Yuxulu halda arvadını zorlayan kişiyə 20 il həbs cəzası Seksomniya XƏSTƏLİYİ
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Böyük Britaniyada bir kişi öz həyat yoldaşını təxminən 10 il ərzində dəfələrlə zorladığına görə 20 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin müəyyənləşdirdiyinə görə, cinayətlər zərərçəkənin yuxuda olduğu vaxtlarda törədilib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, 62 yaşlı təqsirləndirilən şəxs Truro Kral Məhkəməsində keçirilən prosesdə “seksomniya” diaqnozu ilə özünə haqq qazandırmağa çalışıb. Seksomniya — nadir yuxu pozuntusudur və bu zaman insan oyanmadan cinsi xarakterli hərəkətlər edə bilər. Lakin andlılar heyəti ittiham tərəfinin sübutlarını inandırıcı hesab edərək onu beş zorlanma epizodu və üç zorlanmaya cəhd faktı üzrə təqsirli bilib. Cinayətlər 2006–2017-ci illər arasında baş verib.
Zərərçəkən qadın ifadəsində yaşadığı dəhşəti, həyatından qorxduğunu və göstərməli olduğu fiziki müqaviməti təsvir edib. O, həmçinin məhkəməyə bildirib ki, əri ona psixoloji təzyiq göstərib və hədələyib Bu hədələrə, onun evdən getməsi halında uşaqlarını itirə biləcəyi ilə bağlı şantaj da daxildir.
Əsas cəza müddəti başa çatdıqdan sonra məhkum ömürlük olaraq cinsi cinayətkarlar reyestrinə daxil ediləcək. Son sözündə o, həyat yoldaşını yalan danışmaqda ittiham etmədiyini, lakin ona qarşı irəli sürülən epizodları xatırlamadığını deyib və həyatında ailənin nə qədər dəyərli olduğunu vurğulayıb.
Baxış sayı:29
Bu xəbər 21 Yanvar 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















