Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı 6 dövlət proqamı hazırlanacaq
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı 6 dövlət proqamının layihəsi hazırlanacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında əks olunub.
Konsepsiyaya əsasən, həmin dövlət proqramları aşağıdakılardır:
1. Azərbaycan dilinin və ədəbiyyatının inkişafı ilə bağlı dövlət proqramı;
2. Azərbaycanın mədəni və təbii irsinin qorunması ilə bağlı dövlət proqramı;
3. İncəsənətin inkişafı ilə bağlı dövlət proqramı;
4. Audiovizual sənayenin inkişafı ilə bağlı dövlət proqramı;
5. Davranış mədəniyyətinin və bilgi mədəniyyətinin inkişafı ilə bağlı dövlət proqramı;
6. Mədəni və yaradıcı sənayenin inkişafı ilə bağlı dövlət proqramı.
Konsepsiyanın əsas hədəflərindən biri də Azərbaycanın öz tarixi coğrafiyasına mədəni qayıdışını, Azərbaycan xalqının məhv edilən və dağıdılan tariximədəni irsinin bərpasını təmin etmək, birləşdirici amil kimi Azərbaycan dilinin regional rolunun bərpasına nail olmaqdır. Təşkilatlanmış mədəni iştirakçılıq Azərbaycanın regional maraqlarının səmərəli şəkildə təmin edilməsində və qonşu ölkələrlə dostluq münasibətlərinin gücləndirilməsində mühüm rol oynayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 14 Yanvar 2026 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















