Icma.az
close
up
RU
Vətən qeydi ilə...

Vətən qeydi ilə...

Icma.az, 525.az saytına istinadən bildirir.

Məhəmməd TAĞIYEV

“Vətən sağ olsun!” Görəsən, bu ifadəni ilk dəfə kim işlədib? Bəlkə ilk dəfə hansısa müharibə zamanı səslənib? Əsrlər əvvəl də əsgərlər, hərbçilər vətənləri üçün canlarından keçib. Əksəriyyətinin adı tarixdə qalmayıb, yaddaşlardan silinib. Ailəsini və yaxınlarını tək qoyub vətən üçün ölən milyonlarla qəhrəman... Bir də qəhrəman yalnız vətəni üçün can verən şəxslərə deyilmir. Vətən, xalq, bayraq üçün əziyyət çəkən hər kəs bu ada layiqdir. Tarixdə neçə-neçə dövlət başçısı, sərkərdə xalqı üçün qəhrəmanlıq göstərib. Onlardan biri də Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevdir.

Bu yazı öz özülünü mənim qəlbimdə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində, Şəhidlər tablosunun qarşısında fikrə dalarkən özü qoyub.

Şəhid! Bu sözün yükü ağırdan ağır, kəsb etdiyi məna dərindən dərindir. Şəkillərdən mənə baxan şəhidlərimizin əksəriyyəti gənclərdir. Kimisi valideynlərini, kimisi yaxınlarını, kimisi də övladlarını yalnız qoyub köçüb bu dünyadan - Vətən uğrunda, Torpaq uğrunda. Bu dəqiqə rahat yaşayırıqsa, asudə nəfəs alırıqsa, məhz onlara borcluyuq.

Təəssüf ki, bunun mahiyyətini gec anlamışam. Tam olaraq isə bir il ərzində Sərhəd Qoşunlarında keçdiyim hərbi qulluq dövründə dərk edə bildim. Bir hissi anlamaq istəyirsənsə, mütləq onu yaşamalısan. Bu bir il ərzində əsgərlik həyatına xas çətinliklər gördüm. Zərrə qədər də təəssüflənmirəm, vaxtilə bizim üçün də bunu ediblər. İndi sıra bizdədir. Əsas odur ki, Vətən sağ olsun! Əzizlərin, ailən - sevdiklərin sənin və sənin kimi əsgərlərin hesabına rahat yaşayırsa, bunun qüruru nəyə desən dəyər.

Bir dəfə atamla telefonla əlaqə saxlayanda, sarkazm mənasında dedim: “Rahat yatın, biz sərhəddəyik, sizi qoruyuruq”. “Əlbəttə, Məhəmməd. Sizi elə bunun üçün böyütmüşük” - deyə, atam cavab verdi. Atamdan o sözləri eşidəndə özümü elə dəyərli hiss etdim ki...

Ümumiyyətlə, xalqımız əsgərinə böyük dəyər verən xalqdır. Hərbi formada birini gördükdə onun üçün nəsə bir yaxşılıq etməyə çalışır. Bu, sanki bir növ minnətdarlıqdır. Təəssüf ki, əksini edənlər də var. Yalandan özünü qazı kimi qələmə verənlər, şəhid ailəsi adından istifadə edənlər utanc qaynağıdır.

Vətənə xidmət ifadəsi yalnız hərbçilərə şamil olunmur. Müəllimlər var, polislər var, həkimlər var... Hər birinin xidməti əvəzsizdir. Vətən üçün çalışanlar sağ olsunlar. Sağ olsunlar ki, Vətən də sağ olsun!

Özümüz görməsək də, böyüklərimizdən eşitmişik, həmişə söz düşəndə təxminən 30-35 il əvvəl ölkəmizdə vəziyyətin dözülməz olduğunu deyiblər -  torpaqlarının 20 faizi işğal edilmiş, iqtisadiyyatı dağılmış, əhalisinin sosial durumu dözülməz olan bir ölkə... Amma indi... Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüz bərpa olundu, Azərbaycan siyasi arenada söz sahibinə çevrildi, bu gün isə müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir. Siyahını xeyli uzatmaq olar.

Həmişə əcnəbi görəndə düşünürdüm ki, görəsən, Azərbaycanı, Bakını bəyənirlərmi? İnanın, kiminsə sənin ana yurdunu bəyənməsini görmək elə xoş bir hissdir ki. Bu hissi son dəfə ötən ilin mayında yaşamışam. ABŞ-dən gələn Ben Samimi və Silviya Rodriqes adlı qonaqlarımız Bakımızı o qədər bəyənmişdilər ki, məndən rəsmi görüşü yarımçıq saxlayıb onları şəhərdə gəzdirməyimi istəmişdilər.

Qarabağ məsələsi 30 il sonra öz həllini tapdı. “Dəmir yumruq”  əməliyyatı öz bəhrəsini verdi. Bu gün işğaldan azad edilən ərazilər çiçəklənir, abadlaşır. Külli miqdarda investisiya maliyyəsi tələb edən bu renessansa, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına görə ordumuza, onun Ali Baş Komandanına, şəhidlərimizə, qazilərimizə borcluyuq.

Cəmi 10-15 gün əvvəl mən də potensial şəhid idim. Azərbaycan uğrunda can vermək mənim üçün ən böyük mükafat olardı. Ən azından qürurlanardım ki, canımı Vətəni uğrunda fəda etmişəm. Vətən naminə ölümə hər an hazır olmalıyıq. Təki Vətənimiz əbədi olsun, Xalqımız firavan yaşasın!

Bu yazını mülki şəxs Məhəmməd qələmə aldı. Düşünən isə sizin sərhədçiniz, keçmiş, amma Vətən uğrunda həmişə müsəlləh əsgər Tağıyev Məhəmməd İlqar oğlu idi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Avqust 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1437

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see712

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see566

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see489

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see478

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see467

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see450

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see415

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see398

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see353

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see320

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see305

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see300

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see296

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see291

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see288

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see274

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see272

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see272

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see271
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri