Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Özünüzü təqdim edin... So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Özünüzü təqdim edin... So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əzizə İsmayılova, jurnalist:

- Meyxanaçı Ağakərimin o vəziyyətində videosunu çəkib sosial şəbəkdə paylaşan hər kimdirsə, ayıb olsun o adama. İnsanda heçmi vicdan olmaz, heçmi düşüncə olmaz?! O vəziyyətdə bir insanı niyə videoya çəkəsən, niyə paylaşasan axı?

Bir insan evinin qapısını sənə açıbsa, demək, səni özünə simsar bilib, adam bilib, gör sənə nə qədər dəyər verib. Qapısını sənə açmayıb ki, canı ilə əlləşən xəstəsini layk xətrinə çəkib paylaşasan...

Mən Ağakərimin yaxınlarının yerinə olsaydım, məcbur edərdim o adamı ki, necə yaymısan, elə bu dəqiqə bütün sosial şəbəkədən sildir! Get bütün paylaşanlara yalvar, yaxar, nə edirsən et, sildir bütün səhifələrdən o videonu...

İlkin Rüstəmzadə, ictimai fəal:

- Sizə bu gün Leyla xanım haqqında danışacağam.Onun cəmi 26 yaşı var. Amma rəsmləri o qədər dərin, fırçası o qədər zərifdir ki, onunla ilk görüşümüzdə qərar verdim ki, birlikdə işləyək.

Leyla ilə cəmi 15 dəqiqə söhbət elədik, ofisimizin yanındakı bir fransız kafesində. Rəsmlərini əvvəlcədən izləmişdim. 15 dəqiqə söhbət mənə bəs elədi ki, Leylanı tanıyım. Nə qədər dərin olduğunu görüm.

Leylanın rəsm texnikasını bəyənərsiz, bəyənməzsiz, öz işinizdir. Amma incəsənəti böyük, dahi edən texnika deyil. Ruhdur, ürəkdir, toxunuşdur. Bu məsələlərdə isə Leyla zirvədir. Şişirtmədən deyirəm, Azərbaycanın Fridasıdır. Çox dəhşətli zövqə və istedada sahibdir.

Xalqımız tezliklə bu böyük istedadını daha yaxından tanıyacaq, onun işlərinə aşiq olacaq.

Hazırda bu möhtəşəm əsəri çəkib, bir az istirahət edir. Yaxın günlərdə isə, eyni seriya və üslubla 2-ci rəsmi işləməyə başlayacaq, mənim ssenarim əsasında. Bu dəfə mövzu İsraildir, onların tarixini işləyirik. Yəhudi bir dostumun xahişini nəzərə alıb işləyirik.

Artıq senari bitib, rəsmin konturları hazırdır. Bu əsərlə bu seriyanı bitirib Azərbaycan tarixi, incəsənəti, musiqisi ilə bağlı əsərlərə başlayacağıq. Rəssamlığı ədəbiyyatla, musiqiylə, tarixlə qarışdıracağıq. İncəsənətdə hoqqa verəcəyik.

Başqa rəssamlarla da işlər görürük. Sabah ölkənin ən böyük gənc dühalarından biri olacaq bir bəy rəssamla işə başlayırıq. Bilirəm ki, onunla görəcəyimiz iş də şah əsər olacaq.

Bizim xalqımız istedadlıdır. Bizim mədəniyyətimiz markadır. İncəsənətimiz brenddir. Sadəcə indiyə qədər bu incəsənətin təkcə mənəvi deyil, əslində həm də çox böyük maddi sərvət olduğunu dərk eləyib bu sahədə çörək görəcək ağdamlısı yox idi bu ölkənin. Artıq var... Və o ağdamlı artıq Dubayı, Yaxın Şərqin sənət bazarını hədəfləyib. Gedib, yerində incələyib, bomboş olduğunu görüb... Yaxın vaxtlarda Azərbaycan incəsənəti ilə bağlı fantastik işlər ortaya qoyacağıq bu ölkənin istedadlarıyla birlikdə.

Bu ölkədə çoxlu Leylalar var və siz onların hamısının istedadını bir-bir görəcəksiniz.

Arzu Qaziyeva, jurnalist:

- Tiflis qarışıb. Əslində heç sakitləşməmişdi. Müxalifət Gürcüstanda keçirilmiş bələdiyyə və şəhər meri seçkilərinə etiraz edirlər. Bu etiraz keçən etirazlardan daha qətiyyətli və aqressivdir. Etirazçılar polis kordonunu aşaraq Prezident sarayını ələ keçirməyə nail olublar. Rusiyanın Moldovadakı parlament seçkilərində iflası gürcü müxalifətinə stimul verib. Nəticənin nədən ibarət olacağını, seçkilərlə Rusiyanın təsirindən qurtulmaq yoluna başlanılıb-başlanmadığını yaxın gələcək göstərəcək.

İmdad Əlizadə, jurnalist:

- Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev keçmiş səhiyyə naziri Oqtay Şirəliyevlə vida mərasiminə qatılıb. Mərasimdə çoxlu indiki və keçmiş nazirlər, deputatlar, həkimlər və başqa şəxslər iştirak ediblər. Amma təkcə Əbülfəs müəllim Təzə Pir məscidinin qarşısında gözləyən jurnalistlərə müsahibə verib, Oqtay Şirəliyevlə bağlı xatirələrini bölüşüb, onun yaxşı kişi, dost olduğunu söyləyib. Həm də kədərli formada...

Əbülfəs müəllim sözünü bitirər-bitirməz müxbirlərdən biri deyib:

- Özünüzü təqdim edin...

Əbülfəs müəllim də həmin jurnalistə bir az çəp-çəp baxandan sonra cavab verib:

- Əlibala.

Və üzün çevirib gedib...

Adam 26 il nazir işləyib, 4 il əvvəl gedib ey vəzifədən. Ondan sonra da tez-tez müsahibə verir, tədbirə qatılır.

Day heç nə.

Fəridə Aslanova Rüstəmova, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi:

- Gündəlik təəssüratlarımı yazmağa vərdiş etmişəm.

Bu gün bir daha əmin oldum ki, dəmir yolu ilə hərəkət bir antidepressantdır. Nə tıxac görürsən, nə artıq-əskik bir davranış. Ruhun sakit olur.

Etiraf edim ki, işə gəlmək üçün yalan olmasın, ayda 250 manatı küçələrə səpirdim; avtobus, taksi, metro, yenə taksi və s.

İndi 15 dəqiqə piyada yol, 90 qəpik o yana - 90 qəpik bu yana. Düşəndən sonra da 35 dəqiqə piyada yol Akademik Musiqili Teatr sarı. 

Xüsusi vurğulayım ki, biz millət olaraq ən ağır ev işlərini görsək də, səhər idmanı etməyə meyilli deyilik. O baxımdan, seçdiyim yeni üsulla sürətli yeriş mənə çox müsbət təsir edir. Özümü abstrakt təsəvvürlə yarış meydançasında, idman arenasında hiss edirəm...

Bugünkü xoş təəssüratlarımı da çox  yazmağa qorxuram ki, birdən dəmir yollarını da qiymət artımı ilə pərvazlandırarlar. Başına gələn başmaqçı olar. Yadımdadır, o dəfə içi sərnişinlə dolu manatlıq taksinin sürücüsünə minnətdarlıq etdim ki, çox sağ olun, çox rahat və tez sürdünüz. Qayıdıb əvəzində dedi ki, sənin xətrinə taksini vertolyot kimi sürdüm, mənə 1 manat yox, 5 manat verməlisən. Ciddi deyirdi. 1 manatını verib, hamı kimi düşüb getdim. Qaldı baxa-baxa.

Dedim dilim-dilim olasan, ay dilim...

Nə isə...

Dəmir yolu xidmətində çox rahat, mədəni mühit var. Ona görə də hirsləndirən, qıcıqlandıran heç nə yoxdur!

Ölkəmizdəki nəqliyyat sisteminin kəm-kəsrlərin sadalayanda uğurlarını da demək lazımdır.

Azərbaycan Dəmir Yolları, sən ölkəmizin uğurusan! 

Bütün dəmiryolçulara iş avandlığı, xoş gün-güzaran arzulayıram.

İbrahim Nəbioğlu, jurnalist:     

- AÇIQ DƏRSLƏR

Azərbaycan ədəbiyyatının inkişafında onun xidmətləri misilsizdir. "Dəli Kür", "Ölən dünyam" kimi ölməz əsərləri ilə milli ədəbiyyatımızın klassiklərindən birinə çevrilib. Lakin o, yalnız görkəmli yazıçı deyildi; o həm də nəsillər yetişdirən böyük pedaqoq, sevilən müəllim idi. Onun mühazirələri tələbələri üçün həyat dərsi, düşüncə məktəbi idi. Elə buna görə də İsmayıl Şıxlının adı təkcə ədəbiyyat tarixinə deyil, pedaqogika tariximizə də qızıl hərflərlə yazılıb. Auditoriyada onu dinləyənlər üçün İsmayıl Şıxlı bir dünya idi. Tələbələrini yalnız biliklə deyil, düşüncə mədəniyyəti ilə də zənginləşdirir, onlara ədəbiyyatla yanaşı, həyatı anlamağı da öyrədirdi. Bu mənada yazıçı-müəllim sintezinin ən parlaq nümunələrindən biridir İsmayıl Şıxlı...

Ailəmizdə ədəbiyyatçı yox idi, ancaq atamın şəxsi kitabxanasının ən gözəl yerində İsmayıl Şıxlının 1974-cü ildə nəşr edilmiş "XX əsr xarici ədəbiyyat tarixi" adlı kitabı dururdu. Gənclik illərimdə o kitabdan çox bəhrələnmişdim. Kitabın "Alman ədəbiyyatı" bölümündən o zamanlar tanımadığım müəllifləri kəşf edir, onların əsərlərini tapıb oxuyurdum...

Aradan 50 il keçib.

Əziz dostum Elçin Şıxlı atasının kitabı üzərində işləyərək, bu önəmli monoqrafiyaya yeni nəfəs verib. Kitab bu yaxınlarda "XX əsr xarici ölkələr ədəbiyyatı" adı ilə nəşr edilib…

1974-cü il nəşri İsmayıl Şıxlının Azərbaycan Pedaqoji İnstitutunda oxuduğu mühazirələr əsasında yazılıb. İsmayıl Şıxlı da atası Qəhrəman Şıxlinski kimi müəllim idi, APİ-nin Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri və on minlərlə tələbənin sevimlisiydi.

O illərin universitet həyatı indi bir çoxlarına nağıl kimi gəlir. 1960-1990-cı illərdə Bakı artıq böyük bir tələbə şəhəri idi. Ali məktəblərin hər fakültəsində, hər auditoriyasında görkəmli pedaqoqlar, alimlər sadəcə mühazirə oxumur, tələbələrə düşünmə, müstəqil fikir yürütmə öyrədir, rejimin gözündən uzaq, gözə batmasınlar deyə ehtiyatla, aramla yeni nəsil aydınlar yetişdirirdilər.

Bu mühazirələr həm də elm və mədəniyyətin təbliğ olunduğu təşəbbüslər idilər. Amma elə dərslər var idi ki, onlar "cədvəl dərsi" olmaqdan çıxıb açıq dərslərə çevrilir, şəhərin elmi-mədəni həyatının ən parlaq hadisəsi olurdular.

Məsələn, akademik Ziya Bünyadovun Azərbaycan və Orta Əsrlər Şərq tarixi üzrə mühazirələri... Auditoriyaya girən kimi orta əsrlərin tarixi qapıları açılır, Şərqin tozlu kitabxanaları ilə qədim məscidlərin həyətinə düşürdün sanki. Anam danışardı ki, auditoriyada yer tapmayan tələbələr pəncərələrin altına yığışır, pilləkənləri doldururdular.

Başqa bir misal, akademik Azad Mirzəcanzadənin intellekt yarışına çevrilən açıq dərsləri. Sadə bir formuldan başlayıb tələbələrə neft quyusundan kosmosa qədər, Bunyuelin filmlərindən Gödelin natamamlıq teoremlərinə qədər yollar çəkərdi. Dolub-daşan auditoriya onun bir cümləsi ilə gülüb, növbəti cümləsi ilə dərin düşüncələrə qərq olardu.

Digər açıq dərslər isə İsmayıl Şıxlının ədəbiyyat improvizasiyaları, Nəsiminin səsi, Sabirin ironiyası, Cəlil Məmmədquluzadənin kəskin sözü ilə auditoriyanın divarlarından əks-səda verən fikirləri idi. Təkcə müəllimlik etmirdi, xarici ölkələr ədəbiyyatını yaşadırdı. Bir tələbəsi belə yazırdı:

"İsmayıl müəllimin dərsindən çıxanda küçədə gördüyüm hər adamı roman qəhrəmanı kimi görürdüm".

Məmməd Arif Dadaşzadənin ədəbiyyat mühazirələri, Məmməd Cəfər Cəfərovun dünya ədəbiyyatı təhlilləri, Fikrət Əmirovun konservatoriyadakı yaradıcılıq sinfində musiqini "rənglərlə" izah etmələri, Qara Qarayevin notlardan danışanda tələbələrin gözlərini yumub musiqini "görmələri"...

Bu korifeylərin dərsləri bitir, amma heç kim qalxıb getmək istəmirdi. Qapıdakı tələbələr də, içəridəkilər də müəllimlərini buraxmır, "bir az da qalın" deyə yerlərindən tərpənmirdilər. Çünki orada öyrənilən yalnız elm deyildi, o dərslərdə həyata baxışları formalaşır, dünyaya açılan pəncərədən ümid alırdılar.

Bütün bu dərslərin ortaq bir tərəfi var idi: auditoriyalara toplananlar ancaq o institutun tələbələri deyildilər, ədəbiyyat dərslərinə fiziklər də gəlirdi, riyaziyyatçılar da, tarix mühazirələrini kimyacılar da dinləyirdi, musiqiçilər də...

İsmayıl Şıxlı, Azad Mirzəcanzadə, Ziya Bünyadov kimi dəyərlər əslində bir nəslin düşüncə tərzini formalaşdıran memarlar idilər...

İndi belə nəhəng alimlər, pedaqoqlar varmı?!

"XX əsr xarici ədəbiyyat tarixi" kitabı da bu səbəbdən əzizdir, doğmadır, çünki içindəkilər İsmayıl Şıxlının mühazirələridir. Bu kitab kitab olmaqdan daha böyükdür - o ədəbiyyat tarixidir...

Dostlarımla Bakıda bir axşam yeməyində idim.

Elçin yeni kitabı imzalayaraq mənə hədiyyə etdi.

Hamı eşitsin deyə Elçinin yazdığını yüksək səslə oxumağa başladım.

Oxuyanda boğazım düyünləndi.

Elçinə baxdım, onun da gözləri nəmlənmişdi:

"İbrahim Nəbioğluya - qardaşıma İsmayıl Şıxlıdan bir xatirə olaraq. Səni tanımırdı, amma tanısaydı, oğlu qədər sevərdi.

Qardaşın Elçin,

Bakı, 09.08.2025".

Bu gün Elçinin doğum günüdür.

Dostluğumuz 40 ilə yaxınlaşır.

Bu illər ərzində ətrafımızda çox insanlar oldu... Əksəriyyəti ələndi.

Qalanlar sınaqlardan çıxanlardır...

Dostumu - Böyük Kişinin oğlunu təbrik edirəm!

Tanrı sənə sağlam ömür versin!

Ürəyindəki sevgi, dostluq və ədalət hissi əskilməsin, Elçin!

4 oktyabr 2025

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Oktyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see609

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see540

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see412

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see325

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see287

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see283

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see281

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see268

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see267

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see245

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see227

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see218

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see215

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see213

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see208

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see200

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see192

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see184

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see183

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri