Icma.az
close
up
RU
Komendant pulu anlayışı yoxdur, tikinti şirkəti tamamilə çıxmalıdır AÇIQLAMA

Komendant pulu anlayışı yoxdur, tikinti şirkəti tamamilə çıxmalıdır AÇIQLAMA

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda çoxmənzilli binaların idarə edilməsi və ümumi xərclərin bölüşdürülməsi ilə bağlı qanunvericilikdə müəyyən tələblər mövcuddur. Lakin bu sahədə praktikada bir sıra məsələlər və çətinliklər yaranmaqdadır. Xüsusilə komendant pulu anlayışının düzgün tətbiqi və onun hüquqi əsasları hələ də bəzi mülkiyyətçilər və tikinti şirkətləri tərəfindən anlaşılmır.

Binalardan komendant pulu yığmaq qanunidir?

"Komendant pulu" anlayışı Azərbaycanda yoxdur. Bir çoxmənzilli binalarda təxminən 200-300 mənzil mövcuddur, hər birinin öz mülkiyyətçisi var və eyni zamanda binanın ümumi mülkiyyətində olan sahələr də mövcuddur. Bu ümumi sahələrə yer, bloklar, liftlər, zirzəmi, dam və s. daxildir. Bunlar ümumi mülkiyyət hesab olunur".

Bu sözləri Milli.Az-a hüquqşünas Əkrəm Həsənov deyib.

O bildirib ki, mülkiyyətçilərin hər biri mənzil mülkiyyəti haqqında qanuna əsasən, binanın saxlanılması və təmirinin xərclərini öz sahələrinə uyğun olaraq ödəməlidir. Bu məsələ binanın ümumi yığıncağında müzakirə edilməli və qərarlaşdırılmalıdır. Bizim ölkədə bir çox hallarda binaların idarə edilməsi tikinti şirkətləri tərəfindən həyata keçirilir. Lakin qanuna əsasən, tikinti şirkəti binanı tikib mənzilləri təhvil verdikdən sonra idarəetmədən tamamilə çıxmalıdır. Təəssüf ki, bəzi tikinti şirkətləri idarəetməni davam etdirir, bu isə qanuna ziddir.

"Ümumi yığıncaq olmayan binalarda komendant pulu alınması qanunsuzdur. Ümumi yığıncaq keçirilən binalarda isə mülkiyyətçilər binanın idarə edilməsi ilə bağlı bir neçə şəkildə qərar verə bilərlər. Ən çox yayılmış iki idarəetmə forması vardır. Vətəndaşların özlərinin idarə etməsi uyğun ola bilər, lakin bu, böyük binalarda çətin olur. Mülkiyyətçilərin müştərək hüquqi şəxs yaratması da doğru versiya sayıla bilər. Bu hüquqi şəxs Ədliyyə Nazirliyində qeydə alınır və mülkiyyətçilərin hüquqlarını təmsil edir. Həmin hüquqi şəxs, yəni mülkiyyətçilərin birliyi, komendantın nə qədər pul yığması və idarəetmə ilə bağlı qərarları qəbul edir.

Yığılan məbləğ, əsasən, hər bir mənzilin kvadrat metri ilə mütənasib olaraq mülkiyyətçilər arasında bölüşdürülür. Əgər seçilən komendant işinin öhdəsindən gələ bilmirsə, onu dəyişdirmək lazımdır. Komendantın əsas borcu sakinlərə daim maliyyə hesabatı təqdim etməkdir".
Hüquqşünas qeyd edib ki, qanuna əsasən, komendant pulu yığılması yalnız ümumi yığıncaqda qəbul edilən qərarlara uyğun olaraq və mülkiyyətçilər arasında razılaşdırılmış şəkildə həyata keçirilə bilər.

Aysel Əkbər
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 06 Noyabr 2024 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri