Icma.az
close
up
RU
Bədənimizi qorumaq da ibadətdir Kimlərə oruc tutmaq OLMAZ?

Bədənimizi qorumaq da ibadətdir Kimlərə oruc tutmaq OLMAZ?

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hər dəfə Ramazan ayı başlayanda aktuallaşan suallardan biri də budur: kimlərə oruc tutmaq tövsiyə olunur, kimlərə - yox?

Həkim-infeksionist Nilufər Məmmədova mövzu ilə bağlı Oxu.Az-a danışıb.

N.Məmmədova qeyd edib ki, oruc bədənə çox müsbət təsir göstərə bilər, lakin bəzi hallarda sağlamlıq üçün risklər yaradır:

"Ramazan ayı mənəvi saflığın və bədənin özünü yeniləməsinin bir dövrüdür. İnsanlar bu ayda həm ruhən, həm də cismən təmizlənməyə çalışırlar.

Sağlam və gücü yetən hər kəs üçün oruc vacib və faydalıdır, lakin müəyyən sağlamlıq problemləri olanlar üçün bu ibadət bədənə zərər verə bilər.

Oruc tutmaq sağlam və yetkin insanlara tövsiyə olunur. Bu ibadət növü hansısa ciddi tibbi problemi olmayan şəxslər üçün həm bədənə, həm də zehni sağlamlığa müsbət təsir göstərə bilər. Oruc mədə-bağırsaq sistemində ciddi problemi olmayanlar - qastrointestinal sistem üçün təmizlənmə rolunu oynayır. Metabolik sindromu olmayanlar, yəni sağlam metabolizmə sahib insanlar düzgün qidalanaraq oruc tutduqda bədənlərində yağ yandırılması və insulin həssaslığı yaxşılaşa bilər".

Ekspert əlavə edib ki, oruc tutmaq bəzi şəxslər üçün ziyandır:

"Hər hansısa bir infeksion xəstəliyin kəskin dövrü olduqda bir çox dərmanların qəbulu zəruri olur. Bu dövrdə xəstələrin dərmanları vaxtında qəbul etməsi mütləqdir. Şəkərli diabet xəstələri, xüsusilə insulin qəbul edənlər üçün uzun müddət ac qalmaq təhlükəli olar. Bu xəstələr həkimlə danışıb dərmanlarının qəbulunu tənzimləyə bilsələr, oruc tutmalarında zərər yoxdur. Yüksək təzyiq və ya ürək çatışmazlığı olan xəstələrdə elektrolit balansının pozulması riski var. Böyrək çatışmazlığı olan xəstələrdə su və elektrolit balansının pozulması ciddi problemlərə səbəb olar. Xroniki xəstəliklərdən əziyyət çəkənlərə oruc ziyandır. Müəyyən dərmanlar müntəzəm qəbul edilməlidir. Uzun müddət qida və su qəbulu olmadan bu dərmanların təsiri dəyişə bilər".

O vurğulayıb ki, hamilə və əmizdirən qadınlar diqqətli olmalıdırlar:

"Əgər oruc ana və ya uşağın sağlamlığına mənfi təsir edərsə, hamilə qadınlara tövsiyə edilmir.

Yeni əməliyyat edilənlər və onkoloji xəstələr həkimlə məsləhətləşmədən oruc tutmamalıdırlar.

Xroniki mədə-bağırsaq problemi olan şəxslər həkimin təyin etdiyi mədə qoruyucusunu qəbul edərək və düzgün qidalar seçərək oruc tuta bilərlər.

Oruc tutmaq istəyən hər kəs öz bədənində olan dəyişikliklərə əhəmiyyət verməli və lazım gələrsə, həkim məsləhəti almalıdır. Sağlamlıq ibadətə maneə yaratmamalıdır, lakin bədənimizi qorumaq da bir növ ibadətdir".

Heydər məscidinin imamı hacı Rüfət Qarayev isə məsələnin dini aspekti ilə bağlı fikirlərini bölüşüb:

"Allah Quranda buyurur ki, kim səfərdədirsə, xəstədirsə, oruc tutmağa taqəti yoxdursa, o, istisna hal kimi oruc tutmaya bilərlər.

Ayənin sonunda buyurulur ki: "Əgər bilsəniz, oruc tutmaq sizin üçün nə qədər faydalıdır!?" Bu vurğu ilə rəbbimiz onu bildirir ki, bəhanələrlə orucdan yayınmaq lazım deyil, lakin gücümüz çatdığı qədər bu ibadəti icra etmək hər bir müsəlmanın vəzifəsidir. Şəxs Ramazan müddətində iki-üç günlük səfər edirsə, yaxud da həkim xəstə olduğunu təsdiqləyirsə, onun tövsiyəsi daxilində can əmanətini qoruyaraq oruc tutulmaya bilər.

Oruc tutulmayan günlərin sayına uyğun olaraq imkan daxilində yoxsula fidyə vermək, yediyi qidanı qarşılamaq lazımdır. Yəni yoxsulun da iftar etməsinə dəstək olmalısan. Ramazan ayı bitdikdən sonra sağlamlıq problemləri qaydasına düşərsə, bu zaman qəza günlərini tutmaq lazımdır".

Məhərrəm Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Mart 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri