Icma.az
close
up
RU
Ekspertdən xəbərdarlıq: İş yerləri işçilərə fərdi mühafizə vasitələri təsis etməyə məcburdur

Ekspertdən xəbərdarlıq: İş yerləri işçilərə fərdi mühafizə vasitələri təsis etməyə məcburdur

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qubada iki nəfəri elektrik cərəyanı vurub.

Lent.az xəbər verir ki, hadisə Əski İqriq kəndinin ərazisində baş verib.

Burada Bakı şəhər sakini 40 yaşlı Fuad Əliyevə məxsus evdə təmir işləri aparılarkən paytaxt sakini 60 yaşlı Xanlar Məhəmmədəli oğlu Paşayevin idarə etdiyi “Mersedes” markalı betonqarışdıranın borusu elektrik xəttinə dəyib. Nəticədə orada fəhlə işləyən Qobustan rayon sakinləri 25 yaşlı Əsəd Elman oğlu Hüseynquliyevi və 24 yaşlı Şəmistan Əşrəf oğlu Yusibovu cərəyan vurub.

Ə.Hüseynquliyev hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilən Ş.Yusibovun vəziyyəti orta-ağırdır.

Araşdırma aparılır.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Sherg.az-a açıqlamasında bildirib ki, iş yerlərində, istehsalatda, xidmət sahələrində, və bütün təyinatlı obyektlərdə işlərin görülməsi tam təhlükəsiz həyata keçirilməlidir:


“Yəni işi görən zaman orada çalışan insanların həyat və sağlamlığı üçün hər hansı bir təhlükə riski olmalı deyil. İşlərin həyata keçirilməsi zamanı texniki təhlükəsizlik, əməyin mühafizəsi, sanitar normalara, yanğın təhlükəsizlik qaydalarına ciddi riayət edilməklə bu proseslər həyata keçirilməlidir ki, hər hansı bir bədbəxt hadisə baş vermə riski olmasın. Bütün təhlükəli risklərə qarşı önləyici tədbirlər görülməli, daha sonra o işlərin həyata keçirilməsi təmin edilməlidir. Həmçinin insanlar gördüyü işin spesifikasına uyğun olaraq fərdi və kollektiv mühafizə vasitələri ilə təchiz edilməlidir. Həmçinin  işçilər də diqqətli olmalı, iş yerində fərdi mühafizə vasitələrindən istifadə etməyi özlərinə borc bilmədilər. Yəni ki, bunlar mütləqdir. Çünki insan həyatından qiymətli heç nə ola bilməz. Ümumiyyətlə iş yerləri işçilərə fərdi mühafizə vasitələri təsis etməyə məcburdurlar. İşçilər həyat və sağlamlığı üçün hər hansı bir problem, təhlükə görürsə, o işi görməkdən imtina etməlidir. Buna görə heç bir cəza sanksiyası nəzərdə tutulmayıb. Tam təhlükəsiz bir şəraitdə bu işlər həyata keçirilməlidir. Ani bir diqqətsizlik, məsuliyyətsizlik bədbəxt hadisələrə gətirib çıxarır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 May 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri