Icma.az
close
up
RU
Bitki yağlarının xeyri və zərəri: Xarici, yaxud yerli mala üstünlük verək? ARAŞDIRMA

Bitki yağlarının xeyri və zərəri: Xarici, yaxud yerli mala üstünlük verək? ARAŞDIRMA

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Satışda yerli istehsal məhsullarının üstünlük təşkil etdiyi sahələrdən biri də bitki yağları sektorudur. Yerli istehsal olan bitki yağlarından istifadə edən böyük bir kütlə var.

Ancaq müəyyən kütlə var ki, hələ də yerli məhsullara güvənmir, “xaricdən gətirilənlər daha keyfiyyətlidir” deyə düşünür. “Yerli bitki yağlarına su qatılır, bişiriləndə sanki qazanda buxarlanır” kimi fikirlər də var. Hətta bəzən belə fikirlər səsləndirilir ki, ölkədə indiki həcmdə bitki yağı istehsal edəcək qədər günəbaxan, qarğıdalı, zeytun və s. məhsullar yetişmir, qatqılar var və s. Yəni bu sahə ilə bağlı suallar çoxdur. Bu fikirlər nə dərəcədə həqiqəti əks etdirir?

Bununla bağlı “Kaspi” qazetində məqalə dərc olunub.

Qida mühəndisi Ceyran Əsgərova deyir ki, istehsal məhsulları olan bitki yağları kifayət qədər keyfiyyətlidir:

“Ümumiyyətlə, bazarda satışına icazə verilən hər bir bitki yağının - istər yerli istehsal olsun, istər idxal olunan, keyfiyyətinə nəzarət qurumları var. Bu nəzarət olmadan o məhsullar satışa buraxılmır. Hansınınsa keyfiyyətinin yaxşı olmadığını demək düzgün deyil”.

C.Əsgərova deyir ki, yağ normal temperaturdan yüksək istilikdə buxarlana bilər. Əslində bu, buxarlanma da deyil:

“Bəzən deyilir ki, yağa su qatılır, qarışığı var. Amma belə olarsa, qablaşdırmada yağ və su bir-birindən ayrılır, baxanda bunu hiss etmək mümkün olur. Yağ daha yüngül olduğu üçün yüksəyə qalxır, su isə aşağıda qalır. Amma hər hansı cihaz vasitəsilə deyil, gözlə baxılanda, qabda ancaq yağ məhsulu olduğu görünürsə, onun buxarlanması üçün çox yüksək temperatur lazımdır. Həmin temperaturlarda isə yemək bişirmək olmaz. Yağ normal temperaturda bişiriləndə, buxarlanmır. Yüksək temperaturda ola bilər. Bu da buxarlanma deyil, yağın yanmasıdır”.

Qida mühəndisi qeyd etdi ki, bitki yağları təyinatı üzrə istifadə edilmədikdə orqanizm üçün zərərləri ola bilir:

“Biz öyrəşmişik ki, hər hansı bitki yağını alırıq, onu qızartmada, bişirmədə istifadə edirik, salatlara əlavə edirik. Amma biz yağların isti emal üsullarında istifadə qaydası haqqında məlumatlı olmalıyıq. Yəni istehlakçı ilk növbədə hansı yağı nəyə və nə cür istifadə etməli olduğunu bilməlidir. Məsələn, elə bitki yağları var ki, onlar qızartma üçün uyğun deyil, ancaq salatlara əlavə etmək olar. Bu yağda siz peraşki, yaxud başqa nə isə qızardırsınızsa, orda temperatur yüksək olur. Bu zaman düşünürsünüz ki, buxarlanma gedir və s”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, yerli istehsal olan bitki yağlarının keyfiyyəti ölkəyə idxal olunanlardan üstündür:

“Bizdə istehlakçılar arasında belə səhv fikir formalaşıb ki, xarici məhsuldursa, keyfiyyətlidir, yerlidirsə, yox. Ancaq xaricdən idxal olunan məhsullar mütləq kimyalaşdırılmış olur. Çünki müəyyən məsafədə temperatur təzyiqinə məruz qalırlar və s. Baxmayaraq ki, xaricdən gətirilən məhsulların etiketi daha gözəl, dadı daha yaxşı ola bilir. Lakin əslində yerli məhsulların əksər hissəsi keyfiyyət cəhətdən xarici məhsullardan üstündür. Bitki yağları da bu siyahıdadır. Azərbaycanda istehsal olunan bitki yağları əvəzsizdir. Ölkədə istehsal olunan zeytun yağı xaricdən gətirilən bütün zeytun yağlarından üstündür”.

E.Hüseynov qeyd etdi ki, bazarda saxta məhsullar da ola bilər. Ona görə də, istehlakçılar mal alarkən diqqətli olmalıdırlar:

“Adətən, məşhur, keyfiyyətli məhsulun adına çox oxşar bir adla, saxta məhsulla bazara girib, satış apara bilirlər. Bu baxımdan alıcılar aldıqları məhsulun adına diqqətlə fikir versinlər. Etiketinə baxsınlar. Qida Təhlükəsizliyi Agentliyinin sertifikatı olub-olmadığını yoxlasınlar”.

Aqrar sahə üzrə mütəxəssis Qadir Bayramlı deyir ki, ölkədə bitki yağlarına olan tələbatı qarşılamaq üçün kifayət qədər xammal yetişdirilməsi imkanları var:

“Bu imkanlardan lazımınca istifadə edilmir. Dəqiq deyə bilmərəm ki, xammalın neçə faizi xaricdən gətirilir, nə qədəri yerli məhsuldur. Ancaq Azərbaycan müəssisələrinin istehsal etdikləri bitki yağları marketlərdə satılır və istehlakçılar tərəfindən alınır. Əgər xammalın bir qismi xaricdən gətirilirsə, onu yerli xammalla əvəz etmək imkanlarımız var. Sadəcə olaraq, kənd təsərrüfatını intensiv şəkildə inkişaf etdirmək, günəbaxan, qarğıdalı sahələrini genişləndirmək lazımdır”.

Q.Bayramlının sözlərinə görə, zeytun yağı istehsalı üçün də ölkədə xammal var, amma ondan tam istifadə edilmir:

“Azərbaycanda bitki yağları ilə bağlı itib batan sərvət Abşeron yarımadasında olan zeytun bitkisidir. Xaricilər bunu gördükdə, təəccüblə deyirlər ki, bu meyvə yerə tökülüb qalır. Düşünürəm ki, Abşeron yarımadasında hər il ən azı yüz tonlarla zeytunu toplayıb, ondan yağ əldə etmək mümkündür. Amma edilmir, yaxud da çox az miqdarda istifadə olunur. Fermerlər üçün imkan yaratmaq, daha keyfiyyətli zeytun yağı istehsal etmək üçün yüksək standartlara cavab verən avadanlıqların quraşdırıldığı fabriklər qurmaq lazımdır. Bəzən ibtidai üsullardan istifadə edirlər. Bu zaman yağın keyfiyyəti aşağı olur. Ona görə, insanlarımız Türkiyə, Rusiya, yaxud başqa Avropa ölkələrindən idxal edilən zeytun yağlarına üstünlük verirlər. Halbuki Abşeron yarımadasında bitən zeytunun keyfiyyəti çox yüksəkdir. Bir çox ölkələrdə, məsələn, Türkiyədə həm pambıqdan, həm fındıqdan yağ əldə edilir. Ölkəmizdə hər ikisi yetişir, amma biz onlardan xam məhsul kimi istifadə edirik. Yağ əldə edə bilmirik”.

Həkim-terapevt Məlahət Abbasova deyir ki, sağlamlıq baxımından təbii bitki yağlarından istifadə etmək daha məsləhətlidir:

“Yerli, ya xarici istehsal olsun, fərq etmir. Satışda olan bitki yağları rafinə olunmuş məhsullardır. Bu zaman həmin yağlar müəyyən texniki prosesdən keçir, keyfiyyətində dəyişiklik gedir. Sağlamlıq üçün tam faydalı olmasından danışsaq, təbii olan, rafinə olunmamış yağlar daha faydalıdır”.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2021

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see236

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see198

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see184

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see157

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see155

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see143

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see138

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see134

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see133

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see130

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see130

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see129

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see128

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see127

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see126

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see126

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see124

“Çox yaxşısan, Bakı”

08 Dekabr 2025 09:53see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri