Icma.az
close
up
RU
Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan komandir və xidmət rəisinin məhkəməsi davam etdirilib

Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan komandir və xidmət rəisinin məhkəməsi davam etdirilib

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan hərbi hissə komandiri, polkovnik Samir Həziyev və hərbi hissənin Tibb Xidməti rəisi Aydın Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Naxçıvan Hərbi Məhkəməsində hakim İlham İbrahimovun sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib.

Əlahiddə Ümumqoşun Ordu (ƏÜO) komandanının müavini vəzifələrini icra edən, polkovnik Şəhadət İbrahimov ifadəsində deyib ki, məlumat daxil olduqdan sonra dərhal onlara axtarışla bağlı tapşırıq verilib: "Axşam 10 radələrində tapşırıq aldım və ayın 11-i səhər saat 8-də artıq hadisə yerində idim. Mərhumun nəşini qruplara bölünərək axtarırdıq”.
Ş. İbrahimov ifadəsində qeyd edib ki, postda olan MAXE (müddətdən artıq xidmət edən hərbçi) ilə söhbətləşib və MAXE ona deyib ki, əsgər C. Hüseynov postdan bir qədər irəli gedib, az sonra güllə səsi gəlib, yıxılıb: “Yerini göstərməyini dedim, tapşırdım ki, gedib həmin ərazidən gilizləri gətirsin. Getdi, 8-10 dəqiqə sonra xəbər etdi ki, gilizləri tapıb. Sonra biz ora getdik və əsgərin nəşini həmin ərazidən tapdıq. Onu taparkən, avtomatın qoruyucusu açıq idi, məruzə etdim, təhlükəsizlik üçün qoruyucunu bağladım. Avtomatın darağı da üstündə idi. Sonra prokurorluğun əməkdaşlarına dedim, gəldilər".
Şahid ifadəsinə vurğulayıb ki, əsgərin nəşi ilə düşmən postunun arasında 650-700 metr məsafə olardı.
Zərərçəkən tərəfin vəkilinin "üzərində yarası var idi" sualına Ş. İbrahimov "başında güllə yarası var idi" deyə cavab verib.
ƏÜO-da komplektləşmə şöbəsinin rəisi, polkovnik Hüseyn Vəliyev ifadəsində deyib ki, C. Hüseynovun yerinin dəyişdirilməsi ilə bağlı raport daxil olub: "Raport daxil olurdu və mən baxıb onları ƏÜO komandanının müavini general Rəhim Cəfərova verirdim. Çünki yerdəyişməni yalnız ordu komandanlığı edə bilər. Raport gəldi, raportda “xüsusi nəzarət tələb olunan yerə dəyişdirilsin” yazılmışdı. Mən də yoxladım, verdim raportu. Çünki mənim yerdəyişdirməyə ixtiyarım yox idi".
Təqsirləndirilən şəxs Samir Həziyev deyib ki, ötən il mart ayının 11-də Ceyhun Hüseynov posta olarkən problem yaşanıb: "Bununla bağlı məruzə etmişəm. Polkovnik Hüseyn Vəliyevə də yerinin dəyişdirilməsi ilə bağlı raport göndərmişəm".
Polkovnik Hüseyn Vəliyev deyib ki, raportda “xüsusi nəzarət tələb olunan yerə dəyişdirilsin” yazılmışdı: "Raportu mənə gətirən şöbənin əməkdaşı dedi ki, orada post komandiri ilə yola getmir, yeri dəyişdirilsin. Yenə deyirəm, mənim ixtiyarım yox idi, onun yerini dəyişim və ya postdan hərbi hissəyə gətirim".
Samir Həziyevin hüquq işləri üzrə köməkçisi, kapitan Vüsal Abdullayev ifadəsində bildirib ki, mərhum C. Hüseynovla briqada komandirinin tapşırığına əsasən görüşüb: "Əsgərlə xidməti otağında görüşdüm, söhbət etdik. Çox rahat, sərbəst və savadlı danışırdı, hər şeyi qaydasında izah edirdi. Araşdırma 3-4 gün davam etdi".
V. Abdullayev bildirib ki, hadisədən 10-15 gün sonra C. Huseynovla bağlı başqa bir problem olub: “Onunla yenə öz iş otağımda söhbət etdim. Bu dəfə qarşımda tam başqa bir insan var idi. Gözlərini göyə dikib danışırdı, bəzən susurdu. Nə olduğunu soruşdum, danışmırdı. Hətta energetik içki aldım birlikdə içdik, dedi özümü narahat hiss edirəm, gecələr yata bilmirəm. Onunla nə danışmışdıqsa, hamısını Samir Həziyevə dedim. Tapşırıq verdi ki, hərbi hospitala göndərilsin. Tibb xidmət rəisi, kapitan Aydın Quliyevlə görüşdük, ona hadisəni dedim. Sonra Ceyhun Hüseynovun əmisi mənə zəng vurub dedi ki, onun dərmanları bitib ona görə gecələr yata bilmir. Dedi ki, resepti göndərim, ya da ona dərman verək. Mən də tibb xidmət rəisinin nömrəsini verdim, dedim onunla danışın, o nəzarət edir. Səhər kitaba baxanda gördüm ki, hospitala göndərilib. Bundan sonra mən məzuniyyətə getdim".

Kapitan Vüsal Abdullayev vurğulayıb ki, məzuniyyətdən qayıdanda C. Huseynovu hərbi hissədə görüb: "20 günlük məzuniyyətdən qayıdanda gördüm ki, durub qərargahın yanında. Görüşdük, söhbət etdik. Dedi ki, hər şey qaydasındadır. Hətta təşəkkür elədi, dedi, düzəlmişəm, gedirəm xidmətimə davam edəm. Ondan sonra onu görməmişəm".

Təqsirləndirilən Aydın Quliyev isə bildirib ki, mərhum əsgərin əmisi ona zəng etməyib, onun ailə üzvlərindən heç biri ilə danışığı olmayıb.
Sonra təqsirləndirilən şəxs Samir Həziyev bildirib ki, iki dəfə polkovnik Vəliyevə əsgər Ceyhun Hüseynovun yerinin dəyişdirilməsi ilə bağlı desə də, o, deyib ki, bunun üçün əsas yoxdur.

Məhkəmə yanvarın 22-dək təxirə salınıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu ötən il iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.
Bir neçə gün sonra Günnüt yaşayış məntəqəsi istiqamətində onun nəşi aşkar edilib.
Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə məhkəmə-tibbi, kompleks məhkəmə-ballistik, daktiloskopik və trasoloji ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib, habelə, iş üzrə əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunub.
Cinayət işi üzrə hərbi hissə komandiri, polkovnik Həziyev Samir Mətləb oğlu həbs olunub. İş üzrə onunla yanaşı, hərbi hissənin Tibb Xidməti rəisi Quliyev Aydın Yaşar oğlu da ittiham olunur.
Onlara Cinayət Məcəlləsinin 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma-bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Ceyhun Hüseynov ADA Universitetinin məzunu olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 Yanvar 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see304

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see277

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see248

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see196

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see184

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see166

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see165

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see146

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see128

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see128

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see126

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri