Gəncədə TİKA nın dəstəyi ilə 5 ci Kənd Təsərrüfatı və Qida Texnologiyaları Konfransı keçirildi FOTOLAR
Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanın ikinci böyük şəhəri Gəncə bu il beşinci dəfə keçirilən Kənd Təsərrüfatı və Qida Texnologiyaları Konfransına ev sahibliyi edib.
20–23 oktyabr 2025-ci il tarixlərində baş tutan tədbir Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi, Azərbaycan Dövlət Aqrar Universiteti və Çukurova Universitetinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Demokrat.az xəbər verir ki, konfransda Türkiyənin Çukurova və Ege universitetləri başda olmaqla, ümumilikdə 15 ölkədən yüzlərlə alim və tədqiqatçı iştirak edib. Açılış mərasimi Gəncə Heydər Əliyev Mərkəzində keçirilib.
Tədbirdə çıxış edən Türkiyənin Gəncədəki Baş konsulu Rəcəb Öztop kənd təsərrüfatı və qida texnologiyaları sahəsində Türkiyənin həyata keçirdiyi layihələrdən bəhs edib. O, TİKA tərəfindən Gəncə və ətraf bölgələrdə icra olunan layihələrin iki ölkə arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndirdiyini vurğulayıb.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov və Ege Universitetinin rektoru Nəcdət Budak çıxışlarında konfransın təşkilinə verdiyi dəstəyə görə TİKA-ya təşəkkürlərini bildiriblər.
Tədbir çərçivəsində kənd təsərrüfatında innovativ texnologiyalar, qida təhlükəsizliyi, davamlı istehsal və iqlim dəyişikliklərinə uyğunlaşma mövzularında elmi müzakirələr aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Kənd Təsərrüfatı Nazirliyində startapçılarla görüş keçirildi FOTOLAR
07 Oktyabr 2025 14:05
Gəncədə V Beynəlxalq Kənd Təsərrüfatı və Qida Texnologiyalarının Tədqiqi Konfransının açılış mərasimi keçirilib
20 Oktyabr 2025 16:49
Gəncədə yubiley konfransı
18 Dekabr 2024 00:25
ADU məzunlarının konfransı keçirildi FOTOLAR
05 Aprel 2025 11:30
Növbəti Qarabağ konfransı keçirildi FOTOLAR
23 May 2025 16:55