Icma.az
close
up
RU
Palma yağı idxalı artıb: Bu yağın xeyri varmı?

Palma yağı idxalı artıb: Bu yağın xeyri varmı?

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2024-cü ildə Azərbaycana 81 milyon 932 min ABŞ dolları dəyərində 64 min 559.5 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici həcm ifadəsində 54% və ya 12 min 887 ton, dəyər ifadəsində isə 46.6% və ya 13 milyon 672 min ABŞ dolları artıb. 2023-cü ilin ilk 8 ayında Azərbaycana 29 milyon 323 min ABŞ dolları dəyərində 23 min 818 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib.
Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, palma yağı əsasən müsəlmən ölkələrində istehsal olunur:
“Bu yağ çox ucuz qiymətə başa gəlir. Duru yağ olaraq, yəni bitki yağı olaraq dünya bazarına girdikdə bu yağlar digər duru yağ istehsalçıların ilə ciddi rəqabət mühiti yaradır. Ona görə də MDB məkanında və bir neçə Avropa ölkələrində palma yağına qarşı böyük media basqısı var. Bu bilərəkdən olur, sadəcə olaraq palma yağını, yəni duru yağı olaraq bitki yağını bazardan çıxartmaq üçün aparılır. Bəzi Avropa ölkələri bunu meşələrin qırılması ilə əslandırır. Palma yağı iki cür olur, biri onun lətinlən, meyvəsindən, biri də toxumundan. Toxumundan hazırlanan palma yağı əsasən sənaye üçün lazım olur.  Lakin lətindən hazırlanan palma yağı normaldır, normal yağlardır və bir çox ölkələrdə istifadə olunur”.
Ekspert əlavə edib ki,  körpə qidalarını tərkibində də palma yağını görə bilərik:
“Yəni qida üçün olan palma yağı normaldır. Biz əgər orta insan ömrünün uzunluğuna baxsaq, görərik ki, Malaziyada insanların orta ömrü Azərbaycandan yuxarıdır. Malaziyada bu yağdan geniş istifadə olunur. Azərbaycana da palma yağı gətirilir. Qida üçün olan palma yağları normal yağlardır və istifadə edilə bilər.  Çox təəssüf ki, Azərbaycana gətirilən palma yağlarının son taleyi görünmür. Palma yağından istifadə edən müəssisələr mütləq malların üzərində bunu yazmalıdırlar. Əlbəttə, sənaye üçün lazım olan palma yağının qidada istifadə olunması yol verilməzdir. Palma yağı normal bitki yağıdır”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Fevral 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri