Icma.az
close
up
RU
ABŞ Çin Rusiya ittifaqına qarşı: Pekin bu savaşdan qazanclı çıxacaq...

ABŞ Çin Rusiya ittifaqına qarşı: Pekin bu savaşdan qazanclı çıxacaq...

Icma.az, Sitat.info portalına istinadən məlumat verir.

"ABŞ Prezidenti Donald Trampın məqsədlərindən biri Rusiya-Çin ittifaqını zəiflətməkdir. Bunun üçün Ağ Ev sahibi bu ölkələrdən birini öz tərəfinə çəkmək istəyir. Tramp tərəfdaş kimi Rusiyanı seçib. Halbuki, 1970-i illərdə Ağ Evin o zamankı sahibi Çini öz tərəfinə çəkib keçmiş SSRİ ilə mübarizəni davam etdirməyə qərar vermişdi. O illərdə Vaşinqtonun planı müsbət nəticə verdi. Çünki, SSRİ və Çin - hər ikisi kommunist və avtoritar rejimlər olsa da, münasibətlərində soyuqluq hökm sürürdü. Vaşinqton bundan istifadə etdi. Vaşinqton – Pekin arasındakı isti münasibətlər 1989-cu ilə qədər davam etdi. Həmin il Çin hakimiyyətinin çinli təbələrin Pekinin mərkəzindəki minitqini zorakı yollarla dağıtması Vaşinqtonla münasibətləri gərginləşdirdi. SSRİ-nin dağılmasıyla Rusiya Çinlə tərəfdaşlığa üstünlük verdi. Vladimir Putinin hakimiyyəti dövründə Kreml-Pekin münasibətləri strateji əhəmiyyət kəsb edib. Tramp və onun hökumət üzvləri buna son qoymağa çalışırlar".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, hazırda Vaşinqton bu istiqamətdə ciddi iş aparır: "ABŞ dövlət katibi Marko Rubio Donald Tramp və onun administrasiyasının Rusiyanı Çindən ayırmaq istiqamətində ciddi səylər göstərdiyini bildirib. “Onları çinlilərlə əlaqələrdən tamamilə ayıra biləcəyimizə əmin deyiləm” deyən Rubio iki nüvə dövləti olan Rusiya ilə Çinin bir-birinə bu qədər yaxın olmasının qlobal sabitliyə təhlükə olduğunu vurğulayıb. O Rusiyanın Çindən asılı vəziyyətə düşdüyünü də bildirib. Bu yanaşmada Rubio tək deyil.

Beynəlxalq aləmdə belə bir fikir hakimdir ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Kremlin Çindən asılılığını artırıb. Bu həqiqətdir. Buna baxmayaraq, Moskva Pekinlə ittifaqdan imtina etməyəcək. Əlbəttə, Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarıyla görüşüb, onunla fikir mübadiləsi aparmaq, o cümlədən ABŞ-la birgə iqtisadi layihələr reallaşdırmaq istəyir. Ancaq Putin Trampın “Çindən qopma” oyununa alət olmayacaq. Trampın planını Pekin də pozmağa çalışacaq. Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tsyan açıqlama verərək, ABŞ administrasiyasının Çinlə Rusiya arasındakı münasibətləri poza bilməyəcəyini vurğulayıb. Moskva və Pekin xarici siyasətlərini koordinasiya edirlər. Misal üçün Vladimir Putin Donald Trampla telefon danışığından sonra dərhal Çin lideri Si Cinpinə zəng edib ki, ikincinin heç bir narahatlığı olmasın. Buna baxmayaraq, Pekinin heç bir ölkəyə etibarı yoxdur. Müxtəlif dövlətlər savaşarkən, bir-biri ilə mübarizə apararkən, Çin bölgədə və dünyada iqtisadi gücünü artırmaqda davam edir. Bu isə çoxlarınnı narahat edir. Çünki, Çin iqtisadi inkişafını həbi gücünün artırılmasına yönəldib. Bu isə ABŞ-la yanaşı Çinin müxtəlif qonşularını da narahat edir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:324
embedMənbə:https://sitat.info
archiveBu xəbər 27 Fevral 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri