Icma.az
close
up
RU
Menu

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bal ilə süd o qədər də təhlükəsiz deyil: bütün müsbət və mənfi cəhətləri

Bal ilə süd o qədər də təhlükəsiz deyil: bütün müsbət və mənfi cəhətləri

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Süd və bal – hər biri qida maddələri ilə zəngin olub, sağlamlığa faydalı təsir göstərən məhsullardır. Lakin bu içkini qəbul edərkən bəzi hallarda orqanizm üçün arzuolunmaz təsirlər də yarana bilər: allergiya, artıq çəki, dəri səpgiləri və s.

Lent.az süd və ballı içkinin faydalarını və mümkün risklərini təqdim edir:

1. Yuxuya kömək edir

Bal və süd birgə yata bilməmə (insomniya) probleminin qarşısını almaqda kömək edir. Hər iki məhsul triptofan adlı amin turşusu ehtiva edir – bu maddə serotonin və melatonin hormonlarının sintezini təşviq edir, beyni yuxuya hazır vəziyyətə gətirir.

Kiçik bir klinik araşdırmada göstərilib ki, 3 gün ərzində gündə 2 dəfə süd və bal qəbul edən yaşlı insanlarda yuxu keyfiyyəti yaxşılaşıb. Həmçinin süd və bal bağırsaq mikroflorasına müsbət təsir göstərərək ümumi sağlamlığa və yuxuya fayda verir.

2. Sümükləri möhkəmləndirir

Süd kalsium və D vitamini ilə zəngindir – bu maddələr sümük toxumasının qorunmasında mühüm rol oynayır. Kalsium çatışmazlığında orqanizm bu elementi sümüklərdən “alır”, bu da sümüklərin zəifləməsinə səbəb olur.

Balda olan antioksidantlar və iltihab əleyhinə birləşmələr isə sümük əriməsinin (osteoporozun) qarşısını almağa və ya onu yavaşlatmağa kömək edir. Hətta heyvanlar üzərində aparılmış tədqiqatda balın sümük sınıqlarının sağalmasına kömək etdiyi göstərilib.

3. Yaraların sağalmasını sürətləndirə bilər

Bal və südü dəriyə xaricdən tətbiq etmək də bəzi üstünlüklər verir. Düzdür, bu mövzuda aparılan araşdırma yalnız heyvanlar üzərində olub. Bir təcrübədə dovşanların yarasına:

bir qrupa yalnız bal,

ikinciyə yalnız süd,

üçüncü qrupa bal+süd qarışığı,

dördüncüyə isə antibiotik tərkibli krem sürtülüb.

Nəticədə bal və süd qarışığı istifadə olunan qrupda yaraların daha tez sağaldığı müşahidə olunub.

4. Ürəyə müsbət təsir göstərir

Amerika Ürək Assosiasiyası az yağlı və ya yağsız süd məhsullarının gündə 2–3 porsiya qəbulunu tövsiyə edir. Bununla yanaşı, tam yağlı südün doymuş yağ tərkibinə görə məhdudlaşdırılması tövsiyə olunur. Lakin yeni araşdırmalar göstərib ki, tam süd də ürəyə zərərli olmaya bilər. O, faydalı xolesterini artırır və təzyiqi yüksəltmir. Bal da ümumi xolesterin səviyyəsini aşağı sala bilir.

Süd və ballı içkinin mənfi tərəfləri

1. Artıq çəki riski

Bir stəkan tam süd təxminən 150 kkal, 1 xörək qaşığı bal isə 64 kkal təşkil edir. Bu içkiyə üstünlük verərkən digər yeməklərin kalorisi də nəzərə alınmalıdır – balanslı rasion vacibdir.

2. Qida rasionunda “əlavə şəkər” sayılır

Baxmayaraq ki, bal təbii məhsuldur, əlavə şəkər kimi qiymətləndirilir. Amerika Ürək Assosiasiyası gün ərzində əlavə şəkər qəbulunu ümumi kalorinin 6 faizi ilə məhdudlaşdırmağı tövsiyə edir (təxminən 2 xörək qaşığı bal).

Südün tərkibindəki laktoza isə təbii şəkərdir və bu kateqoriyaya aid deyil.

3. Həzm problemləri yarada bilər

Laktoza dözümsüzlüyü olan insanlarda süd qəbulundan sonra qıcqırma, köp, ishal, ürəkbulanma baş verə bilər. Bu halda laktozasız süd alternativi tövsiyə olunur. Balda isə fruktoza var və bəzi insanlar bunu zəif mənimsəyir.

4. Dəri problemləri və allergiyalar

30 yaşa qədər olan şəxslərdə süd və süd məhsullarının qəbulu akne riskini artırır. Uşaqlarda südə qarşı allergiya ola bilər. Bal allergiyası da mümkündür – bu halda ürtiker (dəri səpgisi), ödem, nəfəs darlığı, hətta anafilaksiya baş verə bilər.

Əlavə məsləhət

Daha əvvəl mütəxəssislər yuxudan əvvəl bağırsaq sağlamlığı üçün "qızıl süd" (kurkuma, zəncəfil, darçın, qara istiot əlavə edilmiş süd) içməyin faydalı olduğunu vurğulamışdılar.

Dietoloq Kara Xoxrayterin sözlərinə görə, bu içki iltihab əleyhinə təsir göstərir, bağırsaq hərəkətini gücləndirir və orqanizmi rahatlaşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://lent.az
archiveBu xəbər 15 İyul 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see223

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see218

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see216

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see215

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see180

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see163

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see160

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see159

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see158

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see152

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see151

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see150

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see148

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see145

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see145

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see144

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see143

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see138

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri