə altına salıb.

Azərbaycan üçün nəticələr daha az əhəmiyyətli deyil. Abşeron yarımadasında və Lənkəranda balıqçılar nərə və kilkan balığının kəskin azaldığını bildirirlər. Bu vəziyyət ərzaq təhlükəsizliyini, sahil icmalarının gəlirlərini və emal sənayesinin fəaliyyətini təhdid altına salır. 2024-cü ildə sənaye balıqçılığı 2020-ci illə müqayisədə 37 faiz azalıb.

Bütün aydın təhlükələrə baxmayaraq, Xəzəryanı ölkələrin reaksiyası hələ də parçalanmış vəziyyətdədir. Rusiya Xəzərin su ehtiyatlarının qorunması ilə bağlı federal proqram hazırlayıb, lakin bu proqram yalnız Həştərxan vilayətinin sərhədləri ilə məhdudlaşır. Qazaxıstan Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutunu yaradıb və "Kazhidromet" dəniz səviyyəsinin dəyişməsini sistemli şəkildə izləyir. İran və Türkmənistan isə hələ ki, yalnız epizodik tədbirlərlə kifayətlənir.

Xəzəryanı cənub ölkələri arasında ən uzun sahil xəttinə sahib olan Azərbaycan regional sistemli strategiyanın zəruriliyini açıq şəkildə bəyan edir. 2025-ci ilin aprelində Bakıda keçirilən Tehran Konvensiyasının icrasına dair İşçi Qrupun iclasında Azərbaycan aşağıdakı təşəbbüslərlə çıxış edib:

Volqa və Ural kimi əsas çaylardan su götürülməsinə sərt kvotaların tətbiqi; Neft hasilatı və gəmiçilik üzrə vahid ekoloji standartların yaradılması; Delta zonalarında su-bataqlıq ərazilərin bərpasına yönəlik xüsusi proqramın işə salınması; Bütün beş sahilyanı dövlətin iştirak edəcəyi birgə monitorinq mərkəzinin yaradılması; Tehran Konvensiyasının icrasına beynəlxalq şəffaf nəzarət mexanizminin təmin edilməsi.

"UN Environment Caspian Taskforce" tərəfindən dərc olunmuş iqlim və hidroloji proqnozlar xəbərdarlıq xarakterlidir: Xəzərin xilas üçün fürsət pəncərəsi hər il daralır. Daha 10-15 il passivlik - və ekosistemin bərpası artıq qeyri-mümkün olacaq. Təxirəsalınmaz tədbirlərə gəldikdə, onlar Xəzər hövzəsindəki bütün təsərrüfat fəaliyyətlərinin dərhal yenidən qiymətləndirilməsi; milli deyil, fövqəldövlət səviyyəsində ekoloji tənzimləmə rejiminə keçid; BMT, ATƏT, Beynəlxalq Su Tərəfdaşlığı kimi qurumların iştirakı ilə illik birgə hesabatlar; Çad gölü fonduna bənzər dəniz səviyyəsinin sabitləşdirilməsi fondunun yaradılması.

Xəzər sadəcə bir dəniz deyil. Bu, siyasi arteriya, enerji anbarı, mədəni kod və milyonlarla insanın həyat məkanıdır. O, vədlər yox, konkret addımlar tələb edir. Əgər beynəlxalq ictimaiyyət bu addımları atmaqdan çəkinirsə, məsuliyyət sahilyanı ölkələrin üzərinə düşür.

Azərbaycan üçün, Şərqlə Qərbi birləşdirən körpü rolunu öz milli identikliyinin tərkib hissəsinə çevirmiş bir dövlət üçün, davamlı və sağlam Xəzər təkcə ekoloji təhlükəsizlik məsələsi deyil - bu, XXI əsrin milli strateji məsələsidir.
 

Elçin Alıoğlu
TREND

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:287
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 İyul 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri