Icma.az
close
up
RU
Azərbaycanda ən çox tənqid edilən təşkilat So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Azərbaycanda ən çox tənqid edilən təşkilat So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

İradə Tuncay, Əməkdar jurnalist:

- Arif Səlimov hocamız... Uzun illərdi tanışıq... Və gavur icadı internet vasitəsi ilə olub tanışlığımız... İlk dəfə Ərzuruma, universitetə dəvət etdi, Məmməd Arazın adına bir görüş keçirdilər və biz də uzun yolu kəndi arabamızla getdik... Gözəl bir universitet idi... Və hocamız da həmin universitetin professoru. Necə bir fəxrdi bizdən birinin uzaqlarda böyük mövqe tutmağı... O zamandan yaxın dostluğumuz var... Ailəsi ilə də dostluğumuz yarandı. İki gözəl övladı var, ikisi də doktor... Təsəvvür edin, oradakı hastanələrdə bizə aid iki doktor... Cemile Selimoğlu və Asif Selimoğlu... Onlar da fəxrimiz... Qərib yerlərdə dilimizin melodiyası insana necə rahatlıq verir, bir bilsəniz...

Hər dəfəsində Ankaraya gedəndə onların ünsiyyəti bizə qürur verir... Allah var eləsin, var olsunlar dostlarımız ... Var olsun gözəl dilimizdə danışan insanlar. Var olsun hocamız və xanımı gözəl Nergiz...

Bakı Kitab Mərkəzi:

- Aprelin 20-də Bakı Kitab Mərkəzində "Leonid Vaynşteyn. Kniqa-pamətğ" adlı kitabın təqdimatı keçirilib.

Kitab Azərbaycan bəstəkarı, pedaqoq, Əməkdar incəsənət xadimi Leonid Vaynşteynin xatirəsinə həsr olunub.

Kitabın ideya müəllifi və tərtibatçısı - Şən və Hazırcavablar Klubunun əfsanəvi "Bakılı oğlanlar" komandasının üzvü Timur Vaynşteyndir.

Tədbirdə tanınmış ziyalılar, ictimai xadimlər və bəstəkarın ailə üzvləri iştirak ediblər.

Mərhum bəstəkarın yaxın dostları - TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman və kinorejissor, ictimai-siyasi xadim Yuli Qusman öz çıxışlarında Leonid Vaynşteynlə bağlı xatirələrini bölüşüblər.

Aprelin 19-da Heydər Əliyev Sarayının səhnəsində bəstəkarın "Zoluşka" operasına dirijorluq edən Xalq artisti Yalçın Adıgözəlov məşhur nağıl əsasında bəstələnmiş bu operanın heç bir tamaşaçını laqeyd qoymadığını qeyd edib.

Təqdimatın sonunda Timur Vaynşteyn tədbir iştirakçılarına təşəkkürünü bildirib və oxucular üçün kitabı imzalayıb.

Nigar Köçərli, "Ali və Nino"nun təsisçisi və direktoru:

- Sold out! İlk dəfədir ki, Heydər Əliyev sarayında teatr tamaşası təqdim olunur! Biletlər hamısı satılıb, zal dolu idi! Möhtəşəm!

Xalq artisti Vidadi Həsənovun M Teatrın "Ovod" tamaşası, baş rollarda Ziya Ağa, Oksana Rəsulova və Vidadi bəy.

Vüsal Məmmədov, jurnalist:

- Daha "hansı peşəni öyrənim ki, gələcəkdə işsiz qalmayım" sualının cavabı yoxdur. Bundan sonra heç vaxt o sualın birmənalı cavabı olmayacaq. Yeganə düzgün cavab budur ki, hazırkı gənclər həyatları boyunca ixtisaslarını və peşələrini bir neçə dəfə dəyişməyə hazır olmalıdırlar.

Anar Abutalıbov, sosial şəbəkə istifadəçisi:

- İngilislərin yaxşı sözü var: Pul qazan, amma gözə görsənmə. Azərbaycanlı atalar deyiblər ki, Hürüşün bilməyən it, obaya qurd gətirər.

İndi oxudum ki, Şərurlu İsfəndiyarın oğlun tutublar. Allah köməyi olsun.

Bu günə kimi tanıdığım çoxlu zəngin insan olub. Amma Azərbaycanda tanıdığım zəngin insanlar arasında çox az rast gəldiyim mütəvazilik və zənginliyi bir arada görməmişəm. Var bizdə də,  amma azdır. Dostluğumda şəxsən tanıdığım iki-üç nəfər beləsi var. Həm mütevazi, həm imkanlı. Öpürəm onları... Özləri bildi kimi deyirəm...

Hə, bir də var zəngin olmayıb özünü zəngin göstərən tiplər. Bunların sayı çoxdur, N qədər. Hətta onların arasında kasıblar çoxdur. Məsələn, kirayə qalıb bahalı maşın sürənlər. Ailə acından ölür, amma dostlar arasında varlı görsənmək üçün anasının pensiya kartı ilə son model telefon alanlar. Ancaq puldan danışanlar. Varlı görsənim deyə qonşunun qızılını alıb toyda taxan qadınlar. Varlı görsənmək istəyi gəldiyim qənaətə görə başqa xalqlarda var, amma bizim xalqda çox aşırıdır. Və bu xüsusiyyətlər çoxlarının başına bəla olur. Sonra deyirlər filan maşını alan kimi filan idarə gəlib bu qədər məndən pul aldı getdi. Təbii ki, filan idarənin elədiyi doğru deyil. Amma sən axı Amerikada yaşamırsan axı? Sən şərqdə və müsəlman ölkəsində  yaşayırsan... Buranın qanunları belədir.

Bunu da atamdan eşitmişəm: Övladı gizlət, övrəti gizlət, bir də dövləti gizlət...

Ruslan Rəhimov, jurnalist:

- Köçəryanın xatirələrini oxuyuram. Kitab müəllifin özündənrazılığını və həyasızlığını açıq şəkildə büruzə verir. Eyni zamanda Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin etirafıdır. Bu "şəxs" mütləq ədalət qarşısında cavab verməlidir.

Kəramət Böyükçöl, yazıçı:

- İndicə bir videoya baxdım, Türkiyədə oğul öz atasını küçənin ortasında döyür. İnsan bu cür hadisələrin mahiyyətini dərk etmək üçün bir anlıq özünü o hadisənin mərkəzinə qoyur. Bir anlıq gözlərinin qabağına özünü və atanı gətirirsən, sən onu küçənin ortasında döyürsən, tez də başını yelləyib fikri beynindən çıxarmaq istəyirsən, gözlərini yumub sıxırsan, əzab çəkirsən.

Mən buna informasiya zəhərlənməsi deyirəm.

Sosial şəbəkələrə informasiya bolluğu adamda zəhərlənmə yaradır. Məsələn, haradasa gənc bir qız evdən qaçır və bunun xəbəri yayılır. O gənc qızın evdən qaçması xəbəri başqa qızları evdən qaçmağa həvəsləndirir, evdən qaçmağı onların yadına salır, yoxsa belə bir istəyin qarşısını alır? Bu informasiya onlara necə təsir edir?

Yaxud xəbər yayılır ki, ata öz qızını zorlayıb. Bu xəbər başqa ataların və ya övladların beyninə daxil olandan sonra şüurunda necə rol oynayır? Təbii ki, informasiyanın beyində apardığı prosesləri heç kim olduğu kimi dilə gətirmir. Amma həmin an öz qızına baxan ata beynində bir anlıq nə düşünür? Tez də başını yelləyir, fikri beynindən çıxarmaq istəyir. Eyni proses qızların da beynində gedir. Bunlar informasiya zəhərlənməsidir.

Bu günlərdə Türkiyədə 22 yaşlı oğlan öz nişanlısını atıb qayınanası ilə qaçıb. Hətta qayınanası hamilədir. İndi nə qədər adam bu xəbərə baxan kimi bir anlıq xəyalında özünü qayınanası ilə yanaşı düşünür. Özündən asılı deyil. Hadisənin mahiyyətini dərk etmək üçün şüuraltı olaraq adam özünü mərkəzə gətirir, tez də başını bərkdən yelləyib fikri beynindən çıxarmağa çalışır. Nədir bu? Əlbəttə, informasiya zəhərlənməsi.

Hər gün yüzlərlə, hətta minlərlə bu cür axmaq-axmaq xəbərlərlə qarşılaşırıq və şübhəsiz ki, bu informasiyalar şüurda öz rolunu oynayır. Daha sonra o informasiyalar əmələ çevrilə də bilər, çevrilməyə də.

Adam qidadan zəhərlənəndə qatıq yeyir, informasiyadan zəhərlənəndə isə qatıqlayır.

Elxan Şahinoğlu, politoloq:

- ATƏT-in baş katibi, türkiyəli diplomat Firudin Sinirlioğlu İrəvanda Baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. İki ay əvvəl Firudin Sinirlioğlu Nikol Paşinyanla Münhen Təhlükəsizlik Konfransında da görüşmüşdü. İrəvandakı görüşlərdə Ermənistanın ATƏT-lə əməkdaşlığı və Azərbaycanla aparılan danışıqların hazırkı vəziyyəti müzakirə olunub.

Rəsmi İrəvan ATƏT-lə əməkdaşlığı davam etdirmək istəyərkən, rəsmi Bakının belə bir istəyi yoxdur. ATƏT 30 il ərzində Qarabağ münaqişəsini həll edə bilmədi, bu səbəbdən Azərbaycanda ən çox tənqid edilən təşkilat idi. Rəsmi Bakı İkinci Qarabağ müharibəsindən sonra ATƏT-in Minsk Qrupunun ləğvinə çalışır. Buna baxmayaraq, ATƏT-in baş katibinin təcrübəli və Türkiyə Cümhurbaşqanı Rəcəb Təyyib Əroğana yaxınlığı ilə bilinən türkiyəli diplomat olduğu nəzərə alınaraq, rəsmi Bakı Firudin Sinirlioğlu ilə təmasdan imtina etməyəcək. Orası da aydındır ki, tutduğu vəzifəyə görə Firudin Sinirlioğlunun rəsmi Bakının "Minsk Qrupu ləğv olunmalıdır" yanaşmasını dəstəkləməsi çətindir. Ancaq türkiyəli diplomat onu da anlayır ki, de-fakto mövcud olmayan Minsk Qrupunin de-yure də ləğvi ümumi işin xeyrinədir. Bu sülh sazişinin imzalanması üçün iki əsas şərtdən birinin yerinə yetirilməsidir.

Vüqar Bayramov, millət vəkili:

- Prezident İlham Əliyev "Kredit büroları haqqında" qanuna edilən dəyişiklikləri təsdiq edib. Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər, əgər təqvim ili ərzində nisyə satış dövriyyələri 100 000 manatı keçərsə belə, artıq kredit bürolarına məlumat təqdim etmək öhdəliyindən azad ediliblər. Əvvəllər bu kateqoriyaya aid sahibkarlar müştərilərinə dair kredit tarixçələrini fəaliyyət göstərən ən azı bir kredit bürosuna təqdim etməyə borclu idilər.

Adətən kredit tarixçəsinə aid olan məlumatların təqdim olunması inzibati proseduralar, zaman və eləcə də xərc tələb edirdi. Digər tərəfdən bu öhdəliklərə əməl edilməsinə nəzarət də heç də asan deyildi və məsuliyyətə cəlb etmək də mürəkkəb mexanizm idi.

Yeni dəyişiklik bir tərəfdən şirkətlər və vətəndaşlar üçün qaydaların asanlaşmasına və onların kredit tarixçələrinin bu tip əməliyyatlar səbəbindən pisləşməsinin qarşısını alacaq. Digər tərəfdən, yeni qaydalar vətəndaşlarımız üçün bu sahədə inzibati proseduraları keçməsi zərurəri aradan qaldırıldığından vəsaitə qənaət etməsinə və onların kreditlər üzrə "qara siyahıya" bu səbəbdən düşməsinin qarşısının almasına gətirib çıxaracaq. Gözlənilir ki, bu həmçinin bu sahədə aktivliyin artmasına və alqı-satqı dövriyyəsinin genişlənməsinə imkan yaradacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Aprel 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see136

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see135

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see134

Castinin albomu yayımlandı

06 Sentyabr 2025 20:49see130

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see129

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see127

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see125

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see125

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see125

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see124

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see123

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

06 Sentyabr 2025 20:48see123

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see123

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see120

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see118

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see118

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see117

Zinəddin Zidan Fənərbağça nın təklifini dinləmək qərarına gəldi İDDİA

06 Sentyabr 2025 12:18see117

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see115

Biləcəridəki qəzada həlak olanların Fotosu

06 Sentyabr 2025 22:52see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri