Rumıniyalı deputatlar: Vardanyan üzərində məhkəmə Kreml tərəfindən dəstəklənən separatizmin ədalətli cəzalandırılmasına nümunə olacaq
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rumıniya parlamentarilərinin bir qrupu Azərbaycanın beynəlxalq hüquqa riayət etmək və onilliklər boyu Kreml tərəfindən dəstəklənən separatçı hərəkatın rəhbərlərini məsuliyyətə cəlb etmək səylərini dəstəklədiklərini bəyan ediblər.
“Report” Rumıniyanın “Newsweek” nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin 19 deputatının bəyanatında bildirilib.
Qrupun deputatlarından biri olan Kristian Terhes Moskva tərəfindən dəstəklənən postsovet ölkələrindəki separatizmdən qaynaqlanan regional təhlükəsizlik və sabitliyə davam edən təhdidlərlə bağlı ciddi narahatlığını ifadə edib.
K.Terhes qeyd edib ki, "Putinin pul kisəsi" kimi tanınan Ruben Vardanyan və Qarabağın digər separatçıları üzərində Bakıda keçirilən məhkəmə prosesi beynəlxalq ictimaiyyətə nümunə göstərir və Kremlin maraqları naminə öz dövlətlərinin suverenliyini pozmağa davam edənlərə aydın mesaj göndərir: "məsuliyyət qaçılmazdır və cəzadan yayınmaq mümkün deyil".
"Bakıda R.Vardanyan və Araik Arutyunyan da daxil olmaqla digər separatçı liderlər üzərində məhkəmə prosesləri Qafqaz və Avropada Kreml tərəfindən dəstəklənən onillik antikonstitusion fəaliyyətə görə ədalətli cəzalandırma nümunəsi olmalıdır", - deputatların bəyanatında vurğulanıb.
Məlumat yenilənir
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 14 Fevral 2025 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















