Icma.az
close
up
RU
133 nəfəri zəhərləyən qida Hamı istifadə edir, ehtiyatlı olun!

133 nəfəri zəhərləyən qida Hamı istifadə edir, ehtiyatlı olun!

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin Samsun şəhərində baş verən kütləvi zəhərlənmə hadisəsi toyuq ətinə dair narahatlıqları yenidən gündəmə gətirib. Belə ki, sözügedən şəhərdə 10 fərqli fabrikdən olan işçilər toyuq ətindən hazırlanan yeməyə görə özlərini halsız hiss ediblər. Nəticədə zəhərlənmə diaqnozu ilə 133 nəfər xəstəxanaya yerləşdirilib. Bu isə bir çox vətəndaşda “toyuq əti təhlükəlidirmi?” sualını doğurub.

Toyuq ətindən necə zəhərlənmək olar? Bu risklərdən hansı yollarla qorunmalıyıq?

 Globalinfo.az-a danışan qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib ki, dünyanın ən riskli qidalarından biri toyuq ətidir.

“Əsas təhlükə salmonella bakteriyasıdır. Xüsusilə toyuq əti düzgün şərtlərdə emal olunmadıqda onun miqdarı artır. Çarpaz çirklənmə, daşınma zamanı buraxılan kobud səhvlər riski daha da çoxaldır. Eyni zamanda, müəssisələrdə otaq temperaturunda saatlarla saxlanılan toyuq əti mikrobioloji çirklənməyə məruz qalır. Üstəlik, kifayət qədər bişirilməyən və yanlış şəraitdə təqdim olunan toyuq ətindən qida zəhərlənmələri baş verə bilər. Çox zaman dönər istehlakında belə hallara rast gəlirik. Bu da emal prosesinin düzgün aparılmaması və dönərin tam bişmədən verilməsi ilə əlaqədardır. Məsələn, müştəri sıxlığı zamanı işçi dönərin bişməsini gözləmədən kəsir və nəticədə çiy halda təqdim olunur. Bu isə kütləvi zəhərlənmələrə yol aça bilir”.

Ağa Salamov

Mütəxəssis Samsundakı hadisəyə də toxunub:

“Görünür, toyuq əti souslanıb, yaxud basdırma şəklində hazırlanaraq otaq temperaturunda saxlanılıb. Buna görə də mikrobioloji çirklənməyə məruz qalıb. Digər ehtimal, daşınma ilə bağlıdır. Yəqin ki, bu yeməklər isti zəncirlə gətirilib və texniki səhvlər olub. Belə yeməklər adətən “hotbox” adlanan isti dolablarda daşınır. Qeyd etdiyim qaydalara əməl olunmayıbsa, təbii ki, zəhərlənmə halları mümkündür”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 May 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see322

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see309

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see306

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see301

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see297

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see264

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see261

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see225

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see219

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see217

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see203

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see199

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see197

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see197

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see178

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see156

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see155

Hülya Avşardan Erkan Petekkayaya CAVAB: Kədərlənmə, çox əyləndim

13 Oktyabr 2026 17:18see155

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri