Danimarka və Qrenlandiya XİN başçıları Vaşinqtona gəlirlər
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün Danimarka və Qrenlandiyanın xarici işlər nazirləri Vaşinqtonda ABŞ-ın vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio ilə görüşəcəklər. Görüş ABŞ Prezidenti Donald Trampın Arktika adasına nəzarəti ələ keçirmək cəhdi ilə bağlı artan narahatlıqlar fonunda baş verir.
Məlumatı “Eoronews” verib.
Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen jurnalistlərə bildirib ki, Trampın Danimarka muxtariyyətini ilhaq etmək təhdidlərinin artırmasından sonra o və qrenlandiyalı həmkarı Vivian Motsfeldt Marko Rubio ilə görüş tələb ediblər. Rasmussen deyib: “Bizə təklif olunan görüşün keçirilməsini istəyirik ki, bu müzakirəni bir-birimizin gözlərinə baxaraq danışa bilək”.
ABŞ, Danimarka və Qrenlandiya arasında gərginlik yanvar ayında Donald Trampın Qrenlandiyanı almaq üçün razılığa gəlmək istəyini təkrarlaması ilə daha da artıb. O, ABŞ-ın bunu “asan” və ya “çətin” yollarla edəcəyini söyləyib.
Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ-ın Qrenlandiyanı ələ keçirməsinin NATO-nun sonu olacağı ilə bağlı xəbərdarlıq edib.
Cümə günü Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen və adadakı digər siyasi liderlər birgə bəyanat yayaraq, Qrenlandiyanın gələcəyinin xalqın qərarından asılı olduğunu vurğulayıblar.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 14 Yanvar 2026 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















