Icma.az
close
up
RU
Adam öldürən şəxs xuliqanlıq maddəsi ilə ittiham olunur İNAM KƏRİMOVA ŞOK MÜRACİƏT

Adam öldürən şəxs xuliqanlıq maddəsi ilə ittiham olunur İNAM KƏRİMOVA ŞOK MÜRACİƏT

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Oğlu qətlə yetirilən Yevlax sakini Ali Məhkəmə sədrindən dəstək istəyir

Yevlax rayonu, Əkşəm kənd sakini Orucov Mahir Valeh oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova  müraciət edir:

“Hörmətli İnam Kərimov!

Mən, Orucov Mahir Valeh oğlu, yazaraq sizdən xahiş edirəm ki, oğlumun ölümünə səbəb olan şəxslər barəsində veriləcək qərarı nəzarətdə saxlayasınız.

Diqqətinizə çatdırım ki, bu sahədə haqsızlıq baş alıb gedir. Şəki Ağır Cinayətlər Məhkəməsində hakim vəsatəti təmin etmir, ümumiyyətlə, məni dinləmək istəmir. Şahidlərin ifadəsində böyük səhvlər var, amma bunu görmək istəmir.

Sizə üçüncü dəfə şikayət etmək məcburiyyətində qalan bir məzlum, həyatda ümidini itirən ata kimi, bildirmək istəyirəm ki, 06.04.2024-cü il tarixdə, saat 23 radələrində Yevlax rayonu, Əkşəm kəndi ərazisində yaşayan Rüstəmov Nurlan Rüstəm oğlunun istifadəsində olan (adsız) kafedə Bayramlı Şahliyar Zahid oğlu ilə mənim oğlum Orucov Musa Mahir oğlu mübahisə etmişlər. Mübahisəni qızışdıran İlyasov Tahir Rəşad oğlu olmuşdur.

Tahir İlyasov oğlumdan qısas almaq məqsədilə Şahliyar Bayramlını evinə getməyə qoymayıb, əksinə Orxan Teymurov, Kamil Camalbəyli və Emil Məmmədov adlı həmkəndlimizin avtomobili ilə 07.04.2024-cü il tarixdə, saat 01:40 radələrində evimin qarşısında oğlumu bıçaqlayaraq qətlə yetiriblər.

İlyasov Tahir birinci oğlumu yumruqla vurmuşdur. Fəqan və Pənah adlı şəxslər onları aralamaq istəyəndə, digərləri - Şəhliyar Bayramlı, Kamil Camalbəyli və Orxan Teymurov davaya qatılaraq, mənim oğlumu qollarından tutmuşlar, Şahliyar isə onu bıçaqla vurub öldürmüşdür.

Kamil adlı şəxs istintaqda və məhkəmədə ifadəsində də  göstərir ki, həmin bıçağın üzərində onun da əl izi var. Əlava olaraq, oğlumun küt alətlə vurulması barədə də rəy mövcuddur. Lakin Yevlax Rayon Prokurorluğu yalnız bir nəfərə - Bayramlı Şahliyar Zahid oğluna Azarbaycan Respublikası Cinayat Məcəlləsinin 120.2.2, 221.3 və 228.4-cü maddələrilə ittiham vermişdir. Digər şəxsləri isə rüşvət müqabilində şahid qismində dindirilərək, buraxılmışdır.

Digər şəxslərin də məsuliyyətə cəlb edilməsi üçün prokurorluğa şikayət etməyimə baxmayaraq, Yevlax Rayon Prokurorluğu yalnız Bayramlı Şəhliyar Zahid oğlunu CM-nin 120.2.2, 221.3 və 228.4-cü maddələri ilə taqsirləndirmiş, 31.07.2024-cü il tarixdə İlyasov Tahir Raşad oğlunun barəsində 240406011 nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə 240406022 nömrəli cinayət işi ayrılaraq, istintaq aparılması üçün Yevlax RPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir.

Yevlax Məhkəməsinin bütün iclaslarında hakim Qalib Paşayevdən işin geri, ibtidai istintaqa qaytarılmasını xahiş etməyimə baxmayaraq, hakim mənim şifahi va yazılı vəsatətlərimi təmin etmir. Oğlumu öldürənlərdən biri Tahirdir. Həmin şəxs dəstəni başına yırağaq, qrup şəklində bu cinayəti törədiblər. Lakin o, Cinayət Məcəlləsinin 127.2.3 vo 221.1-ci maddələri ilə ittiham olunur. Bu haqsızlığa son qoymaq lazımdır. Mənim oğlum bir daha geri dönməyəcək. Heç olmasa, cinayətkarlar cəzasız qalmasın. Bu gün mənim oğlumu öldürdülər, sabah da bir başqa valideyni bədbəxt edəcəklər.

Hörmətli İnam Kərimov!

Adam öldürən şəxs nə vaxtdan xuliqanlıq maddəsi ilə ittiham olunur?

Onu da qeyd edim ki, Yevlax Rayon Məhkəməsinin hakimi mənim və ailəmin gözünün qabağında təqsirləndirilən şəxsin zalda valideynləri ilə görüşməyinə də şərait yaratmışdır. Mənim qucaqlayacağım övladım yoxdur. Bu, mənə qarşı haqsızlıqdır. Bu nə deməkdir? Hakim adam öldürənin hüquqlarını hansı maraqla müdafiə edir?! Suallarım həddindən artıq çoxdur. Zalda olan video-görüntülərə nəzər salsanız, bu dediklərimin şahidi ola bilərsiniz.

Mən Sizdən ürəyi yanmış bir ata kimi xahiş edirəm, Yevlax Rayon Məhkəməsinin hakimi hökm çıxarmadan, işi yenidən Baş Prokurorluğun İstintaq idarəsinə göndərilməsi üçün qərar qəbul edilsin. Tək istəyim oğlumun qanı yerdə qalmasın. Xahiş edirəm, şikayətimi cavabsız qoymayın”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Sentyabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri