Icma.az
close
up
RU
Erkən xəbərdaredici əlamətlərin vaxtında aşkar edilməsi xüsusi əhəmiyyət daşıyır ŞƏRH EDİLDİ

Erkən xəbərdaredici əlamətlərin vaxtında aşkar edilməsi xüsusi əhəmiyyət daşıyır ŞƏRH EDİLDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Psixoloq baxımından azyaşlının müəllimə qarşı silahlı zorakılığa cəhd etməsi ayrı-ayrı təsadüfi bir davranış deyil, adətən uzun müddət formalaşan psixoloji gərginliyin, emosional problemlərin və sosial təsirlərin nəticəsi kimi qiymətləndirilir. Uşaq və yeniyetmə dövrü şəxsiyyətin formalaşdığı, emosional sabitliyin hələ tam oturuşmadığı həssas bir mərhələdir. Bu yaşlarda yaşanan travmalar, anlaşılmama hissi, sosial təcrid və ya davamlı təzyiq uşağın daxili dünyasında aqressiya, qəzəb və düşmənçilik kimi destruktiv emosiyaların toplanmasına səbəb ola bilər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Günel Ələkbərova deyib.

Onun sözlərinə görə, əgər bu emosiyalar vaxtında aşkar olunmur və sağlam şəkildə ifadə edilməsinə şərait yaradılmırsa, müəyyən hallarda davranış səviyyəsində təhlükəli reaksiyalarla özünü göstərə bilir: "Belə hadisələrin psixoloji kökündə çox zaman dəyərsizlik hissi, rədd edilmə qorxusu, sosial uyğunlaşma çətinlikləri və ya davamlı uğursuzluq təcrübəsi dayanır. Məktəb mühitində akademik çətinliklər, müəllim və ya həmyaşıdlarla konfliktlər, bullinqə məruz qalma və ya kollektiv tərəfindən qəbul olunmama uşağın özünə münasibətini mənfi istiqamətdə dəyişə bilər. Uşaq özünü müdafiəsiz və ya təhdid altında hiss etdikdə, reallığı təhlükəli və düşmən mühit kimi qavramağa başlayır. Bu zaman aqressiya onun üçün ya özünü müdafiə vasitəsi, ya da yığılan emosional gərginliyi boşaltma yolu kimi formalaşa bilər. Ailə mühiti bu cür davranışların formalaşmasında mühüm rol oynayan əsas faktorlardan biridir. Ailədaxili münaqişələr, emosional soyuqluq, valideyn diqqətinin çatışmazlığı, fiziki və ya psixoloji zorakılıq, həddindən artıq sərt və cəza yönümlü tərbiyə üsulları uşağın emosional təhlükəsizlik hissini zəiflədir. Digər tərəfdən, tam nəzarətsiz və sərhədsiz böyümə də məsuliyyət hissinin və davranış özünənəzarət mexanizmlərinin formalaşmasına mane olur. Emosional dəstək görməyən və hisslərini paylaşmaq imkanı olmayan uşaq zamanla qəzəb, inciklik və düşmənçilik hisslərini daxilində toplamağa başlayır.

Müasir dövrdə informasiya mühitinin və rəqəmsal təsirlərin rolu da nəzərə alınmalıdır. Zorakılığın normallaşdırıldığı oyunlar, filmlər və sosial media məzmunları bəzi uşaqlarda aqressiv davranış modelini gücləndirə və problemlərin güc yolu ilə həll oluna biləcəyi barədə yanlış təsəvvür formalaşdıra bilər. Xüsusilə emosional tənzimləmə bacarıqları zəif olan və reallıqla virtual davranış modellərini ayırmaqda çətinlik çəkən uşaqlar bu təsirlərə daha həssas olurlar. Belə halların qarşısının alınmasında erkən xəbərdaredici əlamətlərin vaxtında aşkar edilməsi xüsusi əhəmiyyət daşıyır. Uşağın davranışında qəfil və kəskin dəyişikliklər, aqressiyanın artması, müəllimlərə və ya məktəbə qarşı açıq nifrət ifadələri, sosial təcrid, dostlardan uzaqlaşma, zorakılıq mövzularına həddindən artıq maraq, qisas və ya düşmənçilik məzmunlu ifadələr, empatiyanın azalması, həmçinin uzunmüddətli əsəbilik, ümidsizlik və ya depressiv əhval risk siqnalları kimi qiymətləndirilməlidir. Bu cür əlamətlər çox vaxt uşağın daxili gərginlik yaşadığını və psixoloji dəstəyə ehtiyac duyduğunu göstərir.

Profilaktik yanaşma yalnız fərdi səviyyədə deyil, ailə və məktəb mühitində sistemli şəkildə həyata keçirilməlidir. Məktəblərdə psixoloji xidmətlərin gücləndirilməsi, şagirdlərin emosional savadlılıq, özünüifadə və konfliktlərin sülh yolu ilə həll olunması bacarıqlarının inkişaf etdirilməsi, bullinqə qarşı sıfır tolerantlıq mühitinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Müəllimlərin şagird davranışlarını müşahidə etmək, risk əlamətlərini tanımaq və dəstəkverici ünsiyyət qurmaq bacarıqlarının artırılması da vacibdir. Eyni zamanda, valideynlərin uşağın emosional vəziyyəti ilə maraqlanması, onunla açıq və etibarlı ünsiyyət qurması, hisslərini ifadə etməsinə şərait yaratması və davranış problemlərinə yalnız cəza ilə deyil, anlayış və dəstək yolu ilə yanaşması profilaktikanın əsas istiqamətlərindəndir. Uşaq özünü eşidilmiş, qəbul olunmuş və dəyərli hiss etdikdə, aqressiv davranış riskləri əhəmiyyətli dərəcədə azalır. Azyaşlılarda ağır aqressiv davranışlar birdən-birə yaranan hadisə deyil, adətən diqqətdən kənarda qalan emosional siqnalların və sosial problemlərin uzunmüddətli nəticəsidir. Bu səbəbdən əsas məqsəd cəzalandırıcı yanaşmadan daha çox, erkən diaqnostika, psixoloji dəstək, təhlükəsiz emosional mühitin yaradılması və uşağın sağlam sosial-emosional inkişafının təmin olunması olmalıdır. Bu yanaşma həm fərdi faciələrin qarşısının alınmasına, həm də daha sağlam və təhlükəsiz məktəb mühitinin formalaşmasına xidmət edir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Fevral 2026 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri