Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Mahir geht als Magier! KÖŞƏ

Mahir geht als Magier! KÖŞƏ

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Artıq Mahir Emreli ilə "Nürnberq" arasında hansısa bağ qalmadı.

Almaniyanın 2-ci bundesliqa təmsilçisi hələ mayın 6-da məlumat yaymışdı ki, həmyerlimizə müddəti mövsümün sonunda başa çatacaq müqavilə yenilənməyəcək. Halbuki "futbol ili"nin əvvəlində imza atılan anlaşmanın vaxtı daha bir il müddətinə artırıla bilərdi.
Bu mövzunun pərdə arxasında nələrin baş verdiyini bilmədik. Klub həmyerlimizin qalmasında israrlı olsa da, Mahir "yox" dedi? Ya əksinə? Ya bəlkə hər iki tərəf bu izdivacın başa çatmasında maraqlı idi. Gerçəyi heç kim bilmir və düzü, indi bunun o qədər də önəmi yoxdu. Sadəcə, indiyə qədər həm hücumçunun, həm də baş məşqçi Miroslav Klozenin verdiyi açıqlamalar arada hansısa narazılığın olmadığı haqda düşünməyə əsas verir. Tərəflərdən biri fərqli danışmadıqca başqa cür düşünmək haqqımız da yoxdu. Bu öz yerində.
Ən vacib məqam Mahirin son turda "Ayntraxt”a “toy tutmasıdı”. Bu matçın təfərrüatından xəbərdarsız. Həmçinin sizi Klozenin və Emrelinin vida sözləriylə tanış etmişik (bax: səh. 2). Göründüyü kimi, həmyerlimiz sürətlə karyerasının zirvəsinə doğru irəliləyir. Azərbaycan futbolunu Türkiyədə, Polşada, Xorvatiyada təmsil edən hücumçu uğurlarını da özüylə daşıyır. 28 yaşı iyunun 1-də tamam olacaq futbolçu artıq 4 het-trik müəllifidi!
Xatırladaq ki, o, ilk üç het-tirikinə Azərbaycan premyer-liqasında imza atıb. Həmin dönəmdə "Qarabağ"ın şərəfini qoruyan hücumçunun ilk iki belə uğuru 2018/19 "futbol ili"nə təsadüf edib. Dəqiq desək, 23-cü turun "Qarabağ" - "Keşlə" (indiki "Şamaxı") matçında meydana çıxan və sona qədər top qovan hücumçu komandasının 5:1 hesablı qələbə qazanmasına yardım edib. İkinci əlamətdar oyun isə 27-ci tur çərçivəsində evdə "Səbail"ə qarşı (4:0) keçirilib. İlk "11-lik"də forma geyən Mahir yenə rəqibi üç dəfə məyus etməyi bacarıb. Nəhayət, onun ölkəmizdəki sonuncu het-triki 2020/21 mövsümündə qeydə alınıb. 24-cü turda "Qarabağ"ın heyətində "Qəbələ"yə qarşı səfər matçında forma geyən futbolçu 71-ci dəqiqədə meydana çıxıb və 88, 89 və 90-cı dəqiqələrdə fərqlənməklə komandasının 5:0 hesablı qələbə qazanmasında böyük pay sahibi olub.
Odu ki, "Bild" qəzetinin Mahirlə "Mahir geht als Magier!" (Mahir sehrbaza çevrilir!) sərlövhəli yazı vasitəsilə vidalaşmasına biganə qala və ya təəccüblənə bilmərik. Təbii ki, buna bundesliqa klubuyla anlaşmaq ehtimalının yüksək olması da daxildi. Bəli, biz təəccüblənmirik. İş ondadı ki, Mahir bizi pis mənada təəccübləndirməməlidi. Məsələn, "Kayserslautern", "Herta" kimi klubların təklifini qəbul etməməlidi. Allah uzaq etsin, o, maddi məsələlərə görə karyerasına 2-ci bundesliqa klubunda davam etmək qərarına gəlsə, bir nəfər kimi hamımızın ümidini qıracaq, bizi xəyal qırıqlığına uğradacaq. Bəlkə bu üzdən ondan küsənlər, üz çevirənlər də olacaq. Düzdü, sonuncu siyahıda biz olmayacağıq. Mahir indiyə qədər qazandığı uğurlarla könülləri fəth etməyi, Azərbaycan futbolunun təbliğində fəallıq göstərməyi bacarıb. Ancaq dayanmaq olmaz. İndi cib doldurmağı düşünmək üçün çox tezdi.
Bundesliqa klubundan gələn təklif mümkün qədər qısa vaxtda qəbul edilməlidi. Mahir indi hansısa klubun pul tələsinə uya bilməz. Karyeranın bu dəmində zarafata yer yoxdu. Bütün məsələlər yüz ölçülüb-bir biçilməli, o, "Nürnberq"də yol verdiyi səhvləri bir daha təkrarlamamalı, zədələrdən qorunmalı və makimum çox qol vurmalıdı. İndi ən vacib andı. Soyuq başla düşünmək üçün vaxt da var. Biz təkcə Azərbaycan futbolunun yetirməsindən yox, həm də fərqli çempionatların fəlsəfəsini mənimsəyən, təcrübəli mütəxəssislərdən, xüsusilə əfsanəvi hücumçu Miroslav Klozedən dərs alan,  Almaniyanın 2-ci bundesliqasında çıxış edən adlı-sanlı komandaları dəfələrlə məyus edən, ən önəmlisi, bu ölkənin "Bavariya"dan sonra ən çox çempion olan komandasında forma geyən futbolçudan - Mahirdən bəhs edirik.
Hə, sehrbaz, fikirləşmək, ən doğru addımı atmaq zamanıdı. Dünyaca ünlü sehrbaz Coş Norris boş yerə deməyib:

"Məsələ əslində zarafat və ya hiylədə deyil, sehrbazın şəxsiyyətində və onun göstərdiyi səydədi". 


KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 May 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see543

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see532

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see528

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see473

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see447

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see431

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see352

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see340

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see324

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see319

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see311

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see306

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see294

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see293

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see292

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see292

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see292

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see278

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see276
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri