Icma.az
close
up
RU
Əzimə AĞALAR: Xatirələrə geri dönməyi heç sevmirəm MÜSAHİBƏ

Əzimə AĞALAR: Xatirələrə geri dönməyi heç sevmirəm MÜSAHİBƏ

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ömür boyu öz talelərinə çevirilib baxa bilməyən insanlar var. Kədərini sözə toxuyanlar da az deyil. Müsahibimiz  yazıçı Əzimə Ağalar da uzun zamandır vətəndən ayrı düşüb, qürbətdə  yurd salıb. Yaşantılarını vətəndən xeyli uzaqda- Avropada sözə çevirən yazıçı bunu da taleyin hökmü adlandırır.Bununla bağlı bir neçə dəfə danışsaq da müsahibim “bu da mənim qismətimdir” deyib, susmağı seçib.
 

-Yaradıcılığınızın ilkin mərhələsində qürbət, nakam sevgi, mərhəmət hissinin aliliyi kimi movzuları görmək olur. İndi hansı mövzuları əsərlərinizə gətirirsiniz?

-Doğrudan da elədir, qürbət, nakam sevgi hissini əsərlərimdə əsas mövzu kimi görürəm. “Gecələrdə gizli qaldım” əsərində nakam sevgi var. “Təyyarə qanadında uçan ruh”da da eyni mövzunu görə bilirik. “Bakıdan Qahirəyə və Stokholuma uzanan yol” əsərimdə isə həm qürbət, həm nakam sevgi, həm də mərhəmət hissi var. Bəlkə də özüm o duyğuları yaşadım , onun üçün o hislər mənə bu qədər  doğma, yaxın , əziz oldu. Türkçə yazdığım əsərlərimdə  “Yıpranmış hayellerin peşində”, “Ağlayan duvar” əsas mövzu gizli təşkilatlar,terror hadisələri, onlarla mübarizə əzmini ön plana çəkmişəm. Çox sevdiyim mövzulardır. Düşünürəm ki, bu mövzuları əsərlərimdə çox gözəl işıqlandırmışam. Bu mövzularda yazdığım əsərlərdə əsasən mən Şərqi  ifadə etmişəm. Çünki Şərq siyasətini gözəl bildiyim üçün dəqiqliklə incələmişəm. Ən azından müəllif olaraq mən belə düşünürəm (təəbəssüm edir). Eyni zamanda əsərlərdə adı çəkilən bütün ölkələrə səyahət etdim. Hamısını gəzib- gördüm. Onların siyasətini, mədəniyyətini oxuyub- öyrəndim, sonra yazdım.Bu mövzularla yanaşı əsərlərin içində bir eşq var. Ki, əsərləri həmin eşq tamamlayır.

-Yazıb- yaratmaq hissi qürbəti  necə hiss etdirir?

- Düşünürəm ki, qürbətdə yaşamasaydım, yazıb- yarada bilməzdim. Bilirsiniz, qürbət nə qədər çəkici və gözəl olsa da, mənəvu tərəfdən ağırlıqları çoxdur. Sanki başqa bir ölkədə uzunmüddətli qonaq yaşayırsan. Qürbət nə qədər gözəl olsa da, orada yaşayan insan bir vətən həsrəti çəkir, orda qəribə bir nisgil var. Sözə vurğun insanlar o nisgili şeirə və ya romana  çevirə bilir. Qürbətə başqa mədəniyyət görürsən, və fərqli dinə sitayiş eləyən insanlarla eyni ölkədə yaşayırsan. Bu məqam da insana çox şeyi öyrədir. Bir də görürsən ki, qürbətdə yaşamaq hissi səni bioloji yaşından da çox böyüdüb.

-Gəncliyinizin xatirələrini yazmağı düşünürsünüz?

-Gənclik xatirələrimi yazmağı sevmirəm. Bəlkə də nələrisə qələmə ala bilərəm. Ancaq tam olaraq yazmağı qətiyyən düşünmürəm. Çünki keçmişlə yaşamağı, xatirələrə geri dönməyi heç sevmirəm. Hətta nifrət edirəm. Hər zaman xatirələri özümdən qovmağa çalışmışam. Bəzən insan tək olanda nələrsə yaddaşında təzələnir. Yadıma düşdükcə onlardan uzaqlaşmağa çalışıram. Nə qədər xatirələrdən uzaqlaşsam da , onlar məndən əl çəkmirlər. Mən o xatirələri büküb qəlbimin bir küncündə basdırmışam.

-Hər bir yazıçının əsərlərinin içində mütləq ki, özü olur. Hamsı əsərinizdə özünüzü görürsünüz?

-Əlbəttə, əsərlərimin bir çoxunda qısa bir epizod da olsa mən varam. Düşünürəm ki, bu, bütün yazıçılarda belədir. Hansısa detal onların əsərlərinə təsir edir. “Gecələrdə gizli qaldım”da çox az da olsa Baharam, “Bakıdan Qahirəyə və Stokholuma uzanan yol”da Dilarəyəm, “Təyyarə qanadında uçan ruh”da Laləyəm. Ən bu əsərdə varam. Düşünürəm ki, qəhrəmanlarımın içərisində ən çox Lalə özümə bənzəyir. Lalənin adını çəkəndə belə  qəlbim sızlayır, gözlərim dolur.  “Yıpranmış hayellerin peşinde” və “Ağlayan duvar” əsərlərində özümü görümürəm. Ən son əsərimdə- yəni “Biz kadının anatomisi” əsərində varam, həm də çox varam.

-Nələrə illərinizi hədər etmisiniz?

-Gəncliyimi, ömrümü övladıma hədər etdim. Çalışdım ki, yaşadığım acıları, sarsıntıları övladım hiss etməsin, üzülməsin. Bəlkə də özüm üçün xeyirli olan çox qapıları məhz oğluma görə öz üzümə bağladım. Bəlkə də mənə uğur gətirəcək çox yollardan oğluma görə geri qayıtdım. Dəyərdimi? Həmişə bu sual qarşısında mənən çırpınıram.
 Bu mövzuda “bəlkə”lərim daha çoxdur. Həyatım başqa cür ola bilərdi...

-“Ağlayan duvar”ın iztirabı “Yıpranmış hayellerin peşinde” əsərinə çöküb. Sanki bu əsərlər bir-birindən qisas alır. Bunun səbəbi nədir?

-Mövzu baxımından bir- biri ilə oxşardır. Ona görə sizdə bu fikirlər yaranıb. Bəlkə də elədir. Axı hər iki əsər də eyni müəllifin qəlbindən qələminə süzülüb (gülür). Ümumiyyətlə, həyatda hər şey belədir. Kimsə bizə zülüm edirsə, bir başqası da gəlib həmin kəsə zülüm edir. Yəni 3-cü şəxs özü də bilmədən bizim qisasımızı alır. Əsərlər də belədir.Bir əsərdə yazıçı hansısa qəhrəmanı daha güclü göstərmək istəyir, lakin bu cəhdi uğurlu alınmırsa, digər əsərdə istənlilən bir qəhrəman daha möhtəşəm personaja çevirilir. Suala bu baxımdan yanaşsaq, sözlərinizdə həqiqət var.
Ancaq düşünürəm ki, əsərdə qəhrəmanlar bir- birilərinin qisasını alırlar. Bunu söyləmək bir az çətindir. Ancaq həqiqətdir.

Əntiqə Kərimzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://adalet.az
archiveBu xəbər 30 Aprel 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri