Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Yarımçıq qalan hər şeyin estetikası Rəvan Cavid yazır

Yarımçıq qalan hər şeyin estetikası Rəvan Cavid yazır

525.az saytına istinadən Icma.az xəbər verir.

Rəvan CAVİD

Günün sonunda masamızın üstündə qalan qeydlər, cavablandırılmamış bir neçə e-məktub, təxirə salınmış görüşlər, oxuyub bitirmədiyimiz bir kitab və ya sadəcə təmizlənməyi gözləyən bir otaq bizə hiyləgərcəsinə göz vurur. Çünki bunların hər biri bizə görünməyən, lakin hiss edilən yük kimi geri qayıdır. Yarımçıq qalan işlər yalnız vaxtımızı deyil, eyni zamanda zehni rahatlığımızı da əlimizdən alır.

Bəzən çox sadə görünən bir işi ertələyirik: "Sabah edərəm", "İndi vaxtım yoxdur", "Bir az sonra başlayaram". Amma bu cümlələr bir ömürlük vərdişə çevrildikcə, gündəlik həyatımızda qeyri-müəyyənlik və narahatlıq hissi artır. Beynimiz bu işləri "bitməyən..." kimi qeydə alır və davamlı olaraq bizə onları xatırladır. Nəticədə, istirahət etməyə çalışsaq belə, içimizdə bir yer heç cür sakit durmur.

Psixoloqlar bu vəziyyəti "Zeigarnik effekt"i ilə izah edirlər. Bu effektə görə, insan beyni tamamlanmamış tapşırıqları tamamlananlardan daha yaxşı xatırlayır. Yəni siz bir işi sonuna qədər yerinə yetirmədikdə, beyniniz onu "bağlanmamış fayl" kimi açıq saxlayır. Bu isə zamanla zehni yorğunluğa və hətta stressə səbəb ola bilər.

İndi mən də başqa bir işi bitirmək istəmədiyim üçün bu yazını yazmağa başladım. Doğum haqqında şəhadətnaməm yəqin ki, mənim axırıncı dəfə vaxtında tamamlanmış "əsərim" idi. Amma bilirəm ki, bu vərdiş təkcə mənə xas deyil. Kimdir günahkar? Biz niyə daima hər şeyi yarımçıq qoyuruq? Valideynliyimiz, özümüz, yay aylarında tətilimiz, təhsilimiz... Bəlkə də heç biri. Elə bu sarsaq adətimizin də səbəbi hər şeyin arxasında səssizcə gizlənən kapitalizmdir.

Düşündüm ki, başlamaq işin yarısıdır. Və yazmağa başladım. Başlamaq bu qədər cəlbedici olduğu halda, əzmkarlıq nə vaxtdan seçilmiş bir fəzilət halına gəldi? Ətrafımızda hər gün eşitdiyimiz bir iddia var: mükəmməllik. Tamamilə cəfəngiyatdır. Hər kəs bu qədər mükəmməldirsə və işləri yarımçıq qoyursa, niyə yarımçıq qoyduqları iş mükəmməl deyil? (İndiyə qədər yazdığım hissəni bəyənmədiyim üçün onu yarımçıq qoymağı düşündüm - bu isə başqa hekayədir.)

Bizim yarımçıq qoyduğumuz işləri mükəmməl görən insanlar kimlərdir?

Bu mövzuda məni ən çox düşündürən sual budur: bir işi yarımçıq qoyanda insanın həvəsi qaçır, yoxsa səbri tükənir? Əslində, ikisi də. Bir işi bitirmək bir daha onun haqqında düşünməmək deməkdir. Bu isə bizim öz fəaliyyətlərimiz üzərində qurduğumuz totalitar ierarxiyadır. Birdən tamamlayıb rəfə qaldırdığınız işi dəyişdirmək və ya düzəltmək istəsəniz nə olacaq? Bir şeyi bitirmək heç vaxt onu tamamilə bitirmək demək deyil.

Mesajlar, kitablar, hobbilər, təhsil, seriallar, filmlər, münasibətlər, şəxsi həyatlar, sevgililər... Bəlkə də bu şeyləri tamamlamamağımızın - ucunu açıq buraxmağımızın səbəbi geri qayıtmaq istəyidir. İndi isə belə düşünək: bəlkə də geri qayıdacağam, bəlkə yenə də istəyəcəm, bəlkə uzaq qaldığımız vaxta rəğmən, bunu edib-etməməyə qərar vermək üçün özümə şans verirəm. Bu, özümə başqası olmaq imkanı verməkdir. Və bir daha heç vaxt kimsə olmamaq fürsəti.

Tamamlaya bilmədiyim şəxsiyyətimi və həyatımı bəyənmirəm və özümü dəyişdirmək ümidi ilə bütün işləri yarımçıq qoyuram. Hər dəfə yenidən başlamaq üçün.

Bəs başlanan və sonra yarımçıq qalan söhbətlərin mahiyyəti nədir? Qarşımızdakının əhəmiyyətini həmsöhbət seçəcəyimiz qədər yüksəltmişiksə, onun birdən-birə bu qədər laqeyd olduğu qənaətinə necə gələ bilərik? Mən də sualı bu şəkildə verməyi vacib hesab edirəm: Hansı daha çox məna kəsb edir - yarımçıq qalanlar, yoxsa özünü ifadə etməyə saatlar sərf edənlər?

Müvəffəqiyyəti və ya kimliyi davamlılıqla, hər şeyi yüksək səviyyədə bacarmaq ilə eyniləşdirməmək vacibdir. Hər şeyin sonu olmamalıdır. Diplom almamaq heç kimi cahil etmədiyi kimi, onu alanın da alim olmadığı aydındır. Sevgilərin ən ehtiraslısının sonsuza qədər yaşamadığını, olmaq istədiyin insan olmamağı bəhanə edərək bir hobbidən imtina etdiyini özünə etiraf etməlisən. Və ya hazırkı işində uğurlu ola bilməyəcəyini düşünüb çıxmaq, ya da kiminsə mesajına cavab verməmək lüksünə sahib olmaq sənin özünü daim polis idarəsində hiss etməyinə səbəb olmamalıdır. Heç kimin yox deyə bilməyəcəyi bir dünyada sakitcə öz qabığına çəkilmək heç kimə zərər vermir. İngilislər demişkən: "Relax!"

Beləliklə, gəlin bir də bizdən mükəmməllik tələb edən yerə - sistemə baxaq.

Bir elementi olduğumuz sistem müvəffəqiyyət fabriki kimi işləyir. Hər bir fərd bir məhsuldur, hər məhsulun istifadə müddəti, bir məqsədi var. Kifayət qədər tez oyan, kifayət qədər istehsal et, kifayət qədər istehlak et. Ancaq heç vaxt razı qalma. Sistem dayanmadan bunları əmr edir. Çünki sizi davamlı olaraq natamam hiss etdirərək sağ qalır. Hər dəfə "bitirdim", "bacardım" deyəndə, o sizi daha yaxşı bir şeylə müqayisə edir. Bitirdiyiniz hər şey növbəti tapşırığın ön sözünə çevrilir. Buna görə sistem heç vaxt bir şeyi həqiqətən tamamlamağa imkan vermir. Çünki tamamlanan şey satıla bilməz və ən əsası rəqabəti bitirər.

Görürsünüz? Kapitalizm isti havada içdiyimiz ilıq sudur.

Mövcud qlobal sistem sizi bir layihəyə çevirir. Sizdən hər gününüzü "məhsuldar" keçirmək, hər hobbinizi bacarığa, hər fikri məzmuna çevirmək gözlənilir. Həyatınızın bazardakı piştaxta olmasını ümid edirlər. Yarımçıq qoyduğunuz şeylər sistemdə xarab olmuş mallar kimi qəbul edilir. Ancaq bəlkə də ən saf mənliyiniz elə buradadır. Bitməyən, aram, yarışmayan... Çünki sistem sadəcə tez bitirənləri, xaosun içində özünü itirənləri mükafatlandırır. Çox vaxt bizlər hara getdiklərini bilməyən sürətli yarış atlarının yerinə qoyuluruq. Hər kəs bir yerə çatmaq üçün yarışır, amma heç kim həqiqətən dayanıb nəfəs almır. Bunun əvəzinə nəfəs aldığını gördükləri adama qarşı qəzəb yaranır. Güzgü qəzəbidir bu. Özünüzü başqasında görməyin qəzəbi.

İçərisində olduğumuz sistem sizi muxtariyyətdən məhrum bir şeyə çevirməyə çalışır: vaxtında işləyən, planlaşdırılmış məzuniyyətə çıxan, heç vaxt sual verməyən, hər şeyi bilən, ancaq heç nə ilə maraqlanmayan adamlar cəmiyyəti. O, hər şeyi düzəldir, sonra sizi sadəcə bir CV dəyərinə endirir. Deyirlər, "bitirin ki, nümayiş etdirək", "göstərin ki, işləsin". Bununla belə, nümayiş etdirməyə dəyməyən, heç kimə sübut olunmayan şeylər var. Sükutun, istefanın, natamamlığın da öz estetikası var. Yarımçıq işi qüsur hesab edən sistem sizi bitmiş və satıla bilən etmək istəyir. Siz bütöv olmaq məcburiyyətində deyilsiniz. Yarımçıq olmaqdan qorxmayaraq, ən gözəl yerinə yetirilməni yaşaya bilərsiniz. Cəmiyyətin məzmunsuz totalitarlığını sındırıb, baş rolda özünüzü dəyərləndirə bilərsiniz.

İşləri yarımçıq qoymaq problem və ya cinayət deyil. 50 yaşında dənizi ilk dəfə görən valideynlər və onların uşaqları üçün heç deyil. İstər buna anarxizm de, istərsə də üsyan. Amma tənbəllik haqqımızın əlimizdən alınması daha böyük "cinayət" hesab edilməlidir. Bu, yarımçıq işi başa çatdırmaq üçün çağırış deyil, yarımçıq işin özünəməxsus şəkildə bir bütöv olduğunun sübutudur: və bu yazının da.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Avqust 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri