Icma.az
close
up
RU
Azərbaycanda məmur həbsi niyə toy bayrama çevrilir...

Azərbaycanda məmur həbsi niyə toy bayrama çevrilir...

Icma.az bildirir, Modern.az portalına istinadən.

Son günlər Azərbaycanda ictimai müzakirələrin ən çox diqqət çəkən mövzularından biri yenə də məmurlar və onların fəaliyyəti ilə bağlıdır. İnsanların gündəlik həyatına birbaşa təsir edən qərarların arxasında dayanan bu təbəqə - dövlət idarəçiliyinin əsas dayağı sayılan məmurlar nədənsə cəmiyyətin gözündə etimad qazana bilmirlər.
Məmur dedikdə, ilk növbədə dövlətə xidmət göstərən, qanunları icra edən, xalqın rifahı üçün çalışan şəxs nəzərdə tutulur. Amma təəssüf ki, Azərbaycanda məmur anlayışı heç vaxt real həyatda özünün tam mənasında təzahür etmir. Cəmiyyətdə formalaşmış “məmur obrazı” bəzən səmimiyyətdən çox formalizm, şəffaflıqdan çox maraq güdməklə assosiasiya olunur.
Ən çox tənqid edilən məsələlərdən biri bəzi məmurların vəzifədən şəxsi maraqları üçün istifadə etməsidir. Bu isə vətəndaş-məmur münasibətlərində inamsızlıq yaradır. İnsanlar dövlət qurumuna deyil, orada çalışan fərdlərin davranışına əsasən münasibət formalaşdırır. Uzun illərdir cəmiyyətdə “məmur” anlayışı xalqın xidmətçisi kimi deyil, öz marağını qoruyan, kreslosuna yapışmış bir fiqur kimi formalaşıb. İnsanlar məmuru çox vaxt korrupsiya, laqeydlik, özbaşınalıq, ədalətsizliklə eyniləşdirir. İnsanları isə qınamq olmaz, haqlıdırlar. Çünki hansı məmuru “silkələsən”, onun mənzilləri, bağ evləri, bahalı avtomobilləri, torpaq sahələri, biznes obyektləri ortaya çıxacaq. Biz bunu DTX-nın, Korrpusiyaya qarşı Mübarizə İdarəsinin saxladlğı məmurlar timsalında çox görmüşük.
Təbii ki, insanların məmur təbəqəsinə münasibəti mənfi olanda dövlətin imici də korlanır.
Yeri gəlmişkən, Prezident İlham Əliyev də dünən bir sıra rayonlara təyin olunan icra başçılarını qəbul edərkən “məmur obrazı”na toxundu:
“Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır - ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq. Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Ona görə sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir”.
Təəssüf ki, dövlət başçısının xəbərdarlıqlarından nəticə çıxaran məmurlar azdır. Bəlkə də barmaqla sayılacaq qədər. Vəzifəyə təyin olunanların 90 faizi anlamaq istəmir ki, məmur olmaq imtiyaz deyil, xidmətdir. Dövlətin isə gücü onun qanunlarında deyil, o qanunları həyata keçirən insanların vicdanında və məsuliyyətindədir
Azərbaycanın yenidən müstəqil olduğu 30 illik zaman kəsiyində məmur təbəqəsinin müsbət imici formalaşmayıb. Ölkədə orta ranqlı bir məmur – hansısa icra başçısı işdən çıxarılanda, ya da həbs olunanda sosial şəbəkələrdə sanki bir bayram havası yaşanır. Sanki ədalət hissinin qismən bərpası müşahidə olunur. Bəs niyə?
Sadə vətəndaşın təcrübəsində məmur dedikdə, qarşısında “Sən kimsən?” tonuyla danışan, kiçik problemi belə həll etməyə laqeyd yanaşan bir obraz canlanır. O səbəbdən də, belə biri işdən çıxarılanda, insanlar bunu sadəcə bir şəxsin getməsi kimi deyil, bir ədalətsizliyin sonu kimi görürlər.

O da var ki, məmurlar məsələsinin aktuallığı təkcə onların davranışından asılı deyil. Cəmiyyət də bu prosesdə fəal mövqe tutmalıdır. İctimai nəzarət, media fəaliyyəti, vətəndaş cəmiyyəti institutlarının rolu burada böyük əhəmiyyət kəsb edir. Şəffaflıq yalnız “yuxarıdan” deyil, həm də “aşağıdan” gələn tələbkarlıqla möhkəmlənir. Di gəl ki, bizdə “aşağıdan” gələn tələbkarlıq da yoxdur. Bunun da müxtəlif səbəbləri var və ayrıca bir mövzudur.

Müşahidələr göstərir ki, Azərbaycanda məmurlar çox zaman “toxunulmaz” statusu ilə yaşayırlar.
İctimaiyyət bu şəxslərin nəyə görə işdən çıxarıldığını bilmir, amma səbəb axtarmağa da ehtiyac duymur: “Onsuz da nəsə etmişdi”, - deyirlər.
Bu etimadsızlıq hissi artıq elə dərinləşib ki, cəmiyyətdə məmurun günahsız ola biləcəyi düşüncəsi belə qəribə səslənir.

Hər dəfə hansısa məmurun işdən çıxarılması xəbəri yayılanda, bu, sanki illərlə yığılan narazılığın boşalması üçün bir fürsətə çevrilir. Xalq düşünür: “Bax, nəhayət, kimlərinsə də başı gedir”. Bu, insanların emosional rahatlama formasıdır – yəni bir növ ədalət illüziyası.

Cəmiyyətin bir başqa illüziyası da budur: bir məmurun gedişi ilə nələrdə dəyişəcək.
Təəssüf ki, məmurlar bir-birini əvəz edir, vətəndaşın problemləri yerində sayır. Ona görə də hər dəfə sevinən xalq bir müddət sonra yenə məyus olur. Bu, təkrarlanan ümid və məyusluq döngüsünə çevrilib.

Əsl dəyişiklik isə məmurun getməsi ilə deyil, məmur anlayışının dəyişməsi ilə baş verəcək – yəni məmur xalqın xidmətçisi olacaq, ağası yox.

O zaman, bəlkə də bir gün məmurun işdən çıxarılması xəbəri heç kimi sevindirməyəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Noyabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri