Icma.az
close
up
RU
33 il sonra qalıqları tapılan “Meydan çay şəhidi” doğma kəndində dəfn edilib

33 il sonra qalıqları tapılan “Meydan çay şəhidi” doğma kəndində dəfn edilib

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

33 il əvvəl Kəlbəcərin işğalı zamanı itkin düşmüş rayonun Zar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bahadur Kamalovun doğma kəndində dəfn mərasimi təşkil olunub. 

Gununsesi.info-nun  məlumatına görə, son 33 ildə rəsmi sənədlərdə itkin kimi qeydiyyatda olan Bahadur Kamalovun qalıqları bir neçə ay əvvəl Meydan çayı adlanan ərazidə aşkarlanıb.

Zar kəndində təşkil olunan dəfn mərasimində Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və Zar kəndinin sakinləri  iştirak edib.

Mindən artıq insanın qatıldığı mərasimdə Bahadur Kamalovun kənd icra nümayəndəsi kimi fəaliyyəti və göstərdiyi xidmətlərdən bəhs olunub.

Tədbirdə çıxış edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev deyib ki, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi xalqımızın bir neçə əsrlik tarixinin ən mühüm nailiyyətlərindən biridir.

Mərasimdə nitq söyləyən Prezidentin xüsusi nümayəndəsi Bəşir Hacıyev bildirib ki, onlar dəfn mərasiminə toplaşsallar da, bu üzüntünün arxasında qürur görürlər: “Kədərli gün olduğu kimi həm də qürurlu gündür.   Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad edib və Kəlbəcərin Zar kənd sakinləri öz şəhidlərini məhz doğma torpaqlarında dəfn etmək imkanına nail olub”.

Zar Kənd sakini, Gununsesi.info portalının baş redaktoru Pərviz Həşimli  şəhidə göstərdikləri ehtirama görə hər iki dövlət rəsmisinə kənd sakinləri adından təşəkkür edib.

Mərasimin sonunda Prezidentin xüsusi nümayəndəsi Bəşir Hacıyev yaylım atəşi altında Azərbaycanın üçrəngli bayrağını şəhidin hərbçi oğlu Oktay Kamalova təqdim edim edib.

Günay Mahirqızı

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 İyul 2026 01:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri