Qarabağ da müqavilələri bitən futbolçular: Kimlər qalacaq?
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Cari mövsümün sonunda "Qarabağ" klubunda bir neçə futbolçunun müqaviləsi başa çatır. Sport24.az-ın məlumatına görə, onların arasında Azərbaycan millisinin üzvləri Elvin Cəfərquliyev, Toral Bayramov, Abbas Hüseynov, Şahruddin Məhəmmədəliyev və Bədavi Hüseynov da var.
Bundan əlavə, Amin Ramazanov və Ramil Şeydayevin də sözləşməsi yayda başa çatacaq.
Legionerlərdən isə Emmanuel Addainin müqaviləsi bitir. Xorvatiyanın "Dinamo" klubuna məxsus olan Sami Mmaenin icarə müddəti də həmin vaxtda sona çatmalıdır.
Bəs "Qarabağ" bu oyunçularla bağlı hansı qərarları qəbul edəcək? Redaksiyamıza bununla bağlı məlumat daxil olub. Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin komandada qalacağı gözlənilir. Digər yığma üzvlərindən Elvin Cəfərquliyev legioner həyatı yaşamaq variantı alınmasa, müqaviləsini yeniləyəcək. Toral Bayramovla bağlı durum da eynidir.
Yayda 35 yaşı tamam olacaq Bədavi Hüseynovun mövsümün sonunda karyerasını bitirəcəyi gözlənilir. Ağdamlılar Zaqreb təmsilçisi ilə razılıq olunacağı təqdirdə Sami Mmaeni heyətdə saxlamağı planlaşdırır.
Emmanuel Addai, Ramil Şeydayev, Abbas Hüseynov və Amin Ramazanovun "Qarabağ"dakı gələcəyi isə sual altındadır.
Transfer dönəmlərində adları müxtəlif klublarla hallanan Leandro Andrade, Mateuş Koxalski və Marko Yankoviçin 2027-ci ilin yayınadək müqavilələri var.
Qeyd edək ki, "Qarabağ" Misli Premyer Liqasında 16 turdan sonra 36 xalla ikinci pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 14 Yanvar 2026 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















