Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Yenidən məhkəmədə üz üzə gələcəklər

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Kitab köməyimiz olsun…

Kitab köməyimiz olsun…

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

KİTAB YADDAŞDIR!

Yeniyetmə və gənc yaşlarımızda oxuduqlarımız kitabları indi də xatırlayırıq. Oxumaq növbəsi yaradırdıq. Tələsdirirdik bir-birimizi. Tələbə vaxtı mən kitab növbələrinə rast gəlirdim. Elə həmin illərdə bir neçə seriyadan çıxan kitabları toplayırdım. Onlardan biri də “Kimya və həyat” seriyası idi. Həmin seriyadan olan kitablardan qeydlər aparırdım. Elə bu əlamətdar gündə həmin qeydlərin birini paylaşıram. Böyük Amerika yazıçısı, elmin populyarlaşdırılmasında əvəzsiz xidmətləri olan Ayzek Azimovun 1989-cu ildə IBM üzrə mütəxəssislərin Konfransında günümüzlə səsləşən məşhur çıxışından: “Mən çalışacağam ki, ideal informasiya – axtarış sistemini təsvir edim. Bundan hamı, hətta bunun haqqında informasiyası olmayan şəxslər də istifadə edə biləcəklər. Bu portativdir və onu özümüzlə gəzdirmək mümkün olacaq. Onun üçün kənardan heç bir qidalandırıcı vasitə tələb olunmayacaq. Onun daşıdığı informasiya hətta onu şəbəkədən ayırsan belə əbədi olaraq qalacaq.” Auditoriya təəcüb içində idi. Böyük yazıçı dərindən nəfəsini dərib davam etdi: “Yəqin ki, siz anladınız : söhbət əlbəttə ki, sadəcə kitabdan gedir”.

Qədim müdriklərdən tutmuş müasir yazıçıların əsərləri bizə kitab vasitəsilə gəlib çatıb. Kitab bütün dövrlərin bilik mənbəyi olub və İnformasiya Kommunikasiya texnologiyalarının bizə təklif etdiyi elektron vəsaitlər də kitabı sıradan çıxara bilmədi. Böyük filosof və yazıçı Umberto Ekonun “Ədəbiyyat haqqında” əsərində kitab və kitabxana haqqında fikirləri geniş yer alıb: “Rable və Servantesin kitaxanasında saxlanılan kitabların adlarını sadalaya bilərik. Ona görə ki, bu kitabxanalar tamamlanmış kitabxanalardır. Ancaq biz böyük Borxesin kitabxanasından heç bir sərlövhənin adını çəkə bilmərik, ona görə ki, onun kitablarının sayı sonsuzdur. Buna görə də onların məzmunundan çox, kitabxananın quruluşu daha maraqlıdır”. Azərbaycanda da tamamlanmamış, sonsuz kitabxana sahibləri olan yazıçı və alimlərimiz olub. Azad Mirzəcanzadənin, Qorxmaz Quliyevin, Rəhman Bədəlovun, Yusif Rüstəmovun, Fazil Mustafanın , Cəmil Quliyevin, Cəmil Əhmədlinin kitabxanası…

Mən görkəmli alimlərin, yazıçıların, sənətkarların ölümündən sonra əlyazmaları və kitablarının bayıra tullanmasının şahidi olmuşam. Çünki onların varisi yoxdur. Böyük alimlərin, yazıçıların kəşflərinə və gözəl əsərlər yaratmaqlarına səbəb babaları və atalarından qalma kitabxana olub.

Kitab özü ilə iki məşhur obraz yaradıb: Bibliofil və bibliomaniya.

Biblifil – kitabın məzmununa baxmadan kitabı sevir. Əlbəttə ki, elə bibliofillər var ki, kitabları tematika üzrə toplayır, hətta onları oxuyurlar. Kitab oxumağı sevənlər və alimlər çox vaxt oxuduqları kitablarda onların marağını cəlb edən fikirlərin altından xətt çəkir, yaxud onları işarələyirlər. Belə kitablar başqalarının əlinə düşəndə özündən əvvəlki oxucunun zövqünə bələd olur. Mən kitabxanasını satan bir alimin kitablarının bir neçəsində bu işarələmələri və qeydləri görmüşəm.

Bibliofillə biblioamaniyanın fərqi nədədir? Onların fərqini anlamaq üçün dünyanın ən nadir kitabı ilə bağlı əhvalata nəzər yetirək. Fərz edək ki, bu Qutenberqin Bibliyasıdır. Bunun axırıncı nüsxəsini 1987-ci ildə bir yapon 7 milyard lirə almışdır. Biblioman bu kitabı sirrli şəkildə saxlayacaq onu heç kimə göstərməyəcək, təklikdə götürüb vərəqləyəcək və özünü xoşbəxt hiss edəcək. Bibliofilllər isə istəyirlər ki, onun kitabxanasını çox adam görsün.

Umberto Eko ilə məşhur fransız yazıçısı, tarixçi, ssenarist, Fransa kinematoqrafiyasının patriarxı Jan-Klod Karyerlə dialoqu bestsellerdir. “Kitabdan yayınmağa cəhd etməyin!” kitabında onlar olduqca maraqlı dialoq aparırlar. “Biz kompüterin ekranından, mobil telefondan oxumağa vərdiş etmişik. Ekrandan oxumaq kitabı əvəz edəcəkmi? Biz bu kiçik ekrandan istifadə etməklə itiririk, yoxsa qazanırıq! Siz Servantesin “Don Kixot”unu ekrandan oxuya bilərsinizmi? Gözünüz tennis şarına çevrilər. Bu iki mütəfəkkirin gəldiyi qənaət budur: e-book kitabı sırdan çıxara bilməyəcək. Qutenberqin dahiyanə ixtirası əlyazmaları, kino – rəssamlığı öldürə bildimi? Yaxud televiziya kinonu sıradan çıxara bildimi?” Onların hər ikisi deyir: Kitabdan qurtulmaq mümkün deyil!”

İndi şəxsi kitabxanalarının kəmiyyəti və keyfiyyəti ilə müqayisə aparanların sayı çox azdır. Hətta əlində kitab olan adama elə də yaxşı baxmırlar. Böyük şəhərlərimizdə Bukinist mağazaları demək olar ki, yoxdur. Kitab Passajı, Kitab evi, Siyasi ədəbiyyat, Bədii ədəbiyyat, Texniki və təbiət elmləri kitab mağazalarının mövcudluğunu bir necə nəfər xatırlaya bilər. Biz kitabı unutmaq yolunu tutmuşuq, lakin buna baxmayaraq uşaqlara və gənclərə kitabı təlqin etməliyik. Ancaq necə? Gərək kitabdan baş çıxaraq ki, təlqin də edək! Kitabı sevək ki, onu sevdirək! Bütün ölkənin kitabsevərləri, birləşin və kitabı təbliğ edin!

Təsadüfi deyildir ki, Dünyada universitetlərin reytinqində əsas indikatorlardan biri kitabxanadır. Homo Legens-“Oxuyan İnsan” mənasını verir. Kitab vasitəsilə bəşəriyyətə böyük töhfələr verənlərin isimlərini saymaqla qurtarmaq mümkün deyil. Kitab bilik mənbəyi kimi hələ min illərlə öz dəyərini qoruyub saxlayacaq.

Kitab köməyimiz olsun…

Etibar Əliyev

Azərbaycan Milli Məclisinin VI çağırış deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Sentyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1452

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see722

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see510

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see496

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see485

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see458

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see421

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see413

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see357

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see335

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see314

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see307

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see306

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see297

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see295

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see282

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see282

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see282

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see280

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see268
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri