İrandakı etirazlarda 600 illik “TÜRK İZİ” Hamı şahla əlaqələndirir FOTO
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
İranın 28 dekabr tarixindən etibarən davam edən iqtisadi və rejim əleyhinə nümayişləri zamanı etirazçılar “Aslan və Günəş” simvolu ilə işlənmiş bayrağı dalğalandırıblar.
Bakupost.az xəbər verir ki, Məhəmmədrza Pəhıləvidənin devirilməsindən, yəni 1979 cu il inqilabından sonra rəsmi olaraq ləğv edilən bu bayrağın tarixi əslində daha qədimə – 600 il əvvələ gedib çıxır. Bu bayraq və gerb əslində 500 ildən çox hökm sürmüş Türk dövlətlərinin rəsmi rəmzi olub.
Tarixi mənbələrə görə, bu simvol Səfəvilər dövründə (1501–1736) həm gerb, həm də bayraq olaraq qəbul edilirdi. Sonra Qacarlar (1794–1925) eyni simvolu öz bayraqlarında saxlayıb. Bayraqdakı günəş Tanrını, aslan isə gücü və hökmranlığı simvolizə edir, 19 cu əsrdə isə günəş İranın mifoloji hökmdarı Cəmşid, aslan isə İmam Əli ilə əlaqələndirilib.
Müasir etirazlarda bu bayraq həm İran daxilində, həm də xaricdə anti-rejim nümayişləri zamanı istifadə olunur və etirazçılar üçün rejimə qarşı narazılığı və milli irsi təmsil edən bir simvol hesab edilir. “X” platforması da bu yaxınlarda İranın emojisini bu simvola dəyişib.
Hazırkı İran rejimi isə 1980 ci ildən bəri Kufi stili ilə “Allahu Əkbər” sözləri yazılmış yaşıl, ağ və qırmızı rəngli bayraqdan istifadə edir.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 14 Yanvar 2026 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















