Icma.az
close
up
RU
Bir anın içində ölüm səbəbi Bədəndə tromb olduğunu göstərən 6 əlamət

Bir anın içində ölüm səbəbi Bədəndə tromb olduğunu göstərən 6 əlamət

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Dünyada infarkt, insult, ürək tutmaları və ağciyər emboliyaların əsas səbəbi damarın trombla tıxanmasıdır. Tromb qan laxtasının daha bərk formasıdır.

Əgər siz vaxtından əvvəl bədəninizdə tromb təhlükəsi olduğunuzu bilsəniz, özünüzün və doğmalarınızın həyatını qurtara bilərsiz.

Bu simptomlar sizdə tromb olduğunu göstərə bilər.

1. Aşağı ətraflardan birinin şişməsi, ödemi

Bu vəziyyət dərin venalarda tromboz olanda baş verir. Nəticədə bədənin müəyyən hissəsinə qan axını pozulur, qan dövranı pozulur və həyati vacib daxili orqanlar oksigenlə təmin olunmur.

2. Ayaqlarda ağrılar

Trombozun ümumi əlamətlərindən biri də ayaqlarda uyuşma, sanki qarışqa gəzməsi, iynəbatırma hissi, ağırlıq, müntəzəm ağrılardır.

Ona görə ayaqlarda istənilən şiş, ağrı, göyərməyə və s. diqqətli olun.

3. Dəridə qəribə qırmızı xətlər, sahələr

Göyərmə trombun əlamətidir. Bunu çoxu bilir. Amma qırmızı xətlər, sahələr və venalara paralel belə qızartılar, adi dəri qızarması deyil. Bu, göyərmədən də təhlükəlidir. Belə halda dərhal həkimə müraciət edin.

4. Döş qəfəsində dərin nəfəs almada ağrı

Əgər dərin nəfəs alıb verərkən sinədə ağırlıq, ağrı hissi varsa, bu o deməkdir ki, qatı qan kütlələri artıq ağciyərləri təmin edən iri damarlara doğru gedir. Bu əlamət ölümcül təhlükədən xəbər verir. Yəni istənilən vaxt tromb nəfəsi tıxaya bilər. Təcili həkimə getməlisiz

5. Təngnəfəslik

Söhbət ağır yük qaldıranda, 10 mərtəbəni çıxarkən təngnəfəslikdən getmir. Tromb zamanı səbəbsiz təngnəfəslik olur. Bu o deməkdir ki, qan laxtası ağciyərlər ətrafındadır. Bu zaman xəstədə başgicəllənmə də olur.

6. Səbəbsiz və keçməyən öskürək

Qrip, bronxit olmadan öskürmək, hərarətsiz öskürək, heç bir dərmanın təsir etmədiyi halda əgər ağiyərlərin rentgeni də təmiz çıxıbsa, deməli ürək-damar sistemində tromb var və bu ürək ritmini dəyişərək tənəffüsə təsir edir.

Quru öskürək zamanı döş qəfəsi də ağrıyırsa, təngnəfəslik, nəfəs tıxanması varsa, trombdan şübhələnmək lazımdır.

Əgər bu 6 əlamətdən azı 3-ü sizdə varsa, tromba görə müayinə olunmağın vaxtıdır. (medicina.az)

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri