Icma.az
close
up
RU
Qəbizliyə qarşı ən güclü və xalq üsulu Hər evdə var, istifadə qaydasını bilmir

Qəbizliyə qarşı ən güclü və xalq üsulu Hər evdə var, istifadə qaydasını bilmir

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bir çox hallarda insanlarda qəbizliyin səbəbi düzgün olmayan qidalanma olur.

Ağ çörək, ağ undan bişirilmiş müxtəlif un məmulatları (bulka və s.), yağlı ət və balıq bulyonları, qızarmış, duzlu qidalar, tünd çay, şokolad, makaron məmulatları və s. kimi qidaların daim qəbulu insanda qəbizliyə səbəb ola bilər. Əksinə isə meyvə-tərəvəz, süd məhsulları, sıyıqlar, quru meyvələr, yaşıl çay, çobanyastığı dəmləməsi qəbizliklə mübarizədə insana çox yaxşı kömək edir.

1. Səhər acqarına 1 çay qaşığı bal əlavə olunmuş 1 stəkan ilıq su için. Bu  bağırsaqların motorikasını (fəaliyyətini) yaxşılaşdırır. Ümumillikdə qəbizliyi olan insan çoxlu maye içməlidir - yaşıl çay, adi təmiz su, müxtəlif kompotlar (dükanlarda alınan yox!). Qara çay, qazlı limonadlar, cola əks-göstərişdir.

2. Qarabaşaq, qəhvəyi düyü, yulaf ("herkules") və darı yarmalarından hazırlanmış  sıyıqlar çox yaxşı effekt verir. Sıyıqları süddə yox, suda bişirmək lazımdır. Sıyığı çox bişirmək lazım deyil. 10-15 dəqiqə ərzində bişirin, sonra oddan götürün və dəsmala bükün. Sıyığı qəbul edtikdə ona 1 çay qaşığı zeytun yağı əlavə edin.

Sıyıqlara təzə və qurudulmuş meyvələri (alma, ərik, qara qavalı, əncir, kişmiş) də əlavə etmək olar. Misal üçün: kişmişi axşamdan isti suda isladın. Səhər yulaf yarmasından sıyıq bişirin. Sıyığa axşamdan isladılmış kişmiş əlavə edin.

3. Müxtəlif tərəvəz salatları bağırsaqları yaxşı işlədir.

Çuğunduru bişirin, sürtgəcdən keçirin, xırda doğranmış qara qavalı qurusunu və zeytun yağı əlavə edin.

Kök, kələm, alma (hamısı çiy vəziyyətdə), göyərti doğrayın, zeytun yağı və 1/2 limon şirəsini  əlavə edin.

Bolqar bibəri, xiyar, pomidor, göyərti doğrayın, xırda doğranmış yağı az olan ağ pendir və zeytun yağı əlavə edin.

4. Yağı az olan süd məhsulları (kefir, yoqurt, xama və s.) bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Bu süd məhsulları sizin menyunuzda hər gün olmalıdır. Uzunsürən qəbizlik zamanı ən təsirli vasitələrdən biri - 1 stəkan kefir + 1 xörək qaşığı zeytun yağı. Qarışdırın və yavaş-yavaş için.

5. Əncir, qara qavalı, ərik quruları, kişmiş qəbizliklə mübarizədə çox yaxşı effekt verir.

Meyvə quruları axşamdan isti suda isladın, səhər isə sıyıqlara əlavə edin. Alınmış şirəni isə için.

Meyvə quruları termosda dəmləmək daha yaxşıdır. Hərəsindən 5 dənə olmaqla qara qavalı, əncir, ərik qurusu, 1 ovuc kişmiş götürün və 2-litrlik termosda qaynar su ilə dəmləyin. Dəmləmə çox dadlı alınır. Bu dəmləməni içdikdə ora 1 çay qaşığı bal əlavə etmək olar.

6. Çobanyastığı dəmləməsi bağırsaqlara çox yaxşı təsir edir, köpdən və qazlardan xilas edir. 1 xörək qaşığı çobanyastığı otu 1 stəkan qaynar suda dəmləyin, süzün və axşam yatmazdan əvvəl 1/2 stəkan olmaqla için. Dəmləməyə 1 çay qaşığı bal da əlavə etmək olar. Çobanyastığı dəmləməsi həm də insanın sinir sisteminə müsbət təsir edir, sakitləşdirir. Nəzərinizə çatdıraq ki, qəbizlik isə bir çox hallarda insanlarda stresin fonunda inkişaf edir.

7. Buğda kəpəyi bağırsaqlarınfəaliyyətinə çox müsbət təsir edir. 1 xörək qaşığı buğda kəpəyi axşamdan 1 stəkan suda isladın, səhər qarışdırın və için. Buğda kəpəyini həmçinin müxtəlif salatlara, suplara əlavə etmək olar.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 20 Noyabr 2024 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see200

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see179

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see139

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see133

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see130

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see130

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see130

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri