161 nömrəli məktəbin şagirdləri Xocalı soyqırımının 33 cü ildönümü ilə əlaqədar Memorial Soyqırım Muzeyini ZİYARƏT EDİB FOTO/VİDEO
Yenicag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tarixə qanlı hərflərlə yazılmış Xocalı faciəsindən artıq 33 il ötür.
Azərbaycan xalqına qarşı ermənilər tərəfindən zaman-zaman törədilən belə amansız vəhşiliklərin yaddaşlarda daim yaşamasının təmin edilməsi, geniş kütlələrə çatdırılması, xüsusən də gənc nəslin bu barədə məlumatlandırılması, eləcə də vətənə sevgi və vətənpərvərlik hissinin gücləndirilməsi məqsədi ilə bu gün 161 nömrəli məktəbin 7c və 7b sinif şagirdləri tarix müəllimi Hümbətova Gülşən rəhbərliyi ilə Respublika Hərbi Prokurorluğunun inzibati binasında yerləşən Memorial Soyqırım Muzeyini ziyarət ediblər.
Yenicag.az xəbər verir ki, əvvəlcə şəhidlərin, o cümlədən Xocalı soyqırımı qurbanlarının əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra muzeydə şagirdlər Azərbaycanın ən qanlı faciələrindən biri olan Xocalı soyqırımının tarixi barədə ətraflı məlumat alıblar.
Ziyarət zamanı şagirdlərə faciənin dəhşətləri və həmin dövrün şahidlərinin anlatdığı hadisələr təqdim edilib. Ziyarətçilər faciə ilə bağlı müxtəlif eksponatlarla tanış olaraq, bu qətliamın xalqımızın yaddaşında necə iz buraxdığını bir daha hiss ediblər. Daha sonra tədbir iştirakçıları Xocalı soyqırımının təsvir olunduğu “Əsrin faciəsi” sənədli filmə baxıblar.
Film şagirdlərə Xocalı hadisələrinin əsl mahiyyətini və xalqımıza vurulmuş ağır zərbəni daha dərindən anlamağa kömək edib.
Məsimə Məmmədova
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 17 Fevral 2025 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















